İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə1/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
  1   2   3   4   5   6   7   8   9   ...   109
umumi ekologiya




 
                                                       Giriş 
    İnsan  cəmiyyətinin  inkişafı  təbiətlə  qarşılıqlı  təmasda  olmadan  mümkün  deyil. 
İnsanların  təlabatını  ödəmək  və  onun  inkişafını  təmin  etmək  üşün  Yerin  bərpa 
olunan və bərpa olunmayan sərvətlərindən intensiv şəkildə istifadə olunur.İnsan öz 
həyatı  üçün  vacib  olan  hər  şeyi  (enerji,qida  və  s.)  təbiətdən  alır.Təbiət  insanın 
estetik təlabatının təminat mənbəyidir.  
    Elmi-texniki  tərəqqinin sürətli  vüsət  alması  ilə insanın təbiətə  təsiri  daha  güclü 
xarakter  alır.  XX  əsrdə  bu  təsir  təbii  amillərin  təsiri  ilə  müqaisə  edilə  biləcək 
dərəcəyə  çatmışdır  ki,  bu  da  insan  cəmiyyəti  ilə  təbiət  arasındakı  qüvvələr 
nisbətində kəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olmuşdur. 
    Elmi-texniki  tərəqqi  sayəsində  insan  cəmiyyəti  təbiətə  təsirin  daha  güclü 
vasitələrinə  yiyələnmişdir.Bu  nailiyyətlər  insana  mikro-və  makroaləmə  nüfuz 
etməyə,biosferdə  baş  verən  təbii  proseslərə  təsir  göstərməyə,Yerətrafı  kosmik 
fəzaya müdaxilə etməyə və s. imkan verir. 
    Təbiətdə  baş  verən  antropogen  dəyişikliklər  əksər  hallarda  pozitiv  xarakter 
daşıyır.Lakin,təbii  proseslərə  müdaxilə  edən  insan  bir  sıra  hallarda  təbiət 
qanunauyğunluqlarını  pozur  və  özü  üçün  arzuolunmaz  fəsadlara  səbəb 
olur.Sivilizasiyanın  mövcudluğunun  əsaslarını  təhlükə  altına  alan  təzadlardan  ən 
başlıcası  ətraf  mühitin  çirklənməsi  və  təbii  ehtiyatların  tükənməsidir.Ona  görə 
də,insan  cəmiyyəti  qarşısında  ekoloji  böhranın  aradan  qaldırılması,təbiətin 
qorunması  və  təbii  sərvətlərdən  səmərəli  istifadənin  həyata  keçirilməsi  vəzifəsi 
durur. 
    Nəzərə  almaq  lazımdır  ki,elmi-texniki  tərəqqi  insanın  təbiətdən  asılılığının  bir 
formasını azaltmaqla bərabər,bir çox hallarda bu saılılığın daha çətin və təhlükəli 
formalarına səbəb olur. 
    Hazırda ekoloji problemlər yalnız sənayeyə deyil,eyni zamanda iqtisadiyyat
siyasət,mənəviyyat,hüquq,estetika,təbabər  və  s.  sahələrə  də  nüfuz  etdiyi  üçün  bu 
problemlərin həlli kompleks şəkildə aparılmalıdır.Bu problemlərin həlli yalnız elm 
və  texnikanın  müxtəlif  sahələrində  çalışan  mütəxəssislərin  birgə  fəaliyyəti 
sayəsində mümkündür. 
    Ekoloji  problemlərin  müvəffəqiyyətli  həllinə  qadir  olan  mütəxəssislərin 
hazirlanması isə “Ekologiya” və “Ətraf mühitin mühafizəsi”və s.bu kimi kursların 
tədrisinə əsaslanmalıdır. 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin