İnterfeys (ing.interface -birləşmə, təmas, əlaqə yeri və ya üsulu ) — iki elementin qarşılıqlı təsirini təmin edən qovuşma nöqtəsi. Bu termin elm və texnikanın müxtəlif sahələrində istifadə olunur. Hesablama texnikasında interfeyslər bütün müasir informasiya sistemlərinin qarşılıqlı təsirinin əsasıdır.Hesablama texnikasında çeşidli interfeyslər ən müxtəlif səviyyələrdə gerçəkləşdirilib: proqramlarla səmərəli işləməyə imkan verən ən aşkar qrafik istifadəçi interfeyslərindən tutmuş, qurğularla kompüterin komponentlərinin qarşılıqlı ələqəsini təmin edən, çox zaman görünməz olan, ancaq çox gərəkli aparat vasitələri interfeyslərinədək.
Əgər hər hansı bir obyektin (fərdi kompyüterin, proqramın, funksiyanın) interfeysi dəyişmirsə, bu obyektin digər obyektlərlə qarşılıqlı təsir prinsiplərini dəyişdirmədən onun özünü modifikasiya etmək imkanı yaranır. Məsələn, Windows-un bütün proqramları eyni interfeysə malikdirlər. Hesablama sistemində qarşılıqlı təsir istifadəçi, proqram və aparat səviyyələrində həyata keçirilə bilər. Bu təsnifata uyğun olaraq istifadəçi interfeysi – istifadəçinin müxtəlif qurğularla ünsiyyətdə istifadə etdiyi vasitələr məcmusudur.
İnterfeysin növləri: istifadəçinin interfeysi, intellektual interfeys, insan-maşın interfeysi, proqram interfeysi və s.
İstifadəçi interfeysi 2 cür olur: simvol interfeysi və qrafiki interfeys.
Simvol interfeysi– videosistem mətn rejimində işləyən zaman istifadə olunur. Monitorun ekranına informasiya ardıcıl simvollar şəklində daxil edilir.
Qrafiki interfeys – videsistem qrafik rejimdə işləyə bilən zaman meydana gəlir. Bu halda informasiya monitorun ekranına nöqtə -nöqtə şəklində çıxarılır.
Qrafiki interfeys obyektləri –pəncərələr. İstifadəçinin qrafiki interfeysinin əsasını təşkil edən və yaxşı düçünülmüş pəncərələr sistemi və digər qrafik obyektləri təşkil edir.
Pəncərə – monitorun ekranında haşıyələnmiş düzbucaqlı sahə olub, burada proqram, sənəd, məlumat təsvir edilir. Pəncərə o zaman aktiv olur ki, istifadəçi onunla işləyə bilir.
Pəncərələr aşağıdakılardır: tətbiqi proqramlar və sənədlər pəncərələri, dialoq pəncərəsi, gizlədilmiş pəncərələr, əmrlər düymələri, seçmə düyməsi, çeviricilər, siyahılar sahəsi, mətn sahələri, işçi stolunun təyinatı.