Proqramlaşdırma sistemi dedikdə, bir və ya bir neçə proqramlaşırma dilindən istifadə etməklə proqram üzərində aparılacaq bütün iş mərhələlərinin icrasına imkan verən instrumental proqram vasitələri nəzərdə tutulur.
Proqramlaşdırma sistemi aşağıdakıları əhatə edir:
Proqram mətnini yazmaq və modifikasiya etmək üçün mətn redaktoru; Verilmiş dildə mətn translyatoru;
Proqramı kompanovka edici; Proqramı icra edən;
Standart prosedur və funksiyalar kitabxanası; Proqram sazlayıcı.
Proqram sazlanmasının bütün mərhələlərini birləşdirən proqram kompleksinə proqramlaşdırma mühiti deyilir.
Borland firmasının Turbo Pascal adlı proqramlaşdırma mühiti geniş yayılmışdır.
Obyektyönümlü proqramlaşdırma
Obyektyönümlü vizual proqramlaşdırmanınəsasları
VisualBasicvə VisualBasicforApplicationsadlı obyekt-istinad proqramlaşdırma dillərində yazılmış proqram əlavələri obyektlərdən qurulur. Hazır obyektlər bir proqram kitabxanası təşkil edir ki, həmin kitabxana sözügedən proqramlaşdırma sistemlərinin tərkibinə daxildir.
Obyekt-istinad proqramlaşdırma sistemləri hazırlanacaq proqram əlavəsinin qrafik interfeysini yaratmağa, yəni prosesi vizuallaşdırmağa, gözlə görünən etməyə imkan verir.
Çünki bu sistemlər özlərinin dialoq pəncərəsinin köməyi ilə obyekt yaratmağa və ona müəyyən xassələr verməyə imkan yaradır.
Proqram obyektlərinin qarşılıqlı fəaliyyəti və dəyişməsi proqram kodu ilə təsvir edilir. Proqram kodları xətti, budaqlanan və dövr quruluşlarından istifadə edilməklə hazırlanır. Beləliklə, obyektlər həmin alqoritmik strukturların icraçısına çevrilirlər.
Obyekt sinifləri, sinif nüsxələri və obyekt ailələri
Obyekt-istinad proqramlaşdırmasının əsas vahidi proqram obyektidir ki, bu da obyektə aid verilənləri (xassələri) və həmin verilənlərin işlənməsi vasitələrini (metodları) özündə birləşdirir. Obtekt– isim, xassə- sifət, metod– feil kimidir. Proqram obyektləri xassələrə malikdir, metodlardan istifadə edə bilir və hadisələrə reaksiya verir.