2
Ekologiya elminin inkişaf tarixinin qısa şərhi
Ekologiya bir elm kimi XIX əsrin ikinci yarısında,canlı orqanizmlər və onların
həyat tərzi haqqında biliklər toplandıqdan sonra formalaşmağa başlamışdır.Artıq
başa düşülmüşdür ki,yalnız orqanizmlərin quruluşu və inkişafı deyil,eyni zamanda
onların məskunlaşdığı mühitlə qarşılıqlı münasibətləri də ciddi elmi tədqiqata
ehtiyacı olan müəyyən qanunauyğunluqlara tabedir.
“Ekologiya”terminini ilk dəfə alman zooloqu E.Hekkel işlətmişdir. O,özünün“Or-
qanizmlərin ümumi morfologiyası”adlı fundamental əsərində(Berlin, 1866) yeni
elminmahiyyətini izah etməyə və onun tərifini verməyə cəhd etmişdir.
Ekologiya sözü yunan mənşəli olmaqla“oykos”- ev,mənzil,“loqos”-elm,təlim
deməkdir.
E.Hekkel ekologiyanı geniş mənada mövcudluğumuzun bütün şəraitinin də daxil
olduğu ətraf mühitlə orqanizmlərin münasibətlərindən bəhs edən bir elm hesab
etmişdir.
E.Hekkelə görə ekologiyanın vəzifəsi Ç.Darvinin şərti olaraq “mövcudluq
uğurunda mübarizə” adlandırdığı mürəkkəb qarşılıqlı münasibətləri tədqiq
etməkdən ivarətdir.
Bir çox elmlər kimi ekologiya da uzun bir inkişaf tarixinə malikdir
və bu inkişaf
davam etməkdədir.
Bitki və heyvanların həyat tərzi,xarici şəraitdən asılılığı,səpələnməsi haqqında
biliklərin toplanması çox qədimdən başlanmışdır.Bu məlumatların ümumiləş-
dirilməsi cəhdinə antik dövr filosoflarının əsərlərində belə, rast gəlinir.Aristotel
500-dən artıq heyvan növünün həyat tərzini şərh etmişdir.Aristotelin tələbəsi
“botanikanın atası”Teofras Ereziyski (b.e.ə.371-280 il) torpaq və iqlimdən asılı
olaraq bitkilərin müxtə-lifliyini şərh etmişdir.
Orta əsrlərdə dinin hökmranlığı nəticəsində təbiətin öyrənilməsinə maraq
zəifləmişdir.Sonrakı
dövrlərdə bir sıra coğrafi kəşflər,yeni ölkələrin
müstəmləkələşdirilməsi bitki və heyvanların sistemləşdirilməsinə güclü təkan
vermişdir.
Ekologiyanın inkişaf tarixində üç mərhələni ayırmaq olar.
Dostları ilə paylaş: