Prosedur dillərində olduğu kimi, obyekt-istinad dillərində, o cümlədən, Visual Basic dilində də dəyişənlər mühüm rol oynayır. Dəyişənlər verilənləri saxlamaq və emal etmək üçündür.
Dəyişənlərin hər biri öz adı ilə verilir. Bu ad dəyişənin qiymətinin saxlandığı yaddaş oblastını göstərir. Dəyişənin qiyməti müxtəlif tip verilənlər ola bilər.
Dəyişənintipi.Dəyişənin tipi verilənin tipinə görə təyin edilir. Ədədi tip dəyişənin qiyməti ədəddir (Byte,İnteger,Long,Single,Double). Məntiqi tip dəyişənin (Boolean) qiyməti True (doğru) və ya False (yalan), sətri tip dəyişənin (string) qiyməti isə simvollar ardıcıllığıdır və s.
Dəyişənin tipi açar sözdür. Buna görə də bunlar digər sözlərdən seçilməlidir.
Müxtəlif dəyişən (verilən) tipləri üzərində müxtəlif əməllər103 icra edilir. Müxtəlif tip verilənlər yaddaşda müxtəlif həcmdə yaddaş sahəsi tutur.
Dəyişənin adı. Hər bir dəyişənin adı (identifikatoru) yeganədir və o, proqramın gedişi prosesində dəyişə bilməz. Dəyişənin adı müxtəlif simvollardan (latın və rus hərflərindən, rəqəmlərdən və s.) təşkil edilə bilər. Lakin dəyişənin adı yalnız hərflə başlamalıdır və adda nöqtə işarəsindən istifadə etmək olmaz. Adın uzunluğu 255 simvoldan çox olmamalıdır. Ədədi dəyişəni, məsələn, A və ya Числоadlandırmaq, sətri dəyişəni A və ya Строка adlandırmaq mümkündür. Visual Basic dilində tam ədədi dəyişənin adı intA və ya intЧисло, sətri dəişənin adı strA və ya strСтрока kimi yazılır.
Dəyişənin tipinin elan edilməsi. Həm proqramçı, həm də kompüter bilməlidir ki, dəyişənin tipi hansıdır. Buna görə də dəyişənin tipi elan edilir. Bunun üçün dəyişəni təyin edən operatordan istifadə edilir. Bu operatorun sintaksisi aşağıdakı kimidir: Dim Dəyişənin Adı [AsТипПеременной].
Bir operatorla bir neçə dəyişəni elan etmək olar: