İnterfeysin yaradılmasının əsas prinsipləri
İnterfeysin yaradılmasının əsas prinsipləri aşağıdakılardır:
1.Təbiilik(intuitivlik) –Sistemlə iş zamanı istifadəçi qarşıya qoyulmuş məsələnin həll prosesini idarə etmək üçün lazım olan direktivləri (interfeysin elementlərini) tapmaq üçün çətinlik çəkməməlidir.
2. Razılaşma və uyğunluq- işçi mühitlə proqram bu prinsiplərə riayət etməlidirlər.Əgər sistemlə iş zamanı istifadəçi sistemin bir hissəsində hər hansı hərəkəti yerinə yetirirsə, onda sistemin digər hissəsində də bu hərəkət identik olmalıdır. Həm də interfeysin sistemlə işi qoyulmuş normaya uyğun olmalıdır(məsələn, Enter klavişinin istifadəsi). Razılaşmanın aspektləri:
- Fiziki, əsasən texniki vasitələrə aiddir( klaviatura,mouse)Məsələn, F2 klavişi eyni yerdədir, mousenin düyməsi sol barmağın altındadır.
- Sintaksis, ekranda dialoq elementlərinin ardıcıllığı və yerinin təsvirinə aiddir.Məsələn, panelin başlığı həmişə yuxarıda və ortada olmalıdır.
- Semantik, interfeysin elementlərinin mənasını bildirir. Məsələn, “Çıxış”sorğusu həmişə eyni bir mənanı verməlidir.
3. Dost olma- İstifadəçi proqramın işini adətən sınaq və səhv üsulu ilə öyrənir.Belə yanaşmanı İMİ nəzərə almalıdır. İşin hər bir mərhələsində İMİ istifadəçiyə uyğun fəaliyyətlər yığımı təklif etməlidir.İstifadəçini verilənləri korlaya biləcək fəaliyyət haqqında məlumatlandırmalı və ona fəaliyyətdən imtuna və ya geri qayıtma imkanı verilməlidir. Əks əlaqə prinsipinin olması vacibdir.Bu zaman istifadəçi hər bir fəaliyyəti üçün vizual və ya səsli təsdiqləmə və yaxud məlumat almalıdır.
4. Sadəlik – Sistemlə iş zamanı və ya sistemi idarə edərkən istifadəçi ancaq minimal məlumat daxil etməlidir.Məsələn, istifadəçi lazımsız rəqəmləri daxil etməyə vaxt sərf etməməlidir( 00010-ın yerinə 10 daxil etsə kifayətdir). Analoji olaraq da istifadəçidən əvvəlcədən daxil edilmiş informasiyanı və ya sistemdən avtomatik alınmış informasiyanı təzədən daxil etməyi də tələb etmək olmaz.İnformasiyanın daxil edilməsini minimallaşdırmaq üçün əsasən susmaya görə olan veriləndən istifadə etmək məsləhətdir.
5.Kömək üçün sistemə birbaşa müraciət- İş prosesi zamanı sistem istifadəçini lazım olan təlimatlarla təmin etməlidir.Köməkçi sistem üç əsas aspektə cavab verməlidir: verilmiş əmrlərin keyfiyyətinə və sayına, səhvlər haqqında məlumatlara və sistemin hal hazırda gördüyü işin təsdiqinə.
6.Çeviklik- Müxtəlif səviyyədə hazırlıqlı bütün istifadəçilər üçün sistem interfeysi olmalıdır. Təcrübəsiz istifadəçilər üçün interfeys iyerarxik strukturla, təcrübəli istifadəçilər üçün isə əmrlər, klavişlərin kombinasiyası şəklində qurulmalıdır.
7.Estetik görünüş – Layihə edilmiş proqram məhsulunun mühüm cəhəti – İMİ-nin vizual komponentlərinin layihələndirilməsidir. Vizul komponentlər öz təsviri ilə istifadəçini cəlb etməlidir, obyekt haqqında əlavə məlumat verməlidir.Ümumimiyyətlə estetik cəhətdən cəlbedici proram adətən daha y
Dostları ilə paylaş: |