24
Fiziki m
əkan: bütün uşaqların sinif və məktəb daxilində, ətrafda sərbəst hərəkət edə
bilm
ələri, fərdi və qrup şəklində işləmələri və lazım olduqda öyrənmə vasitələrinə yanaşmalarını
t
əmin edin.
Öyr
ənmə guşələri: uşaqların müstəqil və ya qrup şəklində öz iradələri ilə öyrənmək üçün
sinifinizd
ə müxtəlif öyrənmə guşələri qurun. Hər bir guşədə resurslar və təlimatlar təqdim edilir.
H
əmin guşələr şagirdlərə əvvəl öyrəndiklərini zənginləşdirmək, yeni bacarıqlarını təcrübə etmək
v
ə yeni anlayışları kəşf etmək üçün şans verir. Şagirdlər öyrənmə guşələrinin
planlaşdırılmasında, təşkilində və idarəsində iştirak edə bilər.
T
əqdimat yeri: sinifinizdə bütün uşaqların işlərini nümayiş etdirə biləcəyiniz və fəaliyyətləri
haqqında rəy verə biləcəyiniz təqdimat lövhəsi hazırlayın. Təqdimat lövhəsini tez-tez dəyişin və
onu t
ədris vasitəsi kimi istifadə edin.
Sinif kitabxanası: kitablar çox səmərəli tədris vasitələridir və kitablar yeni anlayışları
öyr
ənməyə, dillərini inkişaf etdirməyə və məlumatı başa düşməkdə uşaqlara kömək edir. Kitablar
v
ə ya uşaqların özlərinin hazırladıqları kitablar da bahalı uşaq kitabları kimi səmərəli ola bilər.
Dostları ilə paylaş: