İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə62/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   58   59   60   61   62   63   64   65   ...   109
tarix

Naxçıvan xanlığı. Əsasını XVlll əsrin ortalarında Kəngərli tayfasının başçısı Heydərqulu xan tərəfindən qoyulmuşdur.Hərbi cəhətdən zəif olduğu üçün Qarabağ xanlığından asılılığı qəbul etdi.1783-cü ildə Xoy xanlığının tabeliyinə keçdi,lakin 1787-ci ildə yenidən Qarabağ xanlığının təsiri altına düşdü.1795-ci ildə Qacarın yürüşünə məruz qaldı.

Lənkaran xanlığı.Əsası XVlll əsrin ortalarında qoyulubdur.Lənkəran hakimi Səfəvi nəslindən olan Seyid Abbas Nadir şahın hakimiyyətini tanlıdı və oğlu Cəmaləddin Mirzəni onun xidmətinə göndərdi.1747-ci ildə Cəmaləddin Mirzə Lənkəranı müstəqil xanlığa çevirdi, özü isə Qara xan adı ilə hakimiyyətə gəldi.O, xanlığı iqtisadi və siyasi cəhətdən möhkəmləndirmək üçün; 1) daimi qoşun təşkil etdi; 2)xan nəslindən olmayanların torpaq mülkləri müsadirə etdi.Lənkəran xanlığı 1768-ci ildə Gilan xanının hücumuna məruz qaldı.Qara xan Şindan qalasına çəkildi, lakin sonda tabe oldu və böyük xərac ödədi.Qubalı Fətəli xan Gilan xanına qarşı mübarizədə Qara xana yardım etdi.1785-ci ildə isə Lənkəran xanlığı Quba xanlığından asılı hala düşdü.1795-ci ildə Ağa Məhəmməd xanın yürüşünə məruz qaldı.

Bakı xanlığı. XVlll əsrin ortalarında yarandı.Bakı xanlığında bütün hakimiyyət, torpaq, yeraltı, və yerüstü sərvətlər xana və ailə üzvlərinə mənsub idi.İlk xanı l Mirzə Məhəmməd xan Xəzər dənizində gəmiçiliyin inkşafına xüsusi diqqət yetirdi. Oğlu Məhəmməd xan Qubalı Fətəli xanın bacısı ilə evləndi və onun vassalına çevrildi.Fətəli xanın ölümündən sonra Bakı xanlığı müstəqil oldu.1793-cü ildə çariça ll Yekaterinanın fərmanı ilə Bakı xanlığı Rusiyanın himayəsinə keçdi.l Pavel 1796-cı ildə rus qoşunu Azərbaycandan geri cağırdı və Bakı xanlığı Qacara meyl etdi.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin