Layihə bələdçisi pəncərəsi (Project). Bu, yuxarı sağ küncdə yerləşir. Cari layihənin tərkibini iyerarxik kataloq şəklində əks etdirir və istənilən səviyyəyə asan keçilməsinə imkan verir. Layihə vbptipli faylda saxlanır. Məsələn, prjVB1.vbp.Layihəyə aid olan
formalar frm tipli ayrıca fayllarda saxlanır. Məsələn, frmVB1.frm. Formanınyerləşməsipəncərəsi(FormLayout). Bu, aşağı sağ küncdə yerləşir. Bu pəncərə icra zamanı forma pəncərəsinin monitor ekranının harasında yerləşəcəyini göstərir. Formanın ekrandakı yerini mışla dəyişmək olur.
Proqram əlavəsinin işlənib hazırlanması mərhələləri.Visual Basicmühitində proqram əlavəsinin tərtibi aşağıdakı mərhələlərdən keçir:
Qrafik interfeysin yaradılması. Formalar konstruktoru pəncərəsində proqram əlavəsi ilə istifadəçi dialoquna imkan verən idarəedici elementlər yerləşdirilir.
Qrafik interfeysin obyektlərinin xassələrinə qiymət verilməsi. Obyektin xassələri pəncərəsində əvvəlcədən forma üzərində yerləşdirilmiş idarəedici elementlərə qiymətlər verilir.
Proqram kodunun yaradılması. Kod redaktoru pəncərəsində proqram kodu prosedurları daxil və redaktə edilir.
Layihənin saxlanması. Layihə bir-neçə fayldan (o cümlədən, bir-neçə forma fayllarından) ibarət olduğundan, hər bir layihə üçün diskdə ayrıca qovluq yaratmaq məqsədəuyğundur. Layihənin saxlanması üçün Filemenyüsündən istifadə edilir. Əvvəlcə forma və onunla əlaqəli proqram modulunu menyünün Save FormVB1.frm As... bəndi ilə saxlamaq lazımdır. Sonra Save Project As... əmri ilə layihə faylını prjVB1.vbp adı ilə saxlamaq olar.
Layihənin proqram əlavəsində kompilyasiya edilməsi. Saxlanmış layihə yalnız Visual Basic proqramlaşdırma sistemində icra edilə bilir. Bunun üçün layihəni exe fayl tipində saxlamaq lazımdır. Bu məqsədlə [File-Make...] əmrindən istifadə edilir. Lakin bu imkan VB5.0 CCE versiyasında yoxdur.