İnsan-maşin interfeysi Əsas anlayişlar


İNFORMASIYANIN QARŞILIQLI TƏSIR ANLAYIŞI. ƏSAS ANLAYIŞLAR



Yüklə 307,67 Kb.
səhifə6/20
tarix02.01.2022
ölçüsü307,67 Kb.
#40211
1   2   3   4   5   6   7   8   9   ...   20
insan maşın interfeysi mühazirələr

İNFORMASIYANIN QARŞILIQLI TƏSIR ANLAYIŞI. ƏSAS ANLAYIŞLAR.
İnsan-maşın interfeysi istifadəçi ilə kompüter arasında əlaqə yaradır və qarşıya qoyulmuş məqsədə çatmağa imkan yaradır, müvəffəqiyyətlə verilmiş məsələnin öhdəsindən gəlir. Qarşılıqlı təsir anlayışı – fəaliyyətlərin yerdəyişməsi, kompüterlə istifadəçi arasında olan fəaliyyətlərə olan reaksiyadır.Bir neçə il əvvəl qarşılıqlı təsir anlayışının əsas növü mətn idi( məs. əmr sistemləri). Hal hazırda qarşılıqlı təsir kimi qrafikanı , ikonkaları( işarələri) mətnin yerinə işlətmək olur, amma qarşılıqlı təsir təsvirində hələ də mətndən istifadə edilir.

Qarşılıqlı təsir əsasən iki növə ayrılır. Birinci-interfeysi mətn şəklində olan əmrlərdən istifadə etməklə; İkincisi – birbaşa manipulyasiya .

Beləliklə, istifadəçinin kompüterlə əlaqəsini yaratmaq üçün bir neçə üsul var:


  • Əmr dilləri – istifadəçi mətn rejimində uyğun əmrləri daxil etməklə sistemi idarə edir;

  • Sual və cavab – dialoq, haradaki kompüter sualları verir istifadəçi isə cavab verir və yaxud əksinə;

  • Formalar – istifadəçi formanı və ya dialoqun sahələrinə lazımi informasiyaları daxil edir;

  • Menyu – istifadəçi bir neçə seçimlə təmin olunur və lazım olan punktları seçməklə sistemi idarə edir;

  • Birbaşa manipulyasiya – iatifadəçi ekranda olan obyektləri mouse tipli manipulyasiya qurğuları ilə idarə edir. Bundan başqa manipulyasiyanın birbaşa interfeysi- İstifadəçinin Qrafiki İnterfeysindən də istifadə edilir.

Hal-hazırda müxtəlif əməliyyat sistemlərində adətən yuxarıda qeyd olunan üsulların müxtəlif kombinasiyalarından istifadə edilir. Məsələn, Windows əməliyyat sisteminin qrafiki interfeysində həm birbaşa manipulyasiya, həm də menyu, dialoq elementləri, formalar və əmrlər dilindən istifadə olunur.

Avtomatlaşdıtılmış sistem layihəçisi üçün bu cür yanaşma vacibdir, ona görə ki, sifarişçinin (gələcək istifadəçinin) qarşıya qoyduğu məsələni diqqətlə nəzərdən keçirirərək ,məsələnin həlli üçün ən yaxşı variantı seçmək imkanı yaradır.

İnterfeysin yaradılmasına kompleks yanaşma layihələndiriləcək proqram sisteminə də tətbiq edilə bilər. Bu zaman həm birbaşa manipulyasiya, menyu, formalar və dialoqlar istifadə edilir.

Kompüterlə iş zamanı istifadəçinin özünü rahat hiss etməsi üçün , sistemlə qarşılıqlı əlaqə vaxtı komfort hiss etməlidir. Beləliklə , işin rahat olmasına təsirini göstərən faktorlar aşağıdakılardır: sosial faktorlar, fiziki erqonomika, psixoloji erqonomika.




Yüklə 307,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin