İnsan-maşin interfeysi Əsas anlayişlar


İnterfeysin yaradılmasının əsas prinsipləri



Yüklə 307,67 Kb.
səhifə5/20
tarix02.01.2022
ölçüsü307,67 Kb.
#40211
1   2   3   4   5   6   7   8   9   ...   20
insan maşın interfeysi mühazirələr

İnterfeysin yaradılmasının əsas prinsipləri
İnterfeysin yaradılmasının əsas prinsipləri aşağıdakılardır:

1.Təbiilik(intuitivlik) –Sistemlə iş zamanı istifadəçi qarşıya qoyulmuş məsələnin həll prosesini idarə etmək üçün lazım olan direktivləri (interfeysin elementlərini) tapmaq üçün çətinlik çəkməməlidir.

2. Razılaşma və uyğunluq- işçi mühitlə proqram bu prinsiplərə riayət etməlidirlər.Əgər sistemlə iş zamanı istifadəçi sistemin bir hissəsində hər hansı hərəkəti yerinə yetirirsə, onda sistemin digər hissəsində də bu hərəkət identik olmalıdır. Həm də interfeysin sistemlə işi qoyulmuş normaya uyğun olmalıdır(məsələn, Enter klavişinin istifadəsi). Razılaşmanın aspektləri:

- Fiziki, əsasən texniki vasitələrə aiddir( klaviatura,mouse)Məsələn, F2 klavişi eyni yerdədir, mousenin düyməsi sol barmağın altındadır.

- Sintaksis, ekranda dialoq elementlərinin ardıcıllığı və yerinin təsvirinə aiddir.Məsələn, panelin başlığı həmişə yuxarıda və ortada olmalıdır.

- Semantik, interfeysin elementlərinin mənasını bildirir. Məsələn, “Çıxış”sorğusu həmişə eyni bir mənanı verməlidir.

3. Dost olma- İstifadəçi proqramın işini adətən sınaq və səhv üsulu ilə öyrənir.Belə yanaşmanı İMİ nəzərə almalıdır. İşin hər bir mərhələsində İMİ istifadəçiyə uyğun fəaliyyətlər yığımı təklif etməlidir.İstifadəçini verilənləri korlaya biləcək fəaliyyət haqqında məlumatlandırmalı və ona fəaliyyətdən imtuna və ya geri qayıtma imkanı verilməlidir. Əks əlaqə prinsipinin olması vacibdir.Bu zaman istifadəçi hər bir fəaliyyəti üçün vizual və ya səsli təsdiqləmə və yaxud məlumat almalıdır.

4. Sadəlik – Sistemlə iş zamanı və ya sistemi idarə edərkən istifadəçi ancaq minimal məlumat daxil etməlidir.Məsələn, istifadəçi lazımsız rəqəmləri daxil etməyə vaxt sərf etməməlidir( 00010-ın yerinə 10 daxil etsə kifayətdir). Analoji olaraq da istifadəçidən əvvəlcədən daxil edilmiş informasiyanı və ya sistemdən avtomatik alınmış informasiyanı təzədən daxil etməyi də tələb etmək olmaz.İnformasiyanın daxil edilməsini minimallaşdırmaq üçün əsasən susmaya görə olan veriləndən istifadə etmək məsləhətdir.

5.Kömək üçün sistemə birbaşa müraciət- İş prosesi zamanı sistem istifadəçini lazım olan təlimatlarla təmin etməlidir.Köməkçi sistem üç əsas aspektə cavab verməlidir: verilmiş əmrlərin keyfiyyətinə və sayına, səhvlər haqqında məlumatlara və sistemin hal hazırda gördüyü işin təsdiqinə.

6.Çeviklik- Müxtəlif səviyyədə hazırlıqlı bütün istifadəçilər üçün sistem interfeysi olmalıdır. Təcrübəsiz istifadəçilər üçün interfeys iyerarxik strukturla, təcrübəli istifadəçilər üçün isə əmrlər, klavişlərin kombinasiyası şəklində qurulmalıdır.

7.Estetik görünüş – Layihə edilmiş proqram məhsulunun mühüm cəhəti – İMİ-nin vizual komponentlərinin layihələndirilməsidir. Vizul komponentlər öz təsviri ilə istifadəçini cəlb etməlidir, obyekt haqqında əlavə məlumat verməlidir.Ümumimiyyətlə estetik cəhətdən cəlbedici proram adətən daha yaxşı işləyir, çünki o, layihəçidən xüsusi diqqət tələb edir.

İMİ-nin layihələndirilməsi üçün bu sahə üzrə təcrübəli mütəxəssislərin çoxlu tövsiyyələri var.Onlardan bir neçəsinin tövsiyyələrini nəzərdən keçirək.



  • Kompüter interfeysləri üzrə mütəxəssis olan Jef Raskin 2000-ci ildə nəşr olunmuş “The Humane İnterface” kitabında insan maşin interfesinin layihələndirilməsi üçün iki qanun formalaşdırmışdır:

1. Kompüter sizin işinizə ziyan vurmamalıdır yaxud özünün fəaliyyətsizliyi ilə sizin işinizə ziyan vurulmasına imkan verməməlidir.

2. Kompüter sizin vaxtınızı boş yerə almamalıdır və ya lazım olandan çox sizdən iş tələb etməlidir.



  • S.Jarkov özünün “профессиональная разработка и продвижение программ(Shareware:proqramların professional işlənməsi və inkişafı) ” kitabında kitabında insan maşin interfesinin layihələndirilməsi üçün aşağıdakı üç ümumi prinsipi göstərmişdir:

1. Proqram qarşıya qoyulmuş məsələnin həllinə kömək etməlidir, məsələnin özünə çevrilməməlidir.

2.İstifadəçi proqramla işləyərkən özünü axmaq hiss etməməlidir.

3. Proqram elə işləməlidir ki, istifadəçi kompüteri axmaq hesab etməsin.


  • İnsan- maşın münsibətləri üzrə amerikalı mütəxəssis Ben Şneyderman özünin “Designing the User Interface(İstifadəçi interfeysinin layihələndirilməsi)” kitabında aşağıdakı 8 qızıl qaydanı formalaşdırmışdır:

1.Ardıcıl olun: İdentik və oxşar situasiyalarda eyni hərəkətlərdən, adlardan və idarəetmə elementlərindən istifadə edin

2. Təcrübəli mütəxəssislərin imkanlarından istifadə edin:”qaynar” klavişlər”in,makrosların və s. köməyi ilə alternativ idarəetmə üsullarını təqdim edin.

3.Əks əlaqədən idtifadə edin: proqram operatopun hər bir hərəkətinə reaksiya verməlidir.

4.Tamamlanmış dialoqlardan istifadə edin.Başlanğıcı, aralıq və sonu olan ardıcıl hərəkətlər formalaşdırın.Hər bir mərhələdə əks əlaqə prinsipinə riayət edin.

5.Səhvlərin emalı üçün sadə prosedurlardan istifadə edin.Sistemi elə işləyin ki, istifadəçi ciddi səhv etməsin, əgər səhv aşkar olunarsa, onda ona səhvi aradan qaldırmaq üçün sadə və başa düşülən şəkildə ardıcıllıqlar mexanizmini təklif edin.

6. Hərəkətlərin ləğvi üçün sadə mexanizmlər təklif edin: bu istifadəçini narahatlığını azaldacaqdır, çünki onlar səhv hərəkətin ləğv edilə biləcək imkanının olmasını bilməlidirlər.

7.Elə təəssürat yaradın ki, istifadəçi bütün prosesi idarə edir.Sistemi elə layihələndirin ki, operator hərəkətlərin inisatoru olsun.

8. Qısa müddətli yaddaşın yükləməsini azaldacaqsınız: insan yaddaşının xüsusiyyətləri miqdara, ölçülərə və idarəetmə elementlərinin növbələşməsinin sürətinə məhdudiyyətlər qoyur.




Yüklə 307,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin