Obyekt ailələri. Bir sinfə aid olan açılmış obyektlər bir ailə yaradır. Ailə Documents () kimi işarə edilir. Ailədəki obyektə müraciət ad və ya indeks vasitəsilə həyata keçirilir. Adla müraciət: Documents(―Azər.doc‖)
Sənədin ayrılmış fraqmentinə daxil olan bütün simvollar (Selectionobyekti) Characters () ailəsinə daxildir. Simvola müraciət onun indeksi vasitəsi ilə həyata keçirilir: Characters(7).
Obyektlər: xassələr, metodlar, hadisələr
Obyektlərin xassələri (Properties). Hər bir obyekt müəyyən xassələr yığımına malik- dir ki, bunların da başlanğıc qiymətlərini dialoq pəncərəsindən təyin etmək mümkündür.
Xassənin qiymətini proqram kodunda da dəyişmək olar. Bunun üçün: Obyekt.Xassə= QiymətXassə təlimatına əməl etmək lazımdır. Məsələn, fərz edək ki, mətnin ayrılmış fraqmentində (Selection obyekti) birinci simvol (Characters (1) obyekti) yarımqalın olmalıdır, yəni Boldxassəsi verilməlidir. Boldxassəsi verilərkən xassənin qiyməti True, əks halda False olacaqdır. Simvola Bold xassəsinin verilməsi üçün: Selection.Characters (1). Bold = True yazmaq lazımdır.
Adətən obyektin bir neçə xassəsi olur. With…End With təlimatından istifadə etməklə, obyektə bir neçə xassəni bir dəfəyə mənimsətmək olar. Bunu etmək üçün:
WithObyekt
.Xassə1 = QiymətXassə1
.Xassə2 = QiymətXassə2
...
.XassəN = QiymətXassəN
EndWith yazmaq kifayətdir.
Məsələn, 10 simvoldan ibarət olan ayrılmış mətn fraqmentinə ―yarımqalın kursiv‖ vermək üçün aşağıdakı proqram kodundan istifadə etmək olar:
For I=1 to10 With Selection.Characters(I) .Bold =True .Italic = True EndWith NextI