Am = St + Ps;
Burada, St - saatlıq tarif maaşı;
Am - aylıq maaşı;
Ps - ay ərzində fəhlənin islədiyi saatların miqdarı.
İşi buraxdıqda və proqul etdikdə fəhlə qismən və ya tamamilə mükafatdan məhrum edilir. İqtisadi cəhətdən əsaslandırılmış və düzgün tətbiq olunan hallarda mükafatlı sistem, sadə vaxtamuzd sistemdən xeyli üstünlüklərə malikdir. Belə ki, vaxtamuzdçu fəhlənin əmək haqqı bu sistem üzrə yalnız işlənilən vaxtın miqdarından və ixtisasından deyil, həm də onun işinin göstəricilərindən asılıdır.
Vaxtamuzd-mükafatlanma üzrə əmək haqqı sistemində sadə vaxtamuzd sistemə nisbətən əməyin ödənilməsi prinsipinə daha tam əməl olunur və keyfıyyət göstəricilərinin yaxşılaşdırılmasında şəxsi maddi marağı artırır.
Vaxtamuzd-mükafatlı əmək haqqı sistemində mükafatlandırma göstəriciləri konkret, əsaslandırılmış halda və birbirilə qarşıhqh əlaqə halanda olmalıdır. Bu sistemdə mükafatlanma göstəricilərinə avadanlığın boş dayanmasının qısaldılması, yanacağa, elektrik eherjisinə qənaət, zay məhsulun azalması, iş yerinə yaxşı qulluq etmə, işi keyfıyyətli icra etmə və sair daxildir. Məsələn, krançı iş yerlərinə fasiləsiz xidmət etdikdə və onun xidmət etdiyi növbə, sahə və ya sex planı yerinə yetirdikdə tarif maaşının 20%-i, növbətçi çilingər, onun günahı üzündən avadanlığın boş dayanması halları olmadıqda və işi keyfıyyətli icra etdikdə tarif maaşının 20%-i, təmirlə əlaqədar çilingər və elektrik çilingəri isə işi vaxtında və keyfıyyətlə göründüyünə görə tarif maşının 25%o-i həcmində mükafat alırdılar.
Vaxtamuzd-mükafatlı əmək haqqının tətbiqinin başlıca məsələlərindən biri onun iqtisadi səmərəsinin artırılmasıdır. Ona görə də əməyin ödənilməsinin bu sisteminin tətbiqilə əlaqədar olaraq yanacağa, xammala, materiala olan qənaət, zay məhsulun azalması və s. sahədə olan səmərə konkret müəyyən edilir.
Dostları ilə paylaş: |