İnformatikanin əsaslari


Proqram layihəsinin kompüterdə icrası



Yüklə 1,28 Mb.
səhifə65/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   156
nformatikanin saslari

Proqram layihəsinin kompüterdə icrası

İnterpretator və kompilyatorlar.


Prosessorun proqramı icra edə bilməsi üçün proqram və verilənlər operativ yaddaşa yüklənməlidir. Bundan əvvəl operativ yaddaşa yüklənmiş tərcüməçi proqram (translyator) yüksək səviyyəli proqramlaşdırma dilində yazılmış proqram mətnini avtomatik olaraq maşın dilinə, prosessorun anladığı dilə tərcümə edir. Translyatorlar 2 tip olur: interpreta- torlar kompilyatorlar.
İnterpretator yüksək səviyyəli dildə yazılmış proqram əmrlərini ardıcıl olaraq maşın dilinə tərcümə edib icraya buraxan proqramdır. İnterpretatopun üstün cəhəti odur ki, proqramdakı səhvi tapmağa imkan verir. Nöqsanı isə yavaş işləməsidir.
Kompilyator bir qədər başqa cür işləyir. O, proqram mətnini bütövlükdə tərcümə edib exe fayla çevirir ki, bu da icraya tam hazır olur. Bundan sonra həmin proqramı istənilən qədər işlətmək olar. Kompilyator cəld işləsə də, proqramdakı səhvi tapmağa imkan vermir. Müasir proqramlaşdırma sistemləri, o cümlədən, Visual Basic həm interpretatorla,
həm də kompilyatorla işləməyə imkan verir. Proqramın tərtibi mərhələsində interpretator rejimindən, bütün səhvlər aradan qaldırıldıqdan sonra isə kompilyator rejimindən istifadə edilir.
Proqramın icra prosesi. Bu prosesi yuxarıda baxdığımız ―Dəyişənlər‖ layihəsi timsalında nəzərdən keçirək.
Proqram mətninin operativ yaddaşa yüklənməsi. Proqram mətni operativ yaddaşa ya klaviaturadan daxil edilir, ya da vinçesterdən yüklənir. Proqram mətni yaddaşda müəyyən miqdarda, məsələn İ-ci yuvadan İ+K-cı yuvayadək yer tutur.
Proqramın maşın dilinə tərcümə edilməsi. Proqramçının yüksək proqramlaşdırma dilində, məsələn, Visual Basic dilində tərtib etdiyi proqramı prosessorun anlaması üçün yaddaşda Visual Basic dilindən tərcüməçi-translyator olmalıdır. Proqram operativ yaddaşa oxunarkən bu translyator orada müəyyən yaddaş sahəsi zəbt edir, məsələn, N-ci yuvadan N+M-ci yuvayadək yer tutur.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin