İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


İdarəetmədə səmərəli əməkprosesləri, idarəetmə əməliyyatları



Yüklə 0,58 Mb.
səhifə35/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   60
referat 3325

9.5. İdarəetmədə səmərəli əməkprosesləri, idarəetmə əməliyyatları.
Əmək prosesi dedikdə birinci növbədə ayrı-ayrı və yaxud qrup qulluqçu, menecerin və digərinin müvafıq məqsədlərinin həyata keçirilməsi ilə bağlı olan əmək fəaliyyətdir. Onlarm əmək prosesi müxtəlif iş və əməliyyatların məcmuundan ibarətdir.

Əmək proseslərinin məzmunu əməyin məzmunu ilə bilavasitə bağlıdır, daha doğrusu, onu axırıncının konkretləşmiş forması adlandırmaq olar. Əməyin məzmunu isə öz növbəsində aşağıdakı əlamətlə fərqlənir: a) funksional məzmunu; b) predmet-funksional məzmunu; q) iş növlərinin məcmuu, əməliyyatların adı, icra olunma üsulları, qaydası və sxemi. Əmək bölgüsü nəticəsində yuxarıda sadalananlar, o cümlədən funksional-texnoloji üzrə dərin ixtisaslaşma getmişdir. Bu baxımdan idarəçilik əməliyyatı idarə aparatı işçilərinin əmək əməliyyatlarıdır. Əmək əməliyyatları isə öz növbəsində bu və ya digər vəzifələrin icrası ilə bağlıdır.

İndi də idarəçilik funksiyalarınını icrası ilə bağlı olan əsas əməliyyatları nəzərdən keçirək:

1. Təşkilatı-inzibati əməliyytlar: bu daha çox rəhbər işçilərə aiddir.

2. Xidməti-kommunikasiya əməliyyatları: telefon danışıqları, dispeçer əlaqələri, adamların qəbulu, digər kommunikativ əməliyyatlar, ezamiyyətə getmə və s.

3. Sərəncam vermə əməliyyatı: əmr, instruktiv xarakterli sərəncamlar, tapşırıqların verilməsi və s.

4. Əlaqələndirmə (koordinasiya) əməliyyatları: idarə aparatının həlqələrinin fəaliyyətinin əlaqələndirilməsi, bunun üçün digər fəaliyyətlə yanaşı müşavirə və iclasların çağrılması, iş planının ərtib edilməsi və s.

5. Nəzarət-qiymətləndirmə əməliyyatları: əmrlərin, müşavirə qərarlarının, tapşırıqların yerinə yetirilməsinə, habelə işçilərin öz vəzifə funksiyalarını icra etmələrinə nəzarət.

6. Analitik-konstruktiv əməliyyatlar: yaradıcı qaydada təşkilat, texniki, iqtisadi və digər qərarların qəbul edilməsi; bunun üçün mövcud vəziyyətin sistemli təhlili, qərarlar layihəsinin hazırlanması, informasiyaların qəbulu, tanışlıq və istifadəsi, xüsusi əməliyyatlarla tanışlıq. Bu əməliyyatlar sistemində konstruktiv əməliyyatın də böyük rolu vardır. Əgər analitik əməliyyatlar əsasən informasiyalarla, onların idarəetmə funksiyaları ilə əlaqələndirilməsi ilə, konstruktiv əməliyyatlar müxtəlif qərarlarm hazırlanması və qəbul edilməsi ilə şərtləşir. Bunun üçün aşağıdakı metodlardan istifadə edilir:

a) inversiya metodu: vəzifələrə, problemlər yeni qaydada yanaşma, bunun üçün onların həllində köhnə görüşlərdən, fikilərdən imtina etmə, yeni mövqe tutma;

b) analogiya metodu: digər hallarda təsadüf edilən situasiyalardan istifadə etmə. Bu isə məsləhət qaydasında müxtəlif ideyaların və fıkirlərin məsləhət qaydasında müzakirəsini, təhlilini və müvafıq nəticənin çıxarılmasını tələb edir. İri miqyaslı vəzifələrin həlli üçün sərbəst mühakimələr irəli sürməkdə "beyin hücumu" metodunun da böyük əməliyyati vardır.

7. İnformasiya-texniki əməliyyatlar: idarə aparatının informasiya, sənədlər təminatı, onların işlənib hazırlanması ilə əlaqədar olan hesablama-texniki, məntiqi və digər əməliyyatlar.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin