İnsan-maşin interfeysi Əsas anlayişlar



Yüklə 307,67 Kb.
səhifə9/20
tarix02.01.2022
ölçüsü307,67 Kb.
#40211
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
insan maşın interfeysi mühazirələr

Şəkil 3. Customize (Настройка - Xüsusiləşdir) dialoq pəncərəsinin Toolbars (Панели

инструментов - Alətlər Çubuqları) səhifəsi







  • İstənilən alətlər çubuğu və ya menyü çubuğu üzərində Mouse-un sağ düyməsini sıxanda alətlər çubuqlarının adlarından ibarət dinamik menyü açılacaqdır. Bu adlardan hər hansı birini seçmək olar.

  • View (Вид - Görünüş) menyüsündən Toolbars (Панели инструментов - Alət Çubuqları) əmri ilə açılan pəncərədəki siyahıdan lazım olan alət çubuğunun adını seçmək olar və i. a.

Status Bar.

Word - ün proqram pəncərəsinin aşağı hissəsində Status Bar (Строка состояния - Vəziyyət Çubuğu) yerləşir. Vəziyyət çubuğu üzərində sahələrdə müəyyən məlumatlar (şəkil 3.) əks etdirilir. Bu sahələrdə əsasən kursorun səhifədəki vəziyyəti haqqında məlumat verilir.

Vəziyyət çubuğunun ekranda görünməsi üçün Tools (Сервис - Alətlər) menyüsündən Options (Параметры - Parametrlər) əmrini seçib açılan dialoq pəncərəsində View (Вид - Görünüş) səhifəsinin Show (Показывать - Göstər) sahəsindəki Status Bar (Строку состояния - Vəziyyət Çubuğu) parametrini aktivləşdirin.


Sənədlər.

Word-də yaradılmış hər bir fayl document (документ- sənəd) adlanır. Sənədin adını proqram pəncərəsinin Title Bar (Заголовок-Başlıq çubuğu)nda görə bilərsiniz Document1 (Документ 1 - Sənəd 1) Microsoft Word. Yeni sənədin müvəqqəti adı saxlanana qədər Document1 (Документ 1 - Sənəd 1) olur. Əgər bu adla sənəd artıq açılmışdırsa, bu halda yeni sənədə Document2 (Документ 2 - Sənəd 2) adı verilir. Beləcə hər açılan növbəti sənəd fayla yazılana kimi müvəqqəti olaraq Document3 (Документ 3 - Sənəd 3), Document4 (Документ 4 - Sənəd 4) və s. adlandırılacaqdır.

Digər Office proqramlarında olduğu kimi Microsoft Word-də də eyni zamanda bir neçə sənədlə işləmək mümkündür.

Açılmış fayl pəncərələrinin adları Window (Окно - Pəncərə) menyüsündə görünür. Bir pəncərədən digərinə keçmək üçün Window (Окно - Pəncərə) menyüsünü açıb lazım olan pəncərə başlığını seçmək olar. Window (Окно - Pəncərə) menyüsündən Arrange All (Упорядочить все - Hamısını Sırala) əmrini seçməklə ekranda bütün açıq pəncərələri sıralanmış şəkildə görmək olar.

Word-də hazırlanmış sənədlərin, yəni, Word fayllarının genişləndirməsi adətən .DOC, və ya .DOT olur.











Digər Office proqramlarında da olduğu kimi Microsoft Excel XP-də də eyni anda bir neçə işçi kitab aça bilər və paralel olaraq işləyə bilərsiniz.

Excel XP-ni işlədib hər hansı bir faylı açarkən, iç-içə yerləşmiş iki pəncərə görünəcəkdir. Bunlardan altda olanı proqram pəncərəsi, üstdə, içəridə görünəni isə fayl pəncərəsi adlanır. Əgər fayl pəncərəsini maksimum böyüdərsinizsə Maximize (Свернуть в окно-Maksimum), fayl pəncərəsinin başlığı ilə proqram pəncərəsinin başlığı birləşərək tək bir başlıq kimi görünəcəkdir.

Başlıq çubuğu üzərində yazılmış Microsoft Excel XP - Bookl ifadəsi əslində iki ayrı pəncərə başlığıdır. Proqram pəncərəsinin başlığı Microsoft Excel XP, fayl pəncərsinin (bizim halda işçi kitabın) başlığı isə Bookl (Книга1-Kitabl )-dir.

Əgər fayl pəncərəsini bağlayarsınızsa, yalnız o anda üzərində işlədiyiniz işçi kitab bağlanacaq, ancaq proqram pəncərəsi açıq qalacaqdır, yəni, Excel XP-dən çıxmayacaq­sınız.

Əgər proqram pəncərəsini bağlayacaqsınızsa, bu, Excel XP-dən çıxmaq istədiyiniz mənasına gələcəkdir. Excel XP-dən çıxmaq istədiyiniz zaman o anda açıq olan işçi kitablar (yəni, fayl pəncərələri) bağlanacaqdır.

Bu işçi kitablar arasında, üzərində dəyişiklik edilmiş olanlar vardırsa, Excel XP bunları yaddaşa yazıb-yazmayacağınızı soruşacaqdır. İşçi kitabların, yəni, Excel XP fayllarının genişləndirməsi .XLS, .XLC, .XLW, .XLM, .XLA, .XLT olaraq qəbul edilir.




Yüklə 307,67 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin