Obyekt metodları (Methods). Obyektin hər hansı əməli icra etməsi üçün onun malik olduğu metodlardan biri tətbiq edilməlidir. Bir çox metodlar icra ediləcək əməliyyatların parametrlərini daxil etməyə imkan verən arqumentlərə malikdir. Arqumentlərə konkret qiymət vermək üçün := işarəsindən, arqumentləri bir-birindən ayırmaq üçün isə vergüldən istifadə edilir. Metoda da, xassəyə müraciət edildiyi kimi, nöqtəli notasiya97ilə müraciət edilir, yəni, metod sözündən əvvəl nöqtə qoyulur:
Obyekt.Metod arq1:=qiymət, arq2:=qiymət
Məsələn, açılmış Word sənədinin diskdə saxlanması üçün arqumentsiz Save metodundan istifadə edilir: Documents(―Azər.doc‖).Save Word sənədini açmaq üçün:
Documents ().Open FileName:=‖C: \Kurs\Azər.doc‖ yazmaq, yəni, yolu da göstərmək lazımdır.
Azər.doc sənədinin ilk 3 səhifəsini çap etmək üçün bir-neçə arqumentli PrintOut metodundan istifadə edilir. Bu halda Range (çap diapazonunun formatını verir), Fromvə To (çap ediləcək başlanğıc və son səhifələrin nömrələrini) arqumentləri daxil edilməlidir:
Documents(―Azər.doc‖).PrintOut Range:=wdPrintFromTo, From:=‖1‖, To:=‖3‖ Yəni, qrafik interfeysin ―çap‖ dialoq pəncərəsində 1-3 yazmaqla sənədin ilk 3 səhifəsi çap edilir.
Hadisələr(Events).Hadisə obyektin tanıdığı əməldir. Hadisə istifadəçi tərəfindən (məsələn, klaviatura düyməsini basmaqla) və digər proqram obyektlərinin təsiri ilə
97 Şərti yazılı işarələr sistemi
yaradıla biləndir. Hadisəyə reaksiya (cavab) vermək üçün obyektin xassələrinin qiymətini dəyişən, metodları çağıran və s. prosedurlardan istifadə edilir. Məsələn, Document(sənəd) obyekti Open (açmaq), New (yaratmaq) və Close (bağlamaq) hadisələrinə, Selection (sənədin ayrılmış fraqmenti) obyekti isə Cut (kəsmək), Copy (üzköçürmə), Paste (yapışdırma), Delete (Silmə) və s. hadisələrə reaksiya verir.