İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu



Yüklə 0,58 Mb.
səhifə24/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   60
referat 3325

Yarım sistemlər. İşçi heyətinin idarə edilməsinin bir çox yarım sistemləri vardır. Bu, əsasən 9-10 yarım sistemlərdən ibarətdir. Biz indi üç vacib yarım sistemi nəzərdən keçirək (sxem 8.1)

Sxem 8.1.



İşçi heyətinin idarə edilməsi sistemi və yarım sistemləri


Heyətin idarə edlməsi



1) Kadrların uçotu və işə düzəldilməsi yarım sistemi

2) Kadrların inkişafı yarım sistemi

3) Planlaşdırma, proqnozlaşdırma və heyətin marketinqi

Bir qayda olaraq 1-ci yarım sistemə kadrların işə düzəlməsi, işdən getməsi, yerdəyişməsi, kadrların idarəetmə sisteminin informasiya təminatı, peşə meyli, məşğuliyyətin təmin edilməsi, 2-ci yarım sistemə texniki, iqtisadi təlim, kadrların yenidən hazırlanması və ixtisasının artırılması, kadrların ehtiyatları ilə aparılan iş, işgüzar gələcək, mənsəbin (karyeranın) planlaşdırılması və ona nəzarət, yeni işçilərin əməyə sistemli uyğunlaşması, 3-cü yarım sistemə heyətin idarə edilməsi strategiyasının hazırlanması, kadrlar potensialının təhlili, heyətə olan tələbatın planlaşdırılması və proqnozlaşdırılması, əmək bazarının təhlil edilməsi, kadrların qiymətləndirilməsi və s. Daxildir.



Yuxarıda göstərilən üç vacib yarım sistemlərdən başqa işçi heyətinin idarə edilməsinin hüquqi xidmət yarım sistemi (heyətin idarə edilməsi, əmək münasibətləri üzrə hüquqi sənədlər sistemi), idarəetmənin təşkilatı strukturu yarım sistemi (təşkilatı strukturunun təhlili, bu strukturun layihələndirilməsi, ştat cədvəlinin hazırlanması, yeni strukturun qurulması), əmək şəraiti yarım sistemi (psixofızioloji erqonomik tələblərə, texniki estetika, texniki təhlükəsizlik tələblərə və qaydalarına əməl etmə), əmək münasibətləri yarım sistemi (qrup və şəxsi qarşılıqlı münasibətlərin, rəhbərlik - tabeçilik münasibətlərin təhlili, əmək - istehsal münaqişə və streslərin idarə edilməsi, sosial - psixoloji diaqnostika, etik normalara əməl etmə), və s. də vardır.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin