Mövzu 10. Əməyin motivləşdirilməsi və insan potensialından istifadə problemləri
10.1. Əmək fəaliyyəti prosesində mətivləşdirmənin rolu, əhəmiyyəti və strukturu
10.2. Əməyin motivləşdirilməsinin idarə olunması və onun sosioloji modelləri
10.3. Dəyərlər sistemi
10.1. Əmək fəaliyyəti prosesində motivləşdirmənin rolu, əhəmi yyəti və strukturu
Demək olar ki, müxtəlif fəaliyyət sferaları, o cümlədən də əmək fəaliyyəti hər hansı bir motiv növü olmadan həyata keçirilə bilməz. Çünki insanların, hətta belə müəyyən siyasi partiyalar və sosial qrupların fəaliyyəti müəyyən tələbatlar, sosial-iqtisadi mənafelər sistemi ilə bağlıdır. Onlar işçilərin və sosial qrupların həyatında müxtəlif səviyyəli rola malik olurlar. Bu müxtəliflik birinci növbədə tələbat və mənafelərin ayrı-ayrı ünsürlərinin insan həyatında oynadığı rolla müəyyən olunur. Ən vacib məsələlərdən biri konkret əmək situasiyasında onlar arasında zəruri nisbətliliyin müəyyən edilməsidir. Əmək motivləri fəaliyyətin başlanması və həyata keçirilməsinin başlıca mexanizmi və sövqedici, vadaredici vasitəsidir. Məhz motivlərin köməyilə işçilər müxtəlif əmək situasiyalarında, öz davranışlarını təsdiq edir və müəyyənləşdirir.
Əmək fəaliyyəti konkret amillər və şəraitlər, habelə işçilərin sosial keyfıyyəti ilə müəyyən olunur. Birincisi, əmək fəaliyyətinə sosial hadisələrə və proseslərə bir sistem kimi yanaşılmalıdır. İkincisi, bu fəaliyyətin dinamikasını, bir keyfiyyət halından digərinə keçməsi qanunauyğunluqlarını, üçüncüsü, sosial sistemin bir ünsürü kimi adamların, işçilərin sosial statusunu (funksiyasını, rolunu, mövqeyini), dördüncüsü, onlann davranışını müəyyən edən məcmu dəyərlər və normalar nəzərə alınmalıdır. Burada həm sosietal sistem (cəmiyyətin iqtisadi, siyasi, sosial, ideoloji yarım sistemləri) və həm də sosial sistemlə (insanlar, qrup və təbəqələrin sosial ümumiliyi, sosial təşkilat, sosial normalar, sosial dəyərlər, sosial status və s.) - hər ikisi ilə bağlı olan amillər və konkret tarixi şərait mühüm əhəmiyyət kəsb edir. Lakin müqayisədə iqtisadi determinizm, sosial sistsm, sosial determinizmə, sosial sistemə nisbətən aparıcı, həlledici rola malikdir. Burada sosial determinasiyanın da öz rolu və əhəmiyyəti vardır. Həmin sistemlərin özlərinə məxsus fəaliyət göstərmə mexanizmi, keyfiyyət fərqləri və qanunauyğunluqları olur. Sosial tarazlığın təmin edilməsində. idarə olunmasında bu xüsusiyyətlərin sistemli halda nəzərə alınmasının müstəsna əhəmiyyəti vardır. İnsan özü öz fəaliyyətini idarə edərkən, istiqamətləndirərkən , istər-istəməz bu cəhətləri nəzərə almağa çalışır; burada mənafelər sistemi, ansamblı bu və ya digər fəaliyyət motivləri yaratmış olur. Tələbatın dərk edilməsi mənafelərə, mənafelər isə motivlərə çevrilir. Sosial, əmək fəaliyyətinin motivlər strukturu (motivlər ezəyi) əmək fəaliyyətinin başlanğıcını, çıxış nöqtəsini, məqsədini) müəyyən edir və həm də hər bir işçinin (şəxsiyyətin) dispozisiya strukturunu formalaşdırır. Həmin sosial münasibətlərin, motivləşdirmənin xarakteri və məzmunu ayrı-ayrı işçilər, sosial qruplar, təbəqələr və siniflər üzrə müxtəlif olur. Bu onların həyat tərzi və şəraiti ilə bağlıdır. Əksər sosioloqlar belə hesab edirlər ki həmin müxtəlifiik tələbatla müəyyən edilir. Belə bir müddəanı əsas götürmək olmaz. Çünki tələbatın hər iki növləri - bioloji və sosial - bütün adamlar, sosial qruplara aid edilə bilər. Burada ən başlıca şərt, amil adamların, sosial təbəqələrin funksional əmək bölgüsü, hakimiyyət səlahiyyəti ilə bağlıdır. Nomenklatura kapitalı. nomenklatura kapitalizmi də məhz bununla əlaqədardır. Göstərdiyimiz kimi, motivlərsiz fəaliyyət yoxdur. Bu baxımdan motivlər insan fəaliyyətinin katalizatoru rolunu oynayır, daimi fəaliyyət göstərən amil kimi çıxış edir. Bununla belə bir sıra halda motivlər çeviklik xassəsinə də malik olurlar. Bu çeviklik bəzən ayrı-ayrı insanların və sosial qrupların konkret emosiyaları ilə bağlı olur. Həm də bu konkret əmək fəaliyyətinin özünün məzmunu ilə də şərtlənir. Lakin motivlərin çevikliliyi heç də onların insan həyatında keçici xarakter daşımasına dəlalət etmir. Motivlər butövdükdə və onları əmələ gətirən komponentlər baxımından bir sıra funksiyaları yerinə yetirirlər. Sosioloji ədəbiyyatlarda həmin funksiyalar aşağıdakı kimi müəyyən edilmişdir:
1) Meyledici, istiqamətləndirici funksiya; bu o deməkdir ki, motivlər müxtəlif əmək situasiyasında işçiləri müxtəlif davranış istiqamətləri seçməyə istiqamətləndirir. Çünki istiqamətin seçilməsi hər bir işçi və əmək kollektivi üçün həlledici va prinsipial əhəmiyyətə malikdir.
2) Əmək fəaliyyətinin məna yaradan, məna kəsb edən funksiyası; çünki motiv işçi üçün əmək fəaliyyətinin konkret məzmunu, mənasını və əhəmiyyətini müəyyən edir.
3) Vasitəçilik funksiyası, motivlər insan fəaliyyətinin xarici və daxili vadaredici vasitələrinin, həlqələrinin vəhdətliyini təmin edir, onların təsirini işçilərin davranış qaydaları ilə əlaqələndirir. Əlbəttə, xarici və daxili həlqələrin davranışla əlaqələndirilməsinin özünün bir sıra üsulları və variantları ola bilər.
4) Səfərbəredici funksiya - motivlər bilavasitə hər bir işçinin qabiliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Motivlər dəyanətli, stimullaşdırıcı gücə malik olduqca bir o qədər də insan qabiliyyətini əməyin səmərəliliyi üçün səfərbər edə bilər. Əlbəttə, burada onun üçün nə dərəcədə əhəmiyyətli olmasını dərk etməlidir, dərketmədən çox şey asılıdır.
5) Əsaslandırma, bəraətqazandıncı funksiya - bu işçinin müəyyən davranış etalonu, normalaşdırılan nümunə ilə bağlıdır. Burada real və mülahizə şəklində irəli sürülmüş motivlərin bir-birindən ayırd edilməsinində böyük əhəmiyyəti vardır. Onların hər ikisi nəticə etibarilə əsaslandırılmalıdır.
İşçinin fəaliyyəti bir yox, bir neçə motivlərlə bağlı olur. Həm də bu motivlər zaman etibarilə səpələnmiş halda deyil, eyni vaxtda fəaliyyət göstərir. Bu bir tərəfdən işçilərin müxtəlif münasibətlər sistemilə təmasda olması, digər tərəfdən isə öz motivlərinin müxtəlifliyilə bağlı olmasından irəli gəlir. Ona görə də sosioloji ədəbiyyatlarda motivlərin tərkibi çoxpilləli, iyerarxiya strukturu baxımından izah olunur və burada "motivləşdirmə özəyi" ifadəsi işlədilir. Motivləşdirmə özəyinin strukturunun bir növ universal sxemi, modeli vardır. Bununla yanaşı o konkret əmək fəaliyyətinin növü və strukturundan asılı olaraq müxtəlif ola bilər. Burada konkret peşələr üzrə iş rejimi, əmək fəaliyyətinin dərinləşməsi, iş mühitinin xüsusiyyətləri, işçinin həyat səviyyəsinin konkret əmək fəaliyyətilə bağlılıq, asılılıq dərəcəsi, əmək kollektivlərində münaqişə situasiyası və sair mühüm əhəmiyyət kəsb edir.
Sosioloji və iqtisadi ədəbiyyatlarda "motiv" anlayışı sözün geniş və dar mənasında və habelə çox aspektli mənada izah edilir. Əlbəttə, birinci növbədə motivlər əmək fəaliyyətinə daxili sövqedici komponentləri (maddi tələbat, mükafatlandırma və sair) və habelə emosiyalı arzu və ideyaları ozünə daxil edir. Konkret əmək fəaliyyətində tələbatlar və mənafelər bir-birinə müxtəlif şəkildə qovuşurlar, bu qovuşma müxtəlif səviyyələrdə olur. Bəzən bu onların dispozisiyası adlanır. Bütün bunlar işçilərin dəyərlər meyli ilə bilavasitə bağlı olur. Çünki onlar nəticə etibarilə ən mürəkkəb və əhəmiyyətli həyati situasiyalarda işçilərin əmək davranışının tənzimləyicisi rolunu icra edirlər.
Dəyərlər meyli peşələrin seçilməsi, iş yerlərinin dəyişilməsi və sair üçün mühüm əhəmiyyətə malik olur. Əlbəttə, peşənin seçilməsinin özü də heç bir səbəb olmadan baş vermir. Burada əsasən aşağıdakılar əsas götürülür: fəaliyyət növünün yaradıcı xarakteri; seçilmiş peşənin qazanc gətirmə dərəcəsi; qabiliyyətin və peşə meyillərinin uyğunluluğu; seçilmiş peşələr üzrə mütəxəssislərə tələbatın olması (işçi qüvvəsinə tələb və təklif mexanizmi baxımından); həmin peşənin ictimai nüfuzluluq səviyyəsi; məcburiyyət üzündən həmin peşənin seçilməsi (başqa peşələr üzrə iş tapa bilməməsi, işsizliyi getdikcə artması).
Göründüyü kimi, peşə-ixtisas motivləri kompleks məsələlər, sosial problemlərlə bağlıdır.
Əməyə münasibətdə bütün motivlərin mövqeyi və əhəmiyyəti eyni dərəcədə olmur. Burada ən mühüm əhəmiyyətə malik olanı əməyin ödənilməsi sistemidir. Çünki maddi təminat əməyə sövq edən ən başlıca amildir. Lakin bazar münasibətləri şəraitində əmək davranışının motivləri strukturunda əmək haqqının rolu xeyli dərəcədə qeyri əmək gəlirləri baxımından zəif mövqe tutmağa başlamışdır. Bu əmək davranışına mənfi təsir etməklə yanaşı əməyin səmərəliliyinə də stimuledici təsir göstərə bilməmişdir.
Dostları ilə paylaş: |