VII. Konvensiyanın 8-ci maddəsinin iddia olunan pozuntusu
335. Ərizəçi, həmçinin Konvensiyanın aşağıdakıları nəzərdə tutan 8-ci maddəsinə istinad etmişdir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq, sağlamlığı, yaxud mənəviyyatı qorumaq və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
336. Ərizəçi bu maddəyə əsasən verdiyi şikayətin xarakteri barədə hər hansı əlavə təfsilatlar təqdim etməmişdir. Malik olduğu bütün materiallar baxımından ərizəçinin qalan şikayətlərini, şikayət olunan məsələlər onun səlahiyyətində olduğu qədər araşdıraraq, Məhkəmə hesab edir ki, onlar Konvensiya və ya onun Protokolları ilə təsbit olunmuş hüquq və azadlıqların pozulmasının hər hansı görüntüsünü aşkar etmir. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən açıq-aşkar əsassız kimi rədd olunmalıdır.
Dostları ilə paylaş: |