Şəkil 2. Page Setup (Параметры страницы - Səhifə Qur) dialoq pəncərəsi
Dialoq pəncərəsindəki Margins (Поля - Sahələr), Paper Size (Размер бумаги - Kağızın ölçüsü) və Layout (Источник бумаги - Kağızın mənbəyi) adları səhifə başlığı, bu adların yazıldığı düymələr isə səhifə başlığı düymələri adlanır. Bir səhifədən digərinə keçmək üçün səhifə başlığı düyməsinin üzərində Mouse-un sol düyməsini sıxmaq lazımdır;
Səhifələrdə parametrlər qrup şəklində yerləşir və hər bir qrupun adı olur. Bu adlara sahə adları deyilir (məsələn, Preview (Образец - Nümunə), Orientation (Ориентация - İstiqamət). Sahələrdəki parametrlər müxtəlif formada seçilə və ya qeyd oluna bilər;
Mətn daxil etmək üçün nəzərdə tutulan sahələrə mətn qutuları161 deyilir.
□ - işarəsi bayraqcıq, O - işarəsi isə selektor (çevirici, açar) duyməsi adlanır. Selektor düymələrindən ancaq biri (©), bayraqcıqların (0) isə bir neçəsi eyni zamanda aktiv ola bilər.
Dialoq pəncərələrində əmr düymələri də olur. Bunlardan daha çox istifadə edilən OK və Cancel (Отмена - Ləğv Et) düymələridir. Parametrlər seçiləndən və ya daxil ediləndən sonra OK düyməsi sıxılanda onlar təsdiqlənir və dialoq pəncərəsi bağlanır.
Cancel (Отмена - Ləğv Et) düyməsini sıxdıqda isə seçdiyiniz və ya daxil etdiyiniz parametrlər təsdiqlənmədən (yerinə-yetirilmədən) dialoq pəncərəsi bağlanır.
Xətkeşlər.
Səhifələrin ölçüsünü, kağızın kənarlarından mətnə qədər olan məsafələri, sətrlərin uzunluğunu, sətrlərarası məsafələri, eləcə də simvolların, mətndə yerləşdirilmiş müxtəlif obyektlərin, rəsmlərin ölçüsünü gözəyarı təyin etmək üçün xətkeşlərdən istifadə edilir.
Word-də iki tip xətkeşdən istifadə edilir: Horizontal Ruler (Г оризонтальная Линейка - Üfqi Xətkeş) və Vertical Ruler (Вертикальная Линейка - Şaquli Xətkeş). Horizontal Ruler (Горизонтальная Линейка - Üfqi Xətkeş) hər an ekranda görünə bilər. Vertical Ruler (Вертикальная Линейка - Şaquli Xətkeş) isə yalnız səhifə rejimində ekranda görünür. Səhifə rejiminə keçmək üçün View (Вид - Görünüş) menyüsündən Print Layout (Разметка страницы - Səhifə Quruluşu) əmrini seçə bilərsiniz.
Bəzi hallarda xətkeşlər ekranda görünməyə də bilər. Bu halda View (Вид - Görünüş) menyüsündən Ruler (Линейка - Xətkeş) əmrini seçmək (aktivləşdirmək) lazımdır. Bu əmr təkrar seçiləndə xətkeşlər gizlədilir.
Bəzən səhifə rejimində işləyərkən View (Вид - Görünüş) menyüsündən Ruler (Линейка - Xətkeş) əmrinin seçilməsinə baxmayaraq Vertical Ruler (Вертикальная Линейка - Şaquli Xətkeş) ekranda görünməyə bilər. Bu halda Tools (Сервис - Alətlər) menyüsündən Options (Параметры - Parametrlər) əmrini seçin. Açılacaq dialoq pəncərəsində View (Вид - Görünüş) səhifəsinin Print and Web Layout options (Параметры режима разметки и веб-документа - Çap və Web parametrlər) sahəsindəki Vertical ruler (Вертикальная Линейка - Şaquli xətkeş) parametrini aktivləşdirin.
Xətkeşlər məsafəni müxtəlif vahidlərlə göstərə bilər. Ölçü vahidini dəyişmək üçün Tools (Сервис - Alətlər) menyüsündən Options (Параметры - Parametrlər) əmrini seçin. Açılan dialoq pəncərəsində General (Общие - Ümumi) səhifəsinə keçib Measurement units (Единицы измерения - Ölçü vahidləri) qutusundan lazım olan ölçü vahidini, məsələn, Centimeters (Сантиметры - Santimetrlər) seçin.
Alətlər çubuqları.
Word ilk dəfə açılanda ekranda yalnız Standard (Стандартная - Standart) və Formatting (Форматирование - Formatlaşdırma) alət çubuqları görünür. Standard (Стандартная - Standart) alətlər çubuğunda tez-tez istifadə edilən menyü əmrlərini asanlıqla və cəld seçmək üçün istifadə edilən düymələr yerləşir. Formatting (Форматирование - Formatlaşdırma) çubuğunda isə mətni formatlaşdırarkən tez-tez istifadə edilən əməliyyatları asanlıqla yerinə-yetirməyə xidmət edən düymələr yerləşir.
Word-də çoxlu sayda alət çubuqlarından istifadə edilir.
Alətlər çubuğunu gizlətmək və ya ekrana gətirmək üçün müxtəlif yollardan istifadə edilə bilər.
Dostları ilə paylaş: |