3. Qrafik mühitlər. Proqram informasiyanı qrafik formada göstərirsə və istifadəçi ilə qarşılıqlı əlaqədə olmaq üçün göstərici qurğu (məsələn, siçan) tələb edirsə, o, qrafik istifadəçi interfeysinə malikdir.
İnsan maşın interfeysi (İMİ) - texniki sistemlə operator arasında birbaşa qarşılıqlı əlaqəni təmin edən üsul və vasitələrdir.Bunlar operatora imkan verir ki, nəinki bu sistemi idarə etsin, həm də ona nəzarət etsin.İMİ - proqram sisteminin işi zamanı predmet sahəsinin informasiya modelinin yaradılması üçün və onun istifadəçi ilə qarşılıqlı əlaqəsini təmin edən üsul və vasitələr məcmuudur.İnterfeysə daxildir:
Təqdimetmə dili – kompüterlə istifadəçinin ünsiyyəti;
Fəaliyyətlət dili – istifadəçi ilə kompüterin ünsiyyəti;
Istifadəçi interfeysin təqdim edilməsi.
Qarşılıqlı əlaqənin əsas iki tipi vardır. Birinci- əmrlərin mətn vasitəsi ilə daxil edilməsi; İkinci- birbaşa manipulyasiya etməklə.Beləliklə, istifadəçinin kompüterlə əlaqə yaratması üçün bir neçə üsul vardır:
-Əmrlər dili – Uyğun əmrləri mətn rejimində daxil etməklə istifadəçi sistemi idarə edir.
-Sual-cavab – dialoq kompüter sualları verir, istifadəçi cavab verir və yaxud əksinə.
-Formalar – istifadəçi forma və ya dialoqun sahələrini lazım olan verilənləri daxil edir.
-Menyu – istifadəçi bir sıra seçimlə təmin olunmuş və lazım olan punktları seçməklə sistemi idarə edir.
- Birbaşa manipulyasiya – istifadəçi ekranda olan obyektləri mouse tipli manipulyasiya qurğusu ilə birbaşa idarə edir. İstifadəçinin qrafiki interfeysi (GUİ-Graphic User İnterface) birbaşa manipulyasiya üçün istifadə edilir.
Müxtəlif ƏS-də qarşılıqlı əlaqə yaratmaq üçün yuxarıda qeyd olunan üsulların birləşməsindən istifadə edilir. Məs. Windows ƏS-nin qrafiki interfeysində birbaşa manipulyasiya, menyu, dialoq ,formalar və əmrlər dili istifadə edilir. Bu cür yanaşma layihəçi üçün qarşısında qoyulan məsələni həll etmək üçün və daha yaxşı variantı seçmək üçün vacibdir.
Formalar – interfeysin əsas elementidir. Formaların təyinatı – verilənlərin əlverişli şəkildə daxil edilməsi və avtomatlaşdırılmış sistemin vəziyyəti haqqında olan məlumatların baxışıdır. Formaların yaradılmasının əsas prinsipləri aşağıdakılardır:
Forma qarşıya qoyulmuş məsələnin tez bir zamanda həlli üçün daha əlverişli, anlaşıqlı şəkildə layihələndirilməlidir. Əgər forma kağız üzərində tərtib olunmuşsa, onda onu elə sadə şəkildə tərtib etmək lazımdır ki, istifadəçi onu kompüterə köçürərkən heç bir çətinliklə üzləşməsin .
Formanın sahələrində informasiya vahidləri elə seçilməlidir ki, gələcəkdə istifadəçi onu istifadə edə bilsin.
Formanın informasiya elementləri elə seçilməlidir ki, qarşıya qoyulan məsələni həll edərkən istifadəçinin diqqətini cəlb edə bilsin.
Qarşılıqlı əlaqəli və ya bir- birinə bağlı əlementlər eyni bir formada təsvir olunmalıdırlar.
Erqonomik interfeysin yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, informasiyanın təsviri elə effektiv olmalıdır ki, insan üçün daha anlaşıqlı olsun. Monitorun ekranında informasiyanı elə strukturlaşdırmaq lazımdır ki, daha vacib olanlar diqqəti cəlb etsinlər.Ekranda olan ümumi informasiyanı elə minimallaşdırmaq lazımdır ki, istifadəçi üçün lazım olanlar qalsın.
Dostları ilə paylaş: |