İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


Mütəxəssis əməyinin keyfıyyəti, əmək bölgüsü və vəzifə təlimatı



Yüklə 0,58 Mb.
səhifə36/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   60
referat 3325

7.6. Mütəxəssis əməyinin keyfıyyəti, əmək bölgüsü və vəzifə təlimatı
İdarəetmə sahəsində əmək bölgüsü idarəetmə proseslərinin xüsusi hissələrə ayrılması, onların müstəqil iş sahəsinə, iş növlərinə çevrilməsi (ixtisaslaşması) deməkdir. Buna uyğun olaraq müəyyən idarəetmə bölmələri üzrə MTİ-lər və qulluqçuların iş yerləri müəyyənləşir, orada xüsusi mühəndis - idarəçlik və digər işlər icra edilir. MTİ-lər və qulluqçuların əmək bölgüsü aşağıdakı əlamətlər üzrə həyata keçirilir:

1.İdarəetmə funksiyasına görə (xətti rəhbərlik, texniki-iqtisadi planlaşdırma və s.). İdarəetmə funksiyası idarəetmə proseslərinin ən səmərəli əmək bölgüsü formasını ifadə edir, idarəetmə bölmələrinin profılini və işçilərin peşə-ixtisas tərkibini müəyyənləşdirir.

2. MTİ-lərin, qulluqçuların fəaliyyət növü (rəhbərlik; müxtəlif informasiyaların hazırlanması və s.);

3. İcra edilən işlərin mürəkkəbllik səviyyəsi və məsuliyyətliliyi (onların ixtisas - vəzifə qrupları - texniki icraçı, layihə rəhbəri, aparıcı mühəndis, baş iqtisadçı və s.).

4. Məqsədli proqramlar üzrə.

5. İş və əməliyyat növləri üzrə.

Əmək bölgüsünə əsaslanmış, elmi yanaşma üçün rəhbər işçilərin, MTİ-lərin və qulluqçuların tarif-ixtisas sorğu cədvəllərindəki tələbləri əsas götürmək lazımdır. Burada konkret vəzifədən irəli gələn görülməli olan işlər, onların geniş təsviri, ixtisas tələbləri, icraedilən işlərin mürəkkəbliyinə təsir edən amillər əks olunur.

Mütəxəssislərin əməyinin keyfiyyəti aşağıdakı amillərlə müəyyən edilir: MTİ-lər və qulluqçuların fəaiiyyət dairəsi və işləyib hazırladığı, istifadə etdiyi informasiyaların mürəkkəbliyi; icra olunan işin müstəqillik səviyyəsi; rəhbərliyin mürəkkəbliyi və miqyası; əlavə məsuliyyətin xarakter və dərəcəsi. İşçinin ixtisasma isə aşağıdakı amillər təsir edir: xüsusi biliyin səviyyəsi, yəni xüsusi təhsili; ixtisas üzrə iş stajı (həmçinin daşıdığı vəzifə üzrə iş stajı - vəzifəli şəxslər üzrə); təşkilatçılıq vərdişi səviyyəsi.





Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin