İnsan-maşin interfeysi Əsas anlayişlar



Yüklə 307,67 Kb.
səhifə11/20
tarix02.01.2022
ölçüsü307,67 Kb.
#40211
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
insan maşın interfeysi mühazirələr

Hücrələr (xanalar).

Hücrə Excel XP-nin əsas komponentlərindən biri sayılır ki, bu da sətirlərlə sütunların kəsişməsindən alınan sahələrə verilən addır. Hər işçi səhifədə 16777216 ədəd hücrə vardır. Ümumiyyətlə 255 səhifədən ibarət bir işçi kitabda 4278190080 hücrə ola bilər.



Hücrələr üzərində aşağıdakı əməliyyatları aparmaq olar:

  • Bir hücrədən digərinə asanlıqla keçmək olar;

  • Klaviaturadakı [Delete] düyməsini sıxmaqla hücrə içərisindəki yazıları silmək olar;

  • Bir hücrədəki məlumatları digərlərinə də köçürmək olar;

  • Bir hücrədəki məlumatı asanlıqla digərinə daşımaq olar;

  • Bir-neçə hücrəyə eyni vaxtda eyni məlumatı daxil etmək olar;

  • Qonşu hücrələrə ardıcıl sıralanmış məlumatlar (rəqəmlər, tarixlər və s. kimi) daxil etmək olar;

  • Hücrə içərisindəki yazıların yerini təyin etmək olar;

  • Hücrə içərisindəki məlumatı gizlətmək olar;

  • Hücrələrə izahlı qeydlər vermək olar;

  • Hücrə içərisindəki yazıları üfqi, şaquli və ya müəyyən bucaq altında yerləşdirmək olar;

  • Hücrələrə formullar yerləşdirmək və formulların nəticələrinin, ya da özlərinin görünməsini təmin etmək olar;

  • Hücrələrin kənar xətlərini çəkmək olar;

• Hücrə içərisindəki yazıların rəngini və ya hücrənin fon rəngini təyin etmək olar.

İki cür hücrə vardır: aktiv (current) və aktiv olmayan hücrə. Şəkildə göstərilmiş soldakı hücrə aktiv olmayan hücrədir (şəkil 8.). Sağdakı hücrə isə aktiv hücrədir.





Şəkil 8. Aktiv və aktiv olmayan hücrələr
Aktiv hücrənin kənarları qalın xətlərlə çərçivəyə alınır. Bu çərçivənin aşağı sağ küncündəki kiçik “+“ işarəsinə diqqətlə baxın. Bu işarə düyməsindən hücrə içərisindəki məlumatları digər hücrələrə müxtəlif formada köçürmək üçün istifadə edilir.

Ünvanlar.

Hücrə adı verilən sahələrə daxil ediləcək məlumatlar üzərində hansı əməliyyatları aparacaqsınız? Aralarında hər hansı bir əlaqə qurulmayan məlumat yığımının praktik

__ 1 HC\

olaraq bir məna daşımadığı aydındır. Hərflərdən ibarət məlumatlar görünüş baxımından uyğun bir formada nizamlanaraq bir məna kəsb edə bilər , ancaq ədədlər üçün bunları demək çətindir. Excel XP-dən istifadə etməkdə əsas məqsəd isə daxil edilmiş məlumatları bir riyazi modelə, ya da məntiqə görə cədvəl şəklində nizamlamaqdır.

Deyək ki, bir sütuna adları, onun sağındakı sütuna soyadları, bunun sağına isə ümumi maaşları daxil etdiniz. Növbəti sağda yerləşən sütuna alınacaq maaşları daxil etmək istəyirsiniz. Bütün şəxslər üçün alınacaq maaşları bir-bir hesablamağa ehtiyac yoxdur. Bu halda, hücrələrə daxil edilmiş ümumi maaşlarla alınacaq maaşlar arasında bir riyazi əlaqə qurmaq lazım gəlir. Məsələn, deyək ki, alınacaq maaş ümumi maaşın 66%-ni təşkil edir (şəkil 9.).







Şəkil 4. Customize (Настройка - Tənzimləmə) dialoq pəncərəsinin Options

(Параметры - Parametrlər) səhifəsi






  • İstənilən alətlər çubuğu və ya menyü çubuğu üzərində Mouse-un sağ düyməsini sıxanda alətlər çubuqlarının adlarından ibarət dinamik menyü açılacaqdır. Bu adlardan hər hansı birini seçmək olar.

  • View (Вид - Görünüş) menyüsündən Toolbars (Панели инструментов - Alət Çubuqları) əmri ilə açılan pəncərədəki siyahıdan lazım olan alət çubuğunun adını seçmək olar və i. a.

Status Bar.

Word - ün proqram pəncərəsinin aşağı hissəsində Status Bar (Строка состояния - Vəziyyət Çubuğu) yerləşir. Vəziyyət çubuğu üzərində sahələrdə müəyyən məlumatlar (şəkil 3.) əks etdirilir. Bu sahələrdə əsasən kursorun səhifədəki vəziyyəti haqqında məlumat verilir.

Vəziyyət çubuğunun ekranda görünməsi üçün Tools (Сервис - Alətlər) menyüsündən Options (Параметры - Parametrlər) əmrini seçib açılan dialoq pəncərəsində View (Вид - Görünüş) səhifəsinin Show (Показывать - Göstər) sahəsindəki Status Bar (Строку состояния - Vəziyyət Çubuğu) parametrini aktivləşdirin.







Şəkil 5. Status Bar (Строка состояния - Vəziyyət Çubuğu)

Sənədlər.

Word-də yaradılmış hər bir fayl document (документ- sənəd) adlanır. Sənədin adını proqram pəncərəsinin Title Bar (Заголовок-Başlıq çubuğu)nda görə bilərsiniz Document1 (Документ 1 - Sənəd 1) Microsoft Word. Yeni sənədin müvəqqəti adı saxlanana qədər Document1 (Документ 1 - Sənəd 1) olur. Əgər bu adla sənəd artıq açılmışdırsa, bu halda yeni sənədə Document2 (Документ 2 - Sənəd 2) adı verilir. Beləcə hər açılan növbəti sənəd fayla yazılana kimi müvəqqəti olaraq Document3 (Документ 3 - Sənəd 3), Document4 (Документ 4 - Sənəd 4) və s. adlandırılacaqdır.

Digər Office proqramlarında olduğu kimi Microsoft Word-də də eyni zamanda bir neçə sənədlə işləmək mümkündür.



Açılmış fayl pəncərələrinin adları Window (Окно - Pəncərə) menyüsündə görünür. Bir pəncərədən digərinə keçmək üçün Window (Окно - Pəncərə) menyüsünü açıb lazım olan pəncərə başlığını seçmək olar. Window (Окно - Pəncərə) menyüsündən Arrange All (Упорядочить все - Hamısını Sırala) əmrini seçməklə ekranda bütün açıq pəncərələri sıralanmış şəkildə görmək olar.


Yüklə 307,67 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin