Forma və idarəedici elementlərin formada yerləşdirilməsi.
Fərz edək ki, məsələn, ―Birinci layihə‖ kimi sözlərdən ibarət mətni çap edən proqram əlavəsi hazırlamaq tələb olunur.
Mətn informasiyasının formaya çıxarılması üçün Label (Metka), TextBox(Mətn sahəsi) idarəedici elementlərindən və Print metodundan istifadə etmək olar.
“Qrafik interfeys yaradılması” layihəsi:
Visual Basic sistemini işə buraxmalı. [File-New-Standart] əmri ilə yeni layihə yaratmalı.
Formadakı alətlər panelinin köməyi ilə susma rejimində forma adını - Form1, metkanı - Label1, mətn sahəsini - Text1və əmr düyməsini - Command1daxil etməli.
Obyektin xassələri pəncərəsinin köməyi ilə aşağıdakı cədvəldə verilmiş idarəedici elementləri daxil etməli:
Obyektlərsinfi
Xassələr
Susma rejimindəqiyməti
Yeniqiyməti
Form(forma)
Name
Form1
frm1
Caption
Form1
Birinci layihə
Label (üst yazı)
Name
Label1
lbl1
Caption
Label1
Birinci layihə
TextBox (mətn sahəsi)
Name
Text1
txt1
Text
Text1
Birinci layihə
CommandButton (əmr düyməsi)
Name
Command1
cmd1
Caption
Command1
Printmetodu
Növbəti addım hadisəvi prosedurun proqram kodunun yaradılmasından ibarətdir.
Obyekt (forma və ya idarəedici element) üzərində mışın sol düyməsini 2 dəfə basmaqla proqram kodu pəncərəsini açmaq lazımdır. Açılmış pəncərədəki hadisəvi prosedurun sərlövhəsi boş olur. cmd1düyməsi üzərində sol düyməni 2 dəfə basdıqda hadisəvi prosedurun sərlövhəsi cmd1_Click şəklinə düşür:
Private Sub cmd1_Click()
End Sub
cmd1düyməsi üzərində mışın sol düyməsini 2 dəfə basmaqla cmd1_Click()boş prosedurlu proqram kodu pəncərəsini açıb, Print metodu prosedurunu daxil etməli. Bu prosedurun məzmunu aşağıdakı operatorlar ardıcılığından ibarət olmalıdır:
frm1.Print―VisualBasicdilində birinci layihə‖ Layihənin ilk variantı artıq icraya hazırdır.
[Run-Start] əmrini daxil etməli. Bu zaman proqram əlavəsinin açılan pəncərə- sində ―Birinci layihə‖ sözləri görünəcəkdir. Bu hadisə Print metodu düyməsi üzərində sol düyməni basdıqda baş verir.
Formanın rənginin və şriftin parametrlərinin verilməsi. Layihənin xarici görünü- şünü cazibədar etmək üçün obyektlərə məxsus görünüşü dəyişən xassələrin qiymətlərini dəyişmək və Print metodundan istifadə etmək lazımdır. Bunun üçün:
frm1 formasını aktivləşdirməli. Obyekt xassələri pəncərəsində BackColor(fonun rəngi) xassəsini seçməli və sol düymə ilə açılan dialoq pəncərəsində rənglər palit- rasından bir rəng, məsələn, sarı rəng seçməli.
lbl1 metkasını aktivləşdirməli. Obyekt xassələri pəncərəsində BackColorüçün yaşıl rəng, ForeColor (üst yazı) üçün göy rəng, Font (şriftin ölçüsü) üçün 18, Alignment (düzləndirmə) üçün mərkəz seçməli.
txt1 mətn sahəsini aktivləşdirməli. Obyekt xassələri pəncərəsində ForeColor(üst yazı) üçün qırmızı rəng, Font (şriftin ölçüsü) üçün 14 və kursiv, Alignment (düzləndirmə) üçün mərkəz seçməli.
cmd1 düyməsi üzərində sol düyməni iki dəfə basmaqla Proqram kodu pəncərəsini açmalı və cmd1_Click() prosedurunu və Font.Size = 12 sətrini daxil etməli.
Layihəni işə buraxdıqdan və Print metodu düyməsini basdıqdan sonra qrafik interfeysin yeni görünüşü ekrana çıxacaqdır.
Forma faylını [SaveForm1.frmAs…] əmri ilə frmVB1.frmadı ilə, layihə faylını isə [Save Project As...] əmri ilə prjVB1.vbp adı ilə yaddaşa yazmalı.
Yəni, layihəni \textbook\VB\prjVB1\ adı ilə saxlamalı.