İnsan-maşin interfeysi Əsas anlayişlar



Yüklə 307,67 Kb.
səhifə10/20
tarix02.01.2022
ölçüsü307,67 Kb.
#40211
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
insan maşın interfeysi mühazirələr

İşçi səhifələr.

İşçi kitabları təmsil edən fayl pəncərələrinin aşağı hissəsində yan-yana yerləşmiş və üzərilərində Sheetl (^ncTİ-Vərəqəl), Sheet2 (^HCT2-Vərəqə2), ... və s. yazılmış düymələr görəcəksiniz (şəkil 7.). Bu düymələrdən hər biri bir işçi səhifəyə uyğundur.





Şəkil 7. İşçi səhifə düymələri
İşçi səhifələr yığımı işçi kitabı təşkil edir. Excel XP-nin daha öncəki variantlarında (Excel 4.0 və aşağısı) yaradılan hər bir fayl yalnız bir işçi səhifədən ibarətdir. Yəni, orada Workbook deyil, yalnız Worksheet yaratmaq mümkündür.

Excel-in 5.0 və sonrakı variantlarında isə məntiq bir az dəyişir və çoxsəhifəli bir iş mühitinin yaradılması lazım gəlir. Artıq bir faylın içərisində bir neçə işçi səhifə yarada bilərsiniz ki, bunun da çox böyük əhəmiyyəti vardır.

Excel XP - də görəcəyiniz işlər, başqa sözlə, hazırlayacağınız cədvəllər ümumilikdə yalnız bir səhifədə görünməyəcək sayda və ölçüdə ola bilər. Məsələn, bir müəssisə müdiri kimi müəssisənizin mədaxil və məxaricini aylıq və illik olaraq izləmək istəyirsiniz. Bu zaman nə edərsiniz? Deyək ki, bunun üçün standart bir mədaxil/məxaric cədvəli hazırlayıb, bunu standart bir forma kimi qəbul edərək hər ay üçün çoxalda bilərsiniz. Bu halda 12 ədəd cədvəliniz olacaqdır. Təbii ki, bu 12 cədvəli eyni anda kompüterin ekranında görmək mümkün deyildir. Əgər bu cədvəllərin hamısını bir səhifəyə yerləşdirərsinizsə, bu halda aylar arasında hərəkət etmək üçün səhifə üzərində gəzməli olacaqsınız (ekranı hərəkət etdirməklə) və bu da bir xeyli vaxtınızı aparacaqdı r. Bu zaman daha sadə yol seçə bilərsiniz.
Hər aya aid olan cədvəli ayrı işçi səhifəyə yerləşdirməklə, 12 işçi səhifədən ibarət işçi kitab təşkil etmiş olursunuz. Hətta son olaraq bir də illik cədvəl tərtib edə bilərsiniz. İşçi kitabın pəncərəsinin alt hissəsindəki səhifə düymələrinin adlarını da Yanvar, Fevral, Mart, ..., Dekabr, İllik deyə dəyişdirə bilərsiniz. Beləliklə bir cədvəldən, yəni, bir aydan digərinə keçməyiniz, ya da illik cədvəli görməyiniz daha da asanlaşacaqdır. Bir cədvəldən digərinə keçmək üçün uyğun aya aid işçi səhifə düyməsini sıxmağınız kifayətdir.

£3 Bir işçi kitabda ən çox neçə işçi səhifə ola bilər? - Əslində elə bir məhdu­diyyət yoxdur. Yarada biləcəyiniz işçi səhifələrin sayı kompüterinizin əməli yaddaşının (RAM) həcmindən asılıdır. Yaddaş çatışmazlığı problemi olmadıqda ən çox 255 işçi səhifə yarada bilərsiniz. Ancaq buna praktik olaraq ehtiyac olmadığını, yaddaşın hər zaman məhdud olduğunu və heç bir vaxt 255 səhifəlik bir işçi kitabınızın olmayacağını yəqin etmək olar. Bir işçi kitabda başlanğıcda 3 işçi səhifə olur.

£3 İşçi səhifələr üzərində hansı əməliyyatları apara bilərsiniz? - Onların adlarını, yerlərini dəyişdirə, yeni işçi səhifələr yarada, lazım olmayanları isə silə bilərsiniz.

Sətir və sütunlar.

Bildiyiniz kimi, cədvəllər sətir və sütunlardan ibarət olur. Excel XP-də görəcəyiniz işlər əsasən cədvəllərlə bağlıdır. Qarşınızda sətirlərdən və sütunlardan ibarət geniş bir sahə vardır. Bu sətir və sütunların kəsişdikləri yerlər də hücrələrdir.



33 Bir işçi səhifədə neçə sətir və sütun vardır? - Microsoft Excel XP işçi səhifələrinin hər birində 65536 sətir və 256 sütun vardır. Sətir və sütunların sayını bir- birinə vurduqda, bir işçi səhifədə 16777216 ədəd hücrə olduğu aydın olur. Ancaq bu rəqəm Sizin üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Çünki heç bir vaxt 65536 sətirdən və 256 sütundan ibarət bir cədvəl tərtib edəcəyiniz yəqin deyildir.

İşçi səhifədə hər sətrin bir nömrəsi və hər sütunun da bir adı vardır. Əslində istər nömrə, istərsə də ad olsun, bunlar sətir və sütun başlıqları adlanır. İşçi sahə parametrlərini dəyişdirərək sətir nömrələri və sütun adları əvəzinə başqa adlardan da istifadə edə bilərsiniz.

Sətir nömrələri və sütun adları olmadan işinizi planlaşdırmağınız və nəzarət altına almağınız mümkün deyildir. Hər hansı bir məlumatın səhifənin harasında olduğunu müəyyən etmək və digər məlumatlarla əlaqələndirmək üçün bunlardan mütləq istifadə etmək məcburiyyətindəsiniz.

Bir işçi səhifədə 256 sütun olduğunu bildirmişdik. Sütunlar hərflərlə adlandırılır. İlk sütun A, sonrakı B, daha sonrakı C və s. kimi adlandırılır. Z sütunundan sonrakı sütunlar iki hərflə: AA, AB, AC və s. kimi adlandırılır. AZ sütunundan sonra BA, BB, BC, ..., BZ kimi davam edir və bu qayda ilə sonuncu sütunun adı IV olur.

Sətirlərin nömrəsi isə rəqəmlərlə 1, 2, 3 və s. göstərilir. Axırıncı sətrin nömrəsi 65536- dır.

£3 Sətir və sütunlar üzərində hansı əməliyyatları apara bilərsiniz? - İki

sətir/sütun arasına yeni sətirlər/sütunlar əlavə edə, mövcud sətir/sütunu silə, sətir/sütunları gizlədə, sətirlərin yüksəkliyini və sütunların genişliyini istədiyiniz kimi dəyişdirə bilərsiniz.




Yüklə 307,67 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin