İnformatikanin əsaslari


Visual Basic-də hazırlanmış proqram layihəsinin qrafik interfeysi və hadisəvi prosedurları



Yüklə 1,28 Mb.
səhifə55/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   156
nformatikanin saslari

Visual Basic-də hazırlanmış proqram layihəsinin qrafik interfeysi və hadisəvi prosedurları


Qrafik interfeys. Qrafik interfeys işləyən proqram əlavəsi ilə istifadəçi arasında dialoq yaratmaq üçündür. Qrafik interfeys yaratmaq üçün əsas instrument ekrana açılan formadır (Visual Basic-də Form, VBA-da UzerForm obyektlər sinfi) ki, bu da idarəedici elementlərin yerləşdirildiyi pəncərədən ibarətdir. Layihənin qrafik interfeysi bir-neçə formanı əhatə edə bilir.
Qrafik interfeys vizual olaraq elə qurulmuşdur ki, mışın köməyi ilə forma üzərində idarəedici elementlərin şəklini çəkmək mümkün olur.
İdarəedici elementlər sinfi (Controls) qrafik interfeysdə müxtəlif cür adlandırılır. Belə ki, məsələn, mətn sahəsi (TextBox), metka (Label), siyahılar98 (ListBox), qrafik pəncərələr99 (PictureBox), əmr düymələri (CommandButton), dəyişdirici açarlar (CheckBox), bayraqcıqlar (OptionsButton) və s.
Forma üzərinə idarəeici elementlərin eyni sinfinə aid olan, lakin fərdi qiymətli xassələr nümayiş etdirən bir-neçə nüsxəsi (məsələn, Command1, Command2, Command3 və s.) yerləşdirilə bilər.
İdarəedici element dedikdə, qrafik interfeysin elə elementi nəzərdə tutulur ki, o, istifadəçi və ya proqram obyektləri tərəfindən yaradılan hadisəyə reaksiya versin.
Forma və idarəedici elementlər müəyyən xassə, metod və hadisə yığımları ilə xarakterizə olunur. Bəzi obyekt sinifləri, xassələr, metodlar və hadisələr aşağıdakı cədvəldə verilmişdir:

Obyekt sinifləri

Xassələr

Metodlar

Hadisələr

Form (forma)

Name (Ad)

Show

Load (yükləmə)



98 Adətən verilənlərin daxil edilməsi və çıxarılması üçün istifadə edilir.
99 Qrafikanın çıxarılması üçün istifadə edilir.



UzerForm (forma)

Capiton (Üst yazı)
Font (Şrift) Height (Hündürlüyü) Width (Eni)

(Göstərmək) Move (Yerdəyişmə)




CommandButton
(Əmr düymələri)

Name (Ad) Capiton (Üst yazı) Font (Şrift)
Height (Hündürlüyü) Width (Eni)

Move
(Yerdəyişmə)

Click (Düyməbasma)

TextBox (Mətn sahəsi)

Name (Ad) Text (Mətn) Font (Şrift) Height (Hündürlüyü) Width (Eni)

Move
(Yerdəyişmə)

DblClick
(İkiqat düyməbasımı)

Obyekt adlarının uzlaşdırılması. Layihənin obyektlərinə ad vermək məqsədəuy- ğundur. Çünki ad obyektin tipini və təyinatını müəyyən etməyə imkan verir. Ad obyektin tipini göstərən sözönü ilə başlayır. Forma üçün frm, əmr düymələri üçün cmd, mətn sahəsi üçün txt, üst yazı üçün lbl və s. sözönündən istifadə edilir. Sözönündən sonra adın məlumatverici hissəsi gəlir ki, bu da ya böyük hərflə başlanan söz (məsələn, frmFirst, lblText, cdmExit), ya da rəqəm (məsələn, txt1, txt2, txt3) ola bilər.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin