İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə63/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   59   60   61   62   63   64   65   66   ...   109
tarix

Gəncə xanlığı. XVlll əsrin ortalarında ll Şahverdi xan Ziyad oğlu Nadir şahın ölümündən sonra Gəncəyə qayıdıb müstəqil xanlıq yaratdı.O, Gəncədəki Nadir şahın qarnizonunu darmadağın etmək üçün ll İraklidən yardım aldı və əvəzində 10min tümən qızıl pul verməyi öhdəsinə götürdü.Lakin oğlu bu pulu ödəməkdən imtina etdi.1780-ci ildə ll İrakli və İbrahimxəlil xanın birləşmiş qoşunu Gəncəni tutdu, xanı kor edilib, Şuşa qalasına salındı.Qaliblər Gəncə xanlığını idarə etmək üçün iki nümayəndəni hakim təyin etdilər.Beləliklə, Gəncədə ikihakimiyyətlik yarandı.1783-cü ildə Gəncədə Hacı bəyin başçılığı ilə üsyan baş verdi və hakimlər şəhərdən qovuldular.1784-cü ildə ll İrakli rus qoşunu ilə Gəncəyə hücum etdi.Dağıstan hakimlərinin köməyi ilə Gəncə xanlığı bu təcavüzdən xilas oldu.1786-cı ildə İbrahimxəlil xan və ll İrakli Gəncəyə hücum etdilər və onlara xərac ödəməyə razı olan Cavad xanı hakimiyyətə gətirdilər.Lakin Cavad xan 1795-ci ildə xərac verməkdən imtina etdi və Qacarla birlikdə Tiflisə yürüşdə iştirak etdi.1796-cı ildə isə Zubovun başçılığı ilə rus ordusu Gəncəni işğal etdi.Lakin az sonra l Pavel rus ordusunu geri çağırdı.Bundan istifadə edən Cavad xan Şəmşəddil, Qazax və Borçalı mahallarını geri aldı.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin