İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Səfəvilərin dövlət quruluşu, sosial – iqtisadi və mədəni inkişafı



Yüklə 436,25 Kb.
səhifə54/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   50   51   52   53   54   55   56   57   ...   109
tarix

4.Səfəvilərin dövlət quruluşu, sosial – iqtisadi və mədəni inkişafı

XVI - XVII əsrin birinci yarısında Azərbaycanda böyük məktəb və mədrəsə şəbəkəsi var idi. Bu dövrdə coğrafiya, tarix, fəlsəfə, riyaziyyat, məntiq, qrammatika və başqa fənlərə aid bir sıra elmi əsərlər yazılmışdı.

O, dövrün görkəmli adamlarından, şair və mütəfəkkirlərindən Məhəmməd Füzulini, filosof Həqrini, I Təhmasibin tarixçisi olmuş Həsən bəy Rumlunu, Oruc bəy Bayatı, I Şah Abbasın tarixçisi olmuş İsgəndər bəy Münşini göstərmək olar.

Şah İsmayıl Marağa rəsədxanasını bərpa etdirmişdi.

1522-ci ildə Şah İsmayıl rəsam Kəmaləddin Behzadı Təbrizdəki saray kitabxanasına rəis təyin etmişdi.

XVI əsrdə Təbrizdə bədii miniatür məktəbi yaranmışdı. Bu məktəb çoxlu istedadlı rəsam yetişdirmişdi. Onlardan Ən məşhuru Sultan Məhəmməd idi.

Miniatürçü rəssamlardan Kəmaləddin Behzadı, Mir Müşaviri, Mövlana Müzəffər Əlini, Mir Zeynalabdin Əlini və b.nı göstərmək olar.

Həmin dövrdə Azərbaycanda bədii xəttatlıq da geniş yayılmışdı. Bu sahədə Mövlana Məhəmməd Həsən xüsusi yer tuturdu.



XVI - XVII əsrlərdə Azərbaycanda bir çox memarlıq abidələri tikilmişdi. Bunlardan 1544-cü ildə Qusar rayonunun Həzrə kəndində tikilmiş Şeyx Cüneyd məqbərəsini, Naxçıvanda Əlincə çayı üzərindəki körpünü, Bakının şərq darvazalarını və s-ni göstərmək olar.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin