İnsanlar və



Yüklə 426,35 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix03.02.2017
ölçüsü426,35 Kb.
#7457
1   2

gətirib deyir: 

- Hə için uşaqlar, Milad ildə bir dəfə olur.  

- Necə yəni yekə bir qabda?! Corc heyrətləndi. 

- Bəli, cənab – deyə qoca sözünü tamamladı. 

Lenni çarpayısını  yığışdırıb qurtarmışdı ki, qapı 

açıldı  və içəri bəstəboy bir adam daxil oldu. O, mavi 

rəngli cins şalvar, qara və yaxası düymələnməmiş palto  

geyinmişdi. Onun görkəmindən hiss olunurdu ki, 

əməksevər adam deyil. Qoca xidmətçi cəld ona baxıb, 

oğlanların gəldiyini bildirdi və çıxıb getdi. Sahib kiçik və 

cəld addımlarla irəlilədi və soruşdu: 

- İş üçün kağızlarınızı gətirmisinizmi? 

Corc cibindən iş kağızlarını çıxarıb sahibə verdi. 

Sahib gözlərini süzərək soruşdu: 

- Sənin adın nədir? 

- Corc Milton. 



 

23

- Bəs sənin adın nədir?- deyə sahib üzünü 



Lenniyə tutub soruşdu. 

- Onun adı Lenni Smoldur – deyə Corc cavab 

verdi. 

Sahib onların hər ikisinin adlarını kitabçasını 



qeyd edib daha sonra soruşdu: 

- Harada işləmək istəyirsiniz? 

- Zəmidə – deyə Corc cavab verdi. 

Sahib Lennini şəhadət barmağı ilə göstərib dedi: 

- Deyəsən çox danışmaq deyil, elə deyilmi? 

- Bəli, amma yaxşı işçidir, öküz kimi güclüdür. 

Lenni öz-özünə güldü və onun sözlərini yavaşca 

təkrar etdi. «Öküz kimi güclüdür». 

Corc ona baxdı və Lenni dərhal özünü yığışdırıb 

başını aşağı saldı. Sahib ondan soruşdu: 

- Qulaq as, Smol! Nə bacarırsan? 

Lenni başını qaldırıb kömək üçün Corca baxdı. 

Corc dedi: 

- O yaxşı səpinçidir, yaxşı becərmə işi aparır. O, 

hər şey edə bilir. Siz nə tapşırsanız onu da edər. 

- Nə üçün ona imkan vermirsən ki, danışsın? Nə 

üçün özünü tez irəli atırsan? - Deyə sahib Corcdan 

soruşdu. 

- Mən… düzü demək istəyirəm ki, o, yaxşı işçidir. 


 

24

Sahib  əlindəki kitabçanı ehmalca cibinə qoyub 



yenə soruşdu: 

- De görüm, onu neçəyə satırsan? 

- Bəli? 

- Deyirəm ki, bu oğlanı neçəyə satırsan? 

- Mən…  Əlbəttə… Mən… Nə üçün fikirləşirsiniz 

ki, mən onu satıram? 

- Mən heç vaxt görməmişəm ki, bir oğlan başqa 

birisi üçün bu qədər  əziyyət çəksin. Mən bilmək 

istəyirəm, görüm burada sənin nə marağın var? 

- O, mənim  əmim oğludur. Anası tapşırıb ki, 

ondan muğayat olum. Düzü o, uşaq olan vaxt at təpiyi 

ilə onun başından vurub. Onda elə bir çatışmamazlıq 

yoxdur. Siz ona nə tapşırsanız onu da edər. 

- Allah bilir, bəlkə də onun başında beyni yoxdur 

ki, firkirləşsin görüm arpa dolu kisəni nə  qədər yerə 

səpmək olar. Nə üçün siz bundan əvvəlki iş yerinizi tərk 

etmisiniz? 

- İşimizi görüb qurtarmamışıq, - Corc deyə cavab 

verdi.  

- Nə iş idi belə? 

- Biz… biz orada quyular qazırdıq. 

- Yaxşı, amma özünü belə irəli verməyə çalışma. 

Mən onu da deyim ki, əvvəllər burada çox ağıllı 


 

25

oğlanlar işləirdilər. Nahardan sonra taxıl səpənlər 



briqadasına daxil olarsınız. Daha doğursu, Slimin 

briqadasına… 

- Slimin? 

- Hə, Slimin, ucaboy oğlandır. Onu nahar vaxtı 

görəcəksən, - deyə sahib onları bir daha nəzərdən 

keçirdikdən sonra çaxıb getdi. 

Sahibin ayaq səsləri kəsilən kimi Corc Lenniyə 

dedi: 


- Hə, deməli, sən heç bir söz demədin,  əgər 

danışsaydın biz işə girə bilməyəcəkdik. Az qala 

danışmağınla biz işimizi itirərdik. 

Lenni ümidsizliklə əllərinə baxdı. 

- Mən yadımdan çıxarmamışdım, Corc. 

- Mənə elə  gəlir ki, Lenni, o bizi gözdən 

qoymayacaq, ona görə  də biz ehtiyyatlı olmalıyıq və 

səhvə yol verməməliyik. Sən bundan sonra da 

susmalısan, Lenni. 

- Corc, mənim başıma at təpiyi ilə vurmayıb, 

eləmi? 

- Mən səni xilas etmək üçün dedim. 



- Sən deyirsən ki, mən sənin  əmin oğluyam, 

Corc? 


 

26

- Hə, bu yalandır.  Əgər sən mənim qohumum 



olsaydı, indiyə özümü güllə ilə çoxdan atmışdım – o 

birdən dayandı, qapıya tərəf addımlayıb çölə baxdı – 

Kimsə bizə qulaq asır deyəsən! – dedi. 

Qoca xidmətçi yavaş-yavaş içəri daxil oldu. Onun 

əlində süpürgə yanında isə bir it var idi. 

- Mən sizə qulaq asmırdım. Elə indicə gəlib itimlə 

birlikdə kölgədə dayanmışdım. 

- Siz qulaqlarınızı  şəkləyib bizim işimizə 

qarışırsınız. Mən istəmirəm ki, kimsə bizim işimizə 

burnun soxsun, - deyə Corc acıqlandığını bildirdi. 

- Mən elə indicə evi süpürüb bura gəldim və sizin 

nə danışdığınızı  eşitməmişəm. Mən hətta sizin 

danışığınızla belə maraqlanmamışam. 

- Elə isə içəri gəl, bir az otur. 

Qoca içəri girdi, süpürgəni divara söykəyib 

soruşdu. 

- Hə, sahib xoşunuza gəldi? 

- Yaxşıdır. Mənə belə gəlir ki, o yaxşı adamdır. 

- Yaxşı adamdır, doğudan da, - deyə xidmətçi 

qoca onunla razılaşdı. 

Bu vaxt bir cavan oğlan içəri girdi. O, arıq, qonur 

sifət, qonur gözlü, qıvrım saçlı bir oğlan idi. Onun sol 



 

27

əlində  fəhlə  əlcəyi var idi və sahib kimi uzunboğaz 



çəkmə geyinmişdi. 

- Sahibi görmüsünüz? – deyə o soruşdu. 

-  İndicə burdaydı, Köli – deyəsən o mətbəxə 

getdi, - deyə qoca xidmətçi cavab verdi. 

- Çalışacağam ona çatam, - o dedi və yeni 

gəlmiş adamları görcək dayandı və soruşdu. 

- Siz sahibi gözləyirsiniz? 

- Biz indicə gəlmişik, - deyə Corc cavab verdi. 

- Qoy böyük cavab versin. 

Bunu eşitcək Lenni bir qədər sıxıntı keçirdi. Bu 

zaman Corc yenə də dilləndi. 

- Elə təsəvvür edin ki, o danışmaq istəmir. 

Köli əlini dizinə vuraraq dedi: 

- Allah haqqı, o, danışmaq istəyir, amma 

danışmır. Birdəki bunun səbəbi nədir? 

- Biz birlikdə  gəzirik, - deyə Corc soyuqqanlıqla 

cavab verdi. 

- Hə, belə de. 

- Bəli, bu belədir. 

- Sən bu böyük oğlanı qoymayacaqsan ki, 

danışsın? 

- O nə istəsə danışa bilər, əlbəttə, əgər istəsə, - 

Corc Lenniyə baxaraq dedi. 


 

28

- Biz indi gəlmişik, - deyə Lenni dilləndi və ciddi 



surətdə cavab verdi. 

- Hə, elə isə gələn dəfə səndən soruşanda, sən 

cavab verərsən, eşitdin?! – deyə Köli hökmlə dedi və 

çıxıb getdi. 

Corc Lenniyə, sonra isə xidmətçiyə baxdı. 

- Deyin görüm Lenninin nə günahı var ki? 

Qoca xidməçti qapıya tərəf boylandı. 

Adam olub-olmamasını müəyyən etmək üçün hər 

tərəfə göz gəzdirdi və söhbətə başladı. 

- O, sahibin oğludur. Onun adı Kolidir, özü də 

boksçudur. 

- Hə, qoy olsun boksçu, Lenni ilə belə 

danışmamalıdır. Lenni ona heç nə eləməyib. 

- Hə… Sənə nə deyim, düzü, Köli başqa balaca 

oğlanlar kimi boyca özündən böyük oğlanlara nifrət 

edir. O, həmişə böyük oğlanlarla mübahisə edir. O, 

belələrini görəndə dəli olur, çünki özü böyük deyil. Sən 

balaca oğlanları həmişə belə görmüsən, elə deyilmi? 

-  Əlbəttə, mən belə  cığal balaca oğlanları çox 

görmüşəm. Amma yaxşı olardı ki, Lenni haqqında pis 

fikirdə olmasın. Lenni boksçu deyil, yeri gəlsə ona elə 

vurar ki, başı fırlanar. 



 

29

- Köli yaman boksçudur. Təsəvvür edin ki, o, 



böyük-böyük oğlanların başına elə tullanır ki, gəl 

görəsən. Hamı deyir ki, görün Köli necə  oğlandır – 

deyə qoca söhbətinə əlavə etdi. 

Corc qapıya baxa-baxa dedi. 

- Hə, yaxşısı budur ki, o Lennidən özünü 

gözləsin. Lenni dalaşqan olmasa da güclü və  cəlddir. 

Onu da deyim ki, Lenni fənd işlətməyi bilmir – deyə o 

stola tərəf yeridi və yeşiklərin birinin üstündə oturdu və 

kartları  əlinə götürüb qarışdırmağa başladı. Qoca 

xidmətçi də başqa bir yeşiyin üstündə oturdu. 

- Köliyə  mən dediklərimin,heç birini deməyin 

ha!... yoxsa dərini soyar. Biz ona heç nə edə bilmərik, 

çünki o, sahibin oğludur – dedi. 

Corc kartı kəsdi və paylamağa başladı. 

- Bu oğlan mənim fikrimcə, küçüyü xatırladır. 

- Mənə belə  gəlir ki,o bundan da pisdir. O, iki 

həftə bundan əvvəl evlənib. Arvadı sahibin evinin 

yuxarı  mərtəbəsində yaşayır. Köli evlənəndən sonra 

özünü yaman öyür. 

- Yəqin özünü arvadına göstəri də…  

Xidmətçi qoca bunu eşitcək qeybətə başladı: 

- Mən gördüyümü görmüşəm, siz özünüz də 

görəcəksiniz, - deyə qoca söhbətini çox da uzatmadan 


 

30

əlavə etdi, - Hələ Kölinin arvadını da özünüz 



görəcəksiniz. 

Corc kartı yenə  kəsdi və onu stolun üstünə 

qoydu. 

- Yaxşıdır? – o soruşdu. 



- Yaxşıdır… amma… 

Corc kartları ilə tanış oldu. 

- Bəs nədir,? – deyə o soruşdu. 

- Mən demək istəyirəm ki, iki həftədir onlar 

evləniblər, amma Kölinin şalvarı bulaşıqdır. Onun 

arvadının Slimə göz yetirdiyini görürəm. Slim pis oğlan 

deyil. Hələ bu harasıdır, mən onun Karlsona da göz 

qoyduğunu görmüşəm. Mənə elə  gəlir ki, Köli 

pozğunun birisi ilə evlənib, - deyə qoca sözünü 

tamamladı. 

Qoca qapıya tərəf getdi, onun iti də yanında idi. 

- Mən gedib su qoymalıyam ki, oğlanlar gələndə 

yuyunsunlar. Siz də arpa səpəcəksiniz? 

- Hə… 


- Siz Köliyə mən dediklərimin heç birini deməyin 

ha…! 


- Yox, demərik. 

- Siz özünüz ona nəzər yetirin, görün pozğun 

deyil ki? – bu sözləri deyib qoca çölə çıxdı. 


 

31

Corc  əlindəki kartları stolun üstünə qoydu və 



Lenniyə dedi: 

- Bax, Lenni! Mən görürəm sən Köli sarıdan 

narahatsan. O, səni əzmək istəyir.  

Lenninin gözləri bərəldi. 

- Qoyma Corc, qoyma məni əzsin! 

Corc ayağa qalxdı və onun yanına əyləşib dedi: 

- Mən özüm belə  oğlanlara nifrət edirəm. 

Belələrini çox görmüşəm, çalış heç bir səhvə yol 

verməyəsən. Sonra da kı, o sahibin oğludur, o hər cür 

sənə qalib gələ bilər. Bax, Lenni, həmişə ondan aralı 

gəz, onunla söhbət etmə.  Əgər o bu otağa gəlsə, sən 

başqa otağa keçərsən. Belə edəcəksən ya yox, Lenni? 

- Corc, mən ki, ona heç nə etməmişəm. 

- Belə deməyin heç bir xeyri yoxdur. Bir sözlə, 

onunla yanbayan gəzmə. Yadında qaldı? 

- Yaxşı, Corc, çalışacağam bir söz deməyim. 

Taxıl zəmisində işləyənlərin bayırda səsi ucadan 

eşidilirdi. Adamlar bir-birini səsləyirdilər. Corc otaqda 

Lenni ilə yanbayan oturub xəyala dalmışdı. Lenni 

utana-utana soruşdu. 

- Sən əsəbləşməmisən eləmi, Corc? 

- Mən sənə hirslənməmişəm. Mən Köliyə 

hirslənmişəm. Ümid edirdim ki, birlikdə bir az maddi 


 

32

vəziyyətimizi yaxşılaşdırardıq. Ola bilsin 100 dollar… 



Sən özünü Kölidən mütləq qorumalısan, Lenni! 

- Çalışacağam, Corc. Mən bir söz demirəm. 

- Ona fikir vermə, əgər səni vursa, qoy vursun.  

- Nə etsin, Corc? 

- Eybi yox, eybi yox… mən sənə dediyimi yaddan 

çıxarma. Məgər bu dediklərimi sən yaddan çıxarırsan? 

Lenni ayağa qalxdı  və onun üzündə fikir ifadəsi 

hiss olundu. O, qəmli-qəmli Corca baxdı. 

-  Əgər mən belə etməsəm, deməli, sən mənə 

dovşan saxlamağa icazə verməyəcəksən, hə? 

- Mən onu nəzərdə tutmuram. Yadındamı biz 

keçən gecə harada yatmışdıq? Çayın kənarında, 

eləmi? 

- Hə, yadımdadır. Mən ora getməli və kolların 



arasında gizlənməliyəm. 

- Görürəm yadındadır, deməli, mən gəlincə orada 

gizlən və gözlə. Elə et ki, səni heç kim görməsin. Çayın 

kənarında təkrar et görüm! 

- Çayın kənarında kolların arasında 

gizlənməliyəm. 

Hər ikisi açılmış qapıdan, bir qızın həyətdə 

dayanıb içəri baxdığını gördülər. Onun iri gözləri, dolu 

və  qırmızımtıl dodaqları vardı. Onun dırnaqları 


 

33

manikürlənmiş saçı, burulmuşdu. O, pambıq parçadan 



tikilmiş paltar geyinmişdi.  

- Mən Kölini axtarırıam, - deyə  qız incə  səslə 

dilləndi. 

- Bir neçə  dəqiqə bundan qabaq burada idi, - 

deyə Corc cavab verdi. 

- Deyəsən, siz təzə gələnlərsiniz, elə deyilmi? 

- Bəli 

Lenni onu aşağıdan yuxarıya süzdü. 



Qız özünün manikürləşmiş dırnaqlarına baxdı. 

- Bəzən Köli burada olur, - deyə  qız sözünə 

davam etdi. 

- Hə, indi burada yoxdur, - Corc cavab verdi. 

- Əgər burada yoxdursa onda mən başqa yerlərə 

də baxmalıyam. 

-  Əgər onu görsəm, deyərəm ki, siz onu 

axtarırsınız. 

Qız gülərək başqa tərəfə üz tutdu. O, yolda 

Slimlə qarşılaşdı. 

- Salam, Slim. 

- Salam, gözəl! 

- Mən Kölini axtarıram. 

- Mən onu evinizə gedən gördüm. 

Bu sözləri eşitcək qız tez evə tələsdi.  


 

34

Corc Lenniyə baxaraq dedi: 



- Aman Allah, Köli nə avaradır, hələ bir özünün 

arvadını axtarır. 

- O çox gözəldir, - deyə Lenni onun sözünə 

qüvvət verdi. 

- Lenni hələ də qapıdan onun arxasınca baxırdı. 

O, heyran olmuş kimi gülməyə başladı. Corc onu 

qapının ağzından çəkdi və qulağını dartdı. 

- Qulaq as, axmağın biri, ona fikir vermə. Qoy nə 

edir etsin. 

Lenni dartınaraq Corcdan aralandı. 

- Mən ki, ona bir söz deməmişəm, Corc. 

- Yox bir, bəs niyə arxasınca baxırsan? Sən ona 

baxma, başqa tərəfə bax, eşitdin! 

- Mən heç nə etməmişəm, Corc. 

- Özü də  sən ondan gizlən, çünki o, siçan 

tələsinə  bənzəyir. Qoy o tələyə Kölü özü düşsün, - 

deyə Corc Lenniyə başa saldı. Lenni birdən qışqırmağa 

başladı. 

- Mən belə yeri xoşlamıram. Bura nə yerdir biz 

gəlmişik. Çıxıb getmək istəyirəm burdan, Corc. 

- Başa düş, Lenni biz buraya pul qazanmağa 

gəlmişik, 

əlbəttə, 

əvvəl-axır çıxıb gedəcəyik, 

bacardıqca tez. İndi gedə bilmərik, eşidirsənmi?  Əgər 


 

35

biz burada balaca pul qazanıb, vəziyyətimizi 



yaxşılaşdırsaq, sonra Amerikan Rivəyə gedib orada 

gündə iki dollar qazanarıq və heç olmazsa cibimizdə bir 

şey olar.  

Lenni Corca acizanə surətdə dedi: 

- Gəl gedək, Corc. 

- Biz qalmalıyıq.  İndi isə sus. Oğlanlar bura 

gəlirlər. 

Yuyunma otağından suyun şırıltısı eşidilirdi. Corc 

dedi:  

- Bəlkə yuyunmağa gedək. Amma biz 



bulaşmamışıq, çünki, heç nə etməmişik. 

Ucaboylu bir adam qapıda dayanmışdı. Onun 

başında  şlyapa var idi. Başqa oğlanlar kimi o da bir 

qədər ağarmış mavi rəngli cins şalvar geyinmişdi. O, 

şlyapasını götürüb saçını daramağa başladı. O, başını 

daraya-daraya otağa daxil oldu. Onun hamar sifəti onu 

çox cavan göstərirdi. Bu Slim idi. O, şlyapasını stolun 

üstünə qoydu və otaqdakı iki nəfəri nəzərdən keçirdi. 

- Siz təzə gələnlərsiniz? 

- Bəli, elə indicə  gəlmişik, - deyə Corc cavab 

verdi. 

- Arpa səpəcəksiniz? 



- Sahib belə deyir. 

 

36

Slim yeşiyin üstündə oturaraq dedi: 



- Belə ümid edirəm ki, mənim dəstəmdə 

işləyəcəksiniz. Sizdəki, heç vaxt belə  işlə  məşğul 

olmamısınız, elə deilmi? 

- Yox, məşğul olmuşuq, amma bu subay oğlan 

ola bilsin normadan çox toxum səpə bilər.  

Onların söhbətini izləyən Lenni bu kompilimentini 

eşitcək gülümsündü. Slim Corcun bu komplimenti 

bəyəndi. 

- Siz həmişə ikiniz gəzirsiniz? – deyə o 

dostcasına soruşdu. 

-  Əlbəttə, - Corc dedi, - biz bir-birimizə qayğı 

göstəririk. O, yaxşı  işçidir, yaxşı yoldaşdır, amma 

yöndəm bilən oğlan deyil. Mən onu çoxdan tanıyıram. 

- Çox oğlanlar görmüşəm, amma bir yerdə 

gəzmirlər, elə bil bir-birindən qorxurlar. 

- Niyə ki, yoldaş olmağa o qədər yaxı adamlar 

var ki. 

Güclü görünən, yekəqarın bir adam içəri daxil 

oldu və Slimlə salamlaşdıqdan sonra Corc və Lenniyə 

baxdı. Bu zaman onları  təqdim etmək üçün Slim 

dilləndi. 

- Bu oğlanlar indicə gəliblər.  



 

37

- Sizi görməyimə  şadam. Mənim adım 



Karlsondur.  

- Mən Corc Milton, bu isə Lenni Smoldur.  

- Tanış olmağıma şadam. O çox da balaca deyil, 

(Smol sözünün mənası balaca deməkdir) – deyə o 

zarafatla Slimə tərəf çevrildi.  

- Slim, sənin itin necədir? Mən onu vaqonun 

altında görmədim. O balalayıb, düz doqquz dənə balası 

olub. 


- Hə, necə fikirləşirsən, onlar necə it olacaqlar? 

- Mənə elə gəlir ki, Kauboy itlərinə oxşayacaqlar. 

Mən onların beşini götürmüşəm. 

- Beşini götürmüsən? Onların beşini də saxlamaq 

fikrindəsən? – deyə Slim ciddi surətdə soruşdu. 

- Hə, onları böyüyənə kimi saxlayacam. Bura bax 

Slim, Kandinin iti tamam qocalıb  əldən düşüb, yeriyə 

bilmir, heç yediyini çeynəyə bilmir. Bu küçüklərdən 

birini ona verərik. 

Bu zaman bayırda üçkünc zəng çalınmağa 

başladı. Bir-birinin ardınca vurulan zəngin səsi kəsildi. 

Bayırda bir qrup adamın səsi eşidildi. Slim yavaşca 

ayağa qalxaraq dedi: 

- Uşaqlar, yaxşı olardı ki, onlar nahar edərkən siz 

də nahar edəsiniz. 


 

38

Karlson Slimin ardınca bayıra çıxdı. Lenni Corca 



həyəcanla baxırdı. Corc dedi?  

- Hə, Lenni, mən ondan küçüyün birini sənin 

üçün xahiş edəcəyəm. İndi isə gedək nahar edək.  

- Boz ya da ağ küçüyün birini alarıq, - deyə Lenni 

sevinclə dedi: 

- Düzü mən bilmirəm onlar bozdur yoxsa, ağ… 

- Yaxşısı dudur ki, sən onlara de ki, heç birini 

öldürməsinlər, Corc. 

- Dur gedək. 

Lenni ayağa qalxdı, hər ikisi qapının ağzında 

Kölini gördülər. O acıqlı-acıqlı soruşdu. 

- Siz burada bir qız görməmisiniz ki? 

- Təxminən bir saat bundan əvvəl burada idi, - 

deyə Corc soyuqqanlıqla cavab verdi. 

- O burada nə edirdi?! 

- O sizi axtarırdı. 

- O hansı tərəfə getdi?! 

- Bilmirəm, mən ona baxmırdım. 

Bu sözləri eşitcək Köli çıxıb getdi. Corc onun bu 

hərəkətlərindən acıqlandı və Lenniyə dedi: 

- Bilirsənmi, Lenni, qorxuram bu adamla mən 

özüm dalaşam. Mən onun belə kişiləşməyinə nifrət 

edirəm. Aman Allah! Gəl görək. 


 

39

Onlar çölə  çıxdılar. Uzaqdan qab-qaşıqların 



cingiltisi eşidilirdi. 

Qocalmış it açıq qapının ağzında uzanaraq 

başını iki qabaq pəncələrinin üstünə qoymuşdu. Köli 

yenə  də qapının ağzında dayanaraq otağa göz 

gəzdirməyə başladı.  İt başını qaldırdı, lakin Köli 

dayandığı yerdən cəld geri qayıtdı. 

 

xxxxx 


 

 

40

Şər qarışan vaxtı idi. Slimlə Corc qaranlıq otağa 



daxil oldular. Slim kart oynanılan stolun yanındakı 

elektrik lampasını yandırdı  və Corcla üzbəüz oturdu. 

Corc dedi: 

- Mən bunun üçün sizə  təşəkkür edirəm. Aman 

Allah, o yatanda da küçüklə yatır. 

- Hələ bu harasıdır, sən onu düz deyirdin ki, o, 

ağıllı deyil, amma yaxşı  işçidir. O öz partnyorunu 

işləməkdən öldürür. Mən heç vaxt belə  oğlan 

görməmişəm. 

Corc onun bu sözlərindən fərəhlənərək dedi: 

- Lazımdır ki, Lenniyə  nə edəcəyini deyəsən, 

çünki o nə etmək lazım olduğunu bilmir.  

Slim gözünə  işıq düşməsin deyə bir az kənara 

çəkildi, - lap elə bil bir-birinizə  kəndirlə bağlanmısınız. 

Çox gülməlidir, - dedi. 

- Bunun nəyi gülməlidir? – Corc təkidlə soruşdu. 

- Bilmirəm, heç vaxt iki oğlanın sizin kimi birlikdə 

gəzməyini görməmişəm. Burada o qədər oğlan var, 

amma heç biri birgə  gəzmirlər. Onlar buranı  tərk edib 

gedən də tək gedirlər. Ona görə çox gülməli görünür ki, 

sənin kimi balaca diribaşla, ounun kimi yekəpəl 

maymaq bir yerdə gəzir. 



 

41

- O, maymaq deyil, sadəcə olaraq danışa bilmir. 



Sonrada ki, hərənin öz yeri var. 

Corc bu sözlərdən sonra bir az sakitləşdi. Slim 

isə sakit oturub ona qulaq asırdı. Corc danışmaqda 

davam edirdi: 

- Bu gülməli deyil, mənimlə o heç də  kəndirlə 

bağlanmamışıq ki, birgə gəzək. Biz hər ikimiz Obornda 

anadan olmuşuq. Mən onun Klara xalasını tanıyırdım. 

O, Lennini lap kiçik yaşından götürüb saxlayıb. Klara 

xala vəfat edən vaxtdan o, mənimlə işləyir. 

- Həəə… belə de, indi başa düşdüm.  

Corc daha sonra sözünə davam edərək dedi: 

- Mən onunla tez-tez zarafat edirəm, bəzi 

vaxtlarda o bu zarafatı başa düşmür. Mən çox vaxt ona 

deyirəm ki, belə düşüncəsiz iş görməsin. Əgər mən ona 

desəm ki, çıx (özünü o qayadan at, atar) o, şiş 

qayaların başında gəz, gəzər. O, heç vaxt mənə  əl 

qaldırmayıb. Bir dəfə bir neçə  oğlanla Sakramento 

çayının kənarında dayanmışdım. Özü də kefim kök idi. 

Lenniyə çaya tullanmağı dedim, o dərhal özünü çaya 

atdı. Biz ona kömək etməsəydik batacaqdı, üzə bilmir 

axı… Elə o gündən bəri ona belə  şeylər demirəm. Bir 

sözlə, o, yaxşı  oğlandır, mən başqalarıyla yoldaş ola 

bilərəm, amma başqaları belə deyilər. Hələ buranın 


 

42

özündə çox vaxt bir-biriləriylə mehriban dolanmır, 



dalaşmaq istəyirlər. 

- Hə, düz deyirsən, onlar bir-biriləri ilə mehriban 

dolanmırlar. Sonrada ki, Lenni heç də zəif deyil.  

-  Əlbəttə, o, zəif deyil, amma həmişə fikirləşir. 

Hələ bilirsən nə olub? 

- Nə olub? – deyə Slim təəccüblə soruşdu. 

- Amma heç kimə demə ha…! Söz ver ki, heç 

kimə dəyməyəcəksən. 

-  Əlbəttə, heç kimə demərəm. De görüm o nə 

edib? 


- Hə bu qız ki, var onu qırmızı paltarda görüb və 

istəyib ki, onun  paltarına toxunsun, qız da başlayıb 

qışqırmağa. O, da əliylə onun ağzını tutub ki, səsi 

çıxmasın. Hər halda mən qışqırtıya gəldim və Lennini 

vurub ondan ayırdım. 

Slim bu sözləri eşitdikdə  təəccübündən gözləri 

bərələ qalmışdı, hətta kipriklərini belə  qırpmırdı, - gör 

nələr baş verir!... – dedi və özünü belə bir sual 

verməkdən saxlaya bilmədi. 

- Bəs qız onu itələmədi? 

- Yox, o qorxurdu. Mən özüm də ona qoxa-qorxa  

yaxınlaşdım, çünki mənə cuma bilərdi. O,yalnız qızın 



 

43

paltarını tumarlamaq istəyirdi, necə ki, küçükləri 



tumarlayır. 

- O, zəif deyil, - deyə Slim təkrar etdi. 

- Əlbəttə, yox. 

Elə bu zaman Lenni içəri daxil oldu, onun 

çiynində özünün mavi rəngli nimdaş paltosu var idi. 

Corc onu görcək dedi: 

- Salam, Lenni, küçüklərin necədir? 

Lenni təngnəfəs halda: 

- Yaxşıdırlar, - dedi və çarpayısına uzanaraq 

üzünü divara çevirdi. 

Corcun əlində kart var idi. O, kartı stolun üstünə 

qoyaraq Lennini səslədi.  

Lenni ona tərəf çevrildi. 

- Nə deyirsən, Corc? 

- Deyirəm küçüyü bura niyə gətirmisən? 

- Hansı küçüyü, Corc? Mən küçük gətirməmişəm. 

Corc cəld ayağa qalxıb onun yanına gəldi və onu o biri 

tərəfə çevirərək gizlətdiyi balaca küçüyü götürdü. Lenni 

cəld yerində oturdu və Corca təkidlə dedi: 

- Mənə ver, Corc! 

- Yaxşısı budur ki, onu anasının yanına aparıb 

qoyasan. Onu öldürmək istəyirsən? Keçən axşam 

anadan olub, sən onu bu gün yuvasından çıxarmısan. 


 

44

Apar, tez yuvasına qoy, yoxsa Slimə deyəcəm, sənə 



onların heç birini verməsin. 

- Mən onu bu dəqiqə apararam, mənə ver, Corc, 

istəyirdim ki, onu burada tumarlayım.  

Corc küçüyü Lenniyə verdi və dedi: 

- Tez onu yuvasına apar, bir də gətirmə!... yoxsa 

onu öldürərsən. 

Lenni küçüyü götürüb cəld otaqdan çıxdı. Slim 

yerindən tərpənmədən. Lenninin arxasınca baxdı  və 

dedi: 

- Aman, Allah, o lap çəpişə oxşayır, elə deyilmi? 



- Hə, oxşayır, ola bilsin ki, o bu gecə burada yox, 

elə anbarda yatacaq. Qoy yatsın, - deyə Corc sözünü 

tamamladı. 

Artıq qaranlıq çökmüşdü. Qoca Kandi içəri girdi 

və çarpayısında oturdu, onun qoca köpəyi də yanında 

hərlənirdi. 

- Salam, Slim. Salam, Corc. Heç biriniz kart 

oynamaq istəmirsiniz? 

- Mən hər axşam oynamaq istəmirəm, - deyə 

Slim dilləndi. 

- Bəlkə, viski içəsiniz? 

- İçmirəm, mən yalnız özümün olanda içirəm. 

- Deyirsən başqası pisdir, Slim? – Kandi soruşdu. 


 

45

Bu zaman iri cüssəli Karlson içəri girdi. O, özünü 



otağın başqa tərəfində olan çarpayısına tərəf getdi və 

orada olan elektrik lampasını yandırdı,  ətrafa göz 

gəzdirdi və qoca köpəyi görcək qoca Kandiyə dedi: 

- Kandi bu qoca köpəyi buradan çıxart. 

Görmürsən o yeriyə bilmir, özü də pis iylənir?! 

Qoca Kandi itinin yanına gəlib dedi: 

- Mən nə  qədər onun yanında olmuşam, amma 

ondan iy gəldiyini hiss etməmişəm. 

- Bilmirəm, mən onun iyinə dözə bilmərəm. Onun 

ağzında bir dənə də dişi yoxdur, niyə aparıb onu güllə 

ilə öldürmürsən? Onun sənə nə xeyri var? 

- Qoca onun bu sözlərindən çox narahat oldu, 

çətinliklə də olsa özünü düzəldərək dedi: 

- Hə, mən onu çoxdan saxlayıram, onunla 

çobanlıq etmişəm, sən elə bilmə ki, o elə belə olub. Bu 

it bütün itlər arasında ən yaxşı it idi.  

- Bax, Kandi, apar onu güllə ilə öldür – deyə 

Karlson təkid etdi. 

Qoca Kandi acizanə surətdə baxaraq dedi: 

- Xeyr, mən bacarmaram. Çoxdandır onu 

saxlayıram, indi necə ola bilər ki… 

- Sənə  nə dediyimi başa düşmürsən, məgər? 

Onda özüm onu öldürərəm. 


 

46

- Onun heç bir ziyanı yoxdur, Karlson, mən onu 



balaca vaxtından götürüb saxlamışam. 

- Hə sənə deyim ki, onun indi sağ qalmasının heç 

bir xeyri yoxdur. Bax Slimin itinin balaca balaları var, 

ona deyərəm birini sənə verər, elə deyilmi, Slim? 

- Hə verərəm, hamısını istəsən onu da verərəm. 

Karlson haqlıdır, Kandi, onun sənə heç bir xeyri yoxdur.  

Kandi onlara əlacsız eyni zamanda köməksiz bir 

adam kimi baxdı. Slimin fikri onun üçün qanun idi. O 

dedi: 

- Mən ona qayğı göstərməkdən heç vaxt 



yorulmuram. 

Karlson onun sözünə cavab olaraq dedi: 

- Mən sənə onu öldürməyin yolunu deyirəm. 

Tüfəngi onun başının arxasına tuşla və at. 

Qoca Kandi onların üzünə sanki gömək istəmiş 

kimi baxırdı. Bu vaxt cavan bir oğlan ağır addımlarla 

içəri daxil oldu. Hiss olunurdu ki, dolu kisələri 

daşımaqdan lap yorulub əldən düşmüşdü. O, 

şlyapasını  çıxarıb, ona aid olan şkafın üstünə qoydu, 

sonra isə şkafdan bir curnal çıxarıb Slimə dedi: 

- Mən sənə bunu göstərməliydim, Slim: 

- Mənə nə göstərməliydin? 



 

47

Cavan oğlan curnalın başqa tərəfini çevirib 



barmağı ilə göstərərək dedi: 

- Duz buradan oxu bunu, özü də bərkdən oxu. 

- «Əziz redaktor, mən sizin curnalı altı ildir ki, 

oxuyuram və mənə elə gəlir ki, köşkdə satılan curnallar 

içərisində  ən yaxşı curnaldır. Mən Piter Randın 

hekayələrini xoşlayıram. Məncə o, çalınan zəngdir. 

Zəhmət olmasa, onun əsərlərindən çoxunu çap edin. 

Düzü məktubumu çox uzun-uzadı yazmaq istəmirəm, 

onu demək istəyirəm ki, məktubum barədə fikirləşin və 

dediyim kimi vaxtımı sizin curnalı oxuyanda çox yaxşı 

keçirirəm». 

Slim heç nə başa düşmədiyindən ona sual dolu 

nəzərlərlə baxdı və soruşdu: 

- Nə üçün mən bunu oxumalıyam? 

- Davam elə  aşağıda yazılmış adı oxu, Slim, - 

Vita səbirsizliklə dedi. 

- Hörmətlə, Vilyam Tener, hə, nə olsun? 

- Məgər Vilyam Teneri tanımırsan? Üç ay bundan 

əvvəl burada işləyirdi. 

Slim bir az fikirləşdikdən sonra dedi: 

- O, balaca oğlanı deyirsən, becərməni aparan 

eləmi? 


- Özüdür ki, var. Həmin oğlanı deyirəm. 

 

48

- Sən belə fikirləşirsən ki, bu məktubu yazan 



həmin oğlandır? 

- Əlbəttə, mən onu tanıyıram. Bir gün buradaydı. 

Onun  əlində bir kitab var idi. Kitabı  vərəqləyə- 

vərəqləyə mənə bu məktubu göstərib dedi: 

«Mən bu məktubu yazmışam. 

- Hə indi başa düşdüm. O məktub kitabın 

arasında idi. 

Corc curnalı götürmək üçün əlini uzatdı. 

- Ver baxım. 

Vit aşağı oturdu və barmağı ilə  məktubu ona 

göstərdi, sonra isə curnalı yenidən  şkafın içərisinə 

qoydu. 


- Vilyam (Bil) yaxşı  oğlandır, mən onunla bir 

yerdə işləmişəm. Hər ikimiz becərmə işi aparırdıq. 

Karlson onlarn sözünü kəsib, yenə qocanın iti 

barəsində söhbəti davam etdirdi.  

Qoca Kandi isə ona yazıq-yazıq baxırdı. Karlson 

dedi: 


-  Əgər istəyirsənsə, bu saat mən onunla 

qurtarım, onu saxlamağın mənası yoxdur. O nə yeyə 

bilir, nə gözləri görür, nə də yeriyə bilir. 

- Sənin ki, tüfəngin yoxdur – Kandi dedi: 

- Tüfəngim yoxdur, amma pistoletim var. 


 

49

- Bəlkə sabaha qalsın, hə? 



- Bunun heç bir əhəmiyyəti yoxdur – o bu sözləri 

deyib çarpayısının altından çantasını götürdü və Liqer 

tipli pistoletini çıxartdı, gəl onunla qurtaraq. Biz onun 

iyindən yata bilməyəcəyik. 

O, pistoletini cibinə qoydu, Kandi isə iti saxlamaq 

üçün uzun müddət fikirləşdi. Nəhayət, kobudcasına 

dedi: 

- Hə, gətir onu görüm, - o cibindən balaca bir 



şallaq çıxarıb qoca itin bobazından bağladı  və  çəkib 

onu aparmağa başladı. Kandidən başqa hamı ona 

baxırdı, - gəl görüm, hə, hə, gəl görüm, - deyə Karlson 

iti dartırdı. İt onun arxasınca gedirdi. Slim onu arxadan 

səsləyib, özü ilə bel götürməyi də tapşırdı. Corc qapıya 

tərəf gedib qapını örtdü. Kandi çarpayısında uzanaraq 

gözlərini tavana zilləmişdi. Bayırda sakitlik idi, hətta 

Karlsonun ayaq səsləri artıq eşidilmirdi. 

Corc özündən razı qalmış kimi gülərək dedi: 

- Mən Lennini küçüklə birlikdə anbara 

yollamışam,  əgər küçüyü ora qoymasa bura 

gəlməyəcək. 

Slim qoca Kandiyə müraciətlə dedi: 

- Kandi, sən o küçüklərin hansını istəsən götürə 

bilərsən. 


 

50

Kandi cavab vermədi. Oltağa sükut çökmüşdü. 



Birdən Corc dilləndi. 

- Kim mənimlə kart oynamaq istəyir? 

- Mən oynamaq istəyirəm deyə Vit cavab verdi. 

Onlar stolun arxasında üz-bəüz oturdular. Corc 

kartları qarışdırmadı. O, otaqda olan adamların 

hamısını nəzərdən keçirib bunu etmədi. Yenidən otağa 

sükut çökdü. Kandi hələ  də eyni vəziyyətdə uzanıb 

tavana baxırdı. Slim onu gözdən keçirərək  əllərinə 

baxdı. Döşəmənin altında xırıltı  səsləri eşidilirdi, hamı 

xırıltı  gələn tərəfə baxdı, təkcə Kandi tərpənməyərək 

tavana baxırdı. 

- Belə  səsləri kəsəyən çıxarır, biz ora tələ 

qoymalıyıq, - Corc dedi: 

- Nə dayanmışıq, - Vit dedi, - belə getsə biz 

oynaya bilməyəcəyik. Başla görüm. 

Corc kartları götürdü. Otaqda yenə də sakitlik idi. 

Birdən uzaqdan güllə  səsi eşidildi. Hamı  cəld qocaya 

baxdı. Qoca isə çox keçmədi üzünü divara çevirdi. 

Corc kartları qarışdırıb paylamağa başladı. Vit 

dedi: 


- Siz deyəsən bura həqiqətən işləməyə 

gəlmisiniz. 

- Bəs necə fikirləşirsən? – Corc soruşdu.  


 

51

Vit gülərək: 



- Siz bura cümə günü gəlmisiniz, elə edirsiniz ki, 

güya burada olmamısınız. Bura işləməyə  gələnlər 

əsasən  şənbə günü günortadan sonra gəlir. Gələn 

adam şənbə gününün axşamı üçün şam edir və bazar 

günü isə 3 dəfə yemək yeyir. Amma siz isə cümə günü 

gəlmisiniz. 

Corc azacıq dayandıqdan sonra dedi: 

- Biz-Lenni və mən bir az pul qazanmaq istəyirik. 

Bu zaman qapı sakitcə açıldı  və icəri bir nəfər 

daxil oldu. Slim gözlərini qoca Kandidən çəkdi və yeni 

gələnə dedi: 

- Hə, sənsən, Kruk, salam! Nə olub? 

- Gəldim deyim ki, o yekə  təzə  gələn oğlan 

küçükləri ambardan çölə çıxardır. 

- O, heç nə eləməz, ona birini vermişəm.  

- O, küçüklərin hamısını  çıxardır, onlar üçün 

zərərlidir. 

- Eybi yox,incitməz.  İndi səninlə gedərəm, bir 

dayan. 

Corc bunu eşitcək: 



-  Əgər o avara çox axmaqlıq edirsə, onda sal 

təpiyin altına, Slim. 



 

52

Corc bu sözləri deyib kartları payladı  və özünə 



düşən kartları gözdən keçirdi. 

- O, təzə çəpişi görmüsən? – Vit soruşdu. 

- Hansı çəpişi? 

- Kölinin arvadını deyirəm. 

- Hə… görmüşəm. 

- Deyəsən o bir təhərdir, eləmi? 

- Nə deyim, düzü onu çox görməmişəm, – Corc 

cavab verdi. 

Vit əlindəki kartları stolun üstünə qoydu və dedi: 

- Hələ  sən onu çox görəcəksən. Mən onun 

kimisini çox görümüşəm. O, hamıya göz yetirir, 

bilmirəm nə istəyir? 

- O, bura gələndən bir hadisə baş verib? – Corc 

soruşdu. 

- Mən bilmirəm sən nəyi nəzərdə tutursan, onu 

da deyim ki, o həmişə özünü oğlanlara göstərir. O, 

Kölini və ya başqa bir şey axtarmaq bəhanəsi ilə 

buralarda gəzir, amma Kölinin şalvarı elə  əvvəlki kimi 

yenə də bulaşıqdır. 

Birdən qapı açıldı, Lenni və Karlson içəri girdilər. 

Lenni keçib çarpayısının üstündə  əyləşdi. Karlson isə 

çarpayısının üstündəki çantasını bir yana qoydu və 

cibindən pistoleti çıxarıb içini təmizləməyə başladı. 


 

53

Kandi üzünü ona çevirib bir müddət pistoletə baxdı  və 



yenə də üzünü divara çevirdi. 

Karlson ehtiyyatla soruşdu: 

- Köli burada olub? 

- Xeyr o nə axtarır ki, belə? – Vit dilləndi. 

- O, öz sevgilisini axtaır. Mən onu buralarda 

gəzən gördüm, deyə Karlson cavab verdi.  

- O, vaxtının çoxunu elə onu axtarmaqda keçirir, 

o da bunu axtarır. 

Köli elə bu vaxt otağa daxil oldu. 

- Heç biriniz mənim arvadımı buralarda 

görməmisiniz ki? 

- O, buralarda olmayıb – Vit cavab verdi. 

Köli otağa göz gəzdirdi. 

- Slim hardadır? 

- Anbara getdi, - Corc cavab verdi. 

- O, nə vaxt gedib? 

- On-on beş dəqiqə olar. 

Köli cəld çölə  çıxdı. Karlson pistoletini silib 

çantaya, çantasını isə çarpayısının altına tulladı  və 

dedi: 


- Elə isə çölə çıxım, o qızı axtarım. 

Qoca Kandi və Lenni sakitcə uzanmışdılar, Corc 

isə onlara baxırdı. 


 

54

Elə ki, Vit və Karlson çıxıb getdilər, Corc Lenniyə 



dedi: 

- Yenə ağlına bu nə fikirdi gətirmisən? 

- Mən heç bir şey etməmişəm, Corc. Slim təkcə 

mənə onu dedi ki, küçükləri çox tumarlamayım, çünki 

onlar hələ çox balacadırlar. Mən yalnız özümünkünü 

götürmüşdüm. 

- Sən məgər anbarda Slimi gördün? -Corc 

soruşdu: 

- Hə, gördüm. O mənə dedi ki, onlara 

toxunmayım. 

- Sən o qızı gördün? 

-Kölinin qızını deyirsən? 

- Hə onu deyirəm. O anbara gəlmişdi? 

- Yox, Corc, mən onu görməmişəm. 

- Sən onun Slimlə söhbət etdiyini görmüsən? 

- O, anbarda deyildi. 

- Bəs sən Slimi görəndə o nə edirdi? 

- Onun əlində rəng fırçası var idi, düzü  bilmədim 

nə üçün? 

- Sən o qızı içəridə görmədin? 

- Yox, o heç vaxt orada olmayıb. 

Qoca Kandi yavaş-yavaş yerindən çevrildi. Onun 

gözləri geniş açılmışdı. O, Corca nəzər yetirdi. Lenni 


 

55

onun gözlərini qocadan yayındıraraq gələcək evləri 



barədə danışmağı xahiş etdi. 

- Mən ki, keçən gecə danışmışam. 

- Yenə danış, Corc. 

- Hə… bizim balaca külək dəyirmanımız olacaq. 

Həmçinin meyvə bağımız, üzümümüz, almamız, 

armudumuz olacaq, Lenni. 

- Bəs, dovşanlarımız, Corc? 

Corc əlindəki kartları yerə qoydu. 

- Bizim bir-iki donuzumuz olacaq. Onun ətindən 

kolbasa düzəldəcəyik. Hələ duzlu balıq da 

hazırlayacağıq, Lenni. Biz onları naharda yeyərik. Ola 

bilsin, bizim keçimiz və ya inəyimiz olacaq. Biz onun 

qatığını yeyəcəyik. 

Lenni ona heyranlıqla baxırdı, hətta qoca Kandi 

də  hər  şeyi unutmuş kimi onların söhbətinə qulaq 

asırdı. 


- Bizim tərəvəz  əkmək üçün sahəmiz olacaq, 

eləmi Corc? 

- Əlbəttə. 

- Elə isə evimiz barədə danış, Corc, - deyə Lenni 

yalvardı. 


 

56

- Əlbəttə, bizim özümüz üçün evimiz olacaq. Biz 



gündə on bir saat işləməyəcəyik, beş-altı saat işləyərik, 

vəssalam. 

- Bəs, dovşanlar, Corc? 

- Bizim həm yeməyə, həm də satmağa çoxlu 

dovşanlarımız olacaq. 

Birdən qoca Kandi danışmağa başladı, onların 

hər ikisi ona tərəf çerildilər. Qoca Kandi dedi: 

- Bilirsinizmi siz dediyiniz kimi bir yer harda var? 

Mən tək əllə nə edə bilərəim, qolumun birini itrimişəm, 

ona görə  də  mənə süpürgəçiliyi veriblər. Onlar mənə 

qolumu itirməyimə görə 250 dollar da veriblər. 

Bütün bunların nə faydası… Mən yemək bişirə 

bilirdim, cücə qızardırdım. Bunlar necə oldu bəs? Mən 

də istərdim ki, sizinlə birlikdə buranı  tərk edib gedim. 

Mənə  nə var ki, nə ailəm var, nə  də qohumlarım. Siz 

heç pul qazanmısınız? 

- İkimizin on dollarımız var, əgər Lenni və mən bir 

ay işləsək,heç nəyə  xərcləməsək, onda 100 dollarımız 

olacaq.  

Onlar birdən-birə sakitləşərək, bir-birinin üzünə 

təəccüblə baxdılar. Onların inanmadıqları bu fikir 

həqiqətə çevrilirdi. Corc-aman Allah-dedi və gözləri 

yaşardı. 


 

57

Qoca Kandi çarpayısının küncündə oturdu və 



əsəbi halda dedi: 

- Mənim dörd ildir ki, qolum yoxdur, elə ki, yer 

süpürməyi də bacarmadım, onda onlar məni kənara 

atacaqlar. Bəlkə mən pullarımı sizə verim və siz mənə 

bağda bir balaca daxma düzəldərsizniz, mən sizin 

qablarınızı yuyaram, cücələrinizə yem verərəm. Təkcə 

onu hiss edərəm ki, öz evimizdəyəm. Gördünüzmü 

mənim itimi bu gecə neylədilər? Onlar dedilər ki, o itin 

heç bir xeyri yoxdur. Onlar iti öldürməyə aparanda mən 

arzu edirdim ki, iti yox, məni öldürsünlər.  İndi mənim 

getməyə bir yerim yoxdur və mən heç bir yerdə iş tapa 

bilmərəm. 

Corc dərindən ah çəkərək, ayağa qalxıb dedi: 

- Biz onu düzəldəcəyik, bir yerdə yaşayacağıq. 

Onların hamısı sakit oturmuşdular. Corc 

heyranlıqla söhbətə başladı. 

- Elə təsəvvür edin ki, biz şəhərdə olan karnavala 

və ya sirkə gödərik, biz inəyi sağar və toyuqlara dən 

səpərik. 

- Dovşanlara ot verərik, - mən heç vaxt onları 

yemləiəyi yaddan çıxarmaram, - deyə Lenni onun 

sözünə qüvvət verərək əlavə etdi və soruşdu: - Bəs biz 

bunu nə vaxt edəcəyik, Corc? 


 

58

- Bir aydan sonra. Bilirsinizmi mən nə etmək 



istəyirəm. Mən yazmaq istəyirəm ki, qoca adamlara bir 

ev lazımdır və qoca Kandiyə 100 dollar göndərsinlər və 

onu alaq. 

- Əlbəttə, bu yaxşı olardı - Kandi dedi. 

- Mən də öz küçüyümü aparacağam ora, - Lenni 

dedi. 


Çöldən səslər eşidilirdi. Corc cəld surətdə bildirdi 

ki, bu haqda heç kəsə deməsinlər, söhbət onların 

üçünün arasında qalsın. 

- Corc, - deyə Kandi çağırdı. 

- Hə… 

- Mən öz itimi özüm öldürəcəkdim. İstəməzdim ki, 



onu başqası öldürsün. 

Qapı açıldı  və Slim içəri girdi. Köli, Karlson, Vit 

də içəri daxil oldular. Köli dedi:  

- Mən səni günahlandırmıram, Slim. Slim dedi: 

- Sən məni tez-tez soruşursan, lap dəli olmuşam. 

Əgər sən öz arvadına baxa bilmirsənsə, mən bunun 

üçün nə etməliyəm? Sən hər şeyi məndə görürsən. Əl 

çək məndən!... 

- Mən səni günahlandırmıram, sadəcə olaraq 

səndən soruşuram ki, onu görməmisən ki?  



 

59

- Nə üçün demirsən ki, evdə otursun? – deyə 



Karlson onların söhbətinə qarışdı, - sən ona icazə 

verirsən ki, buraları  gəzsin, bir azdan belə getsə, ona 

heç nə edə bilməyəcəksən. O, sənin sözünə 

baxmayacaq. 

- Gəl çöldə danışaq – deyə Köli Karlsona tərəf 

yeridi.  

Karlson güldü və dedi:  

- Sən istədin ki Slimi biabır edəsən, amma 

bacarmadın. Üstümə  gəlirsən, qorxmursan ki, başını 

əzərəm?! 

Bu zaman qoca Kandi onların söhbətinə 

müdaxilə edərək: 

Köli boksçudur ha, - dedi və gülümsündü. Bu 

zaman Lenni də gülümsündü. Kölü onun güldüyünü 

görüb qəzəbli-qəzəbli onun üstünə yeridi. 

- Nəyə gülürsən? 

Lenni soyuqqanlıqla ona baxdı və dedi: 

- Hə, nədi? 

- Bura gəl, avaranın biri, ayağa dur görüm. Bu 

saat sənə göstərəcəyəm. 

Lenni köməksiz halda Corca baxdı. Köli özünü 

tarazlayıb  əvvəlcə sol əli ilə, sonra isə sağ  əli ilə 

Lenniyə  zərbə endirdi. Lenni bərkdən qışqırmağa 


 

60

başladı. Onun, burnundan qan axırdı. O, Corc, - deyə 



qışqırdı. O, üzünü divara çevirərkən Köli yenə də onun 

sifətinə zərbə endirdi. Lenninin əlləri yanında qalmışdı, 

özünü müdafiə etməyə belə qorxurdu. Corc isə yalnız 

ona özünü qorumağı deyirdi. Lenni qana bulaşmış 

üzünü tutaraq qəzəblə dedi: 

- Corc, onu saxla…! 

Köli onu vurmağında davam edirdi. Hətta 

Lenninin boğazından yapışdı. Bunu görən Slim onun 

üzərinə tullandı. 

Balaca siçanı özüm saxlayacağam, - dedi? 

Corc Slimin çiynindən yapışaraq dedi: 

Lenni əlini üzündən çəkdi və Corca baxdıqda Köli 

onun sağ gözunə möhkəm bir zərbə vurdu, onun üz-

gözü tamam qan oldu. Bu zaman Corc Lenniyə dedi: 

- Vur onu. 

Köli yumruğunu düyünləyirdi ki, vursun, lakin bu 

dəfə Lenni onun qarşısını aldı. O, yumruğunu 

düyünləyərək Kölini elə vurdu ki, o, yerindəcə qaldı və 

oturduğu yerdə  qışqırmağa başladı. Corc Slimi kömək 

etməyə, yəni onları aralamağa çağırdı. Lenni özü 

aralanaraq üzünü başqa tərəfə çevirdi və dedi: 

- Sən dediyinə görə buraxıram, Corc. 



 

61

Köli  isə  sınmış qoluna təəccüblə baxaraq 



qışqırdı. Slimlə Karlson dizi üstündə onun yanında 

oturdular. Sonra Slim Lenniyə baxıb dəhşətə  gəldi və 

dedi: 

- Biz onun üçün həkim çağırmalıyıq. 



- Mən istəmirəm, heç bir yerim ağramır.  

- Karlson, onu xəstəxanaya aparaq, onsuz da 

onun heç bir günahı yoxdur. 

Slim cəld çölə çıxdı, bir stəkan su ilə geri qayıtdı 

və suyu Kölinin dodaqlarına apardı. Corc dedi: 

- Slim, indi bizi həbsxanaya salacaqlar? 

Kölinin atası bizi həbsxanaya saldıracaq, elə 

deyilmi? 

Slim acı gülüşlə güldü və dedi: qulaq as görüm, 

Köli, deyərsən ki, guya sənin qolunu maşın  əzib,  əgər 

sən nə olduğunu bir kəsə deməsən, onda biz də heç 

kəsə deməyəcəyik.  Əks halda hamıya deyəcəyik, 

yoxsa sənə güləcəklər. 

- Mən demərəm. 

Çöldə Kaplsonun səsi gəlirdi. Slim Köliyə ayağa 

qalxmaqda kömək etdi və dedi: 

- Gəl görüm. Karlson səni həkimə aparacaq.  


 

62

Köli qapıya yaxınlaşdıqca Lenniyə baxırdı. Bir 



neçə  dəqiqədən sonra Slim yenidən otağa qayıtdı  və 

Lenniyə dedi: 

- Əllərinə baxım, Lenni? Aman Allah, sən lap dəli 

olmuşdun deyəsən. 

Bu zaman Corc dilləndi: 

- Lenninin başqa çıxış yolu yox idi, o nə edə 

bilərdi. Mən demişdim heç kiminlə dalaşma, indi sən nə 

edə bilərdin. Özü də  sənin günahın yox idi. Mən sənə 

dediyim kimi hərəkət etmisən. Bəlkə gedib üzünü 

yuyasan, Lenni. 

Lenni onun dediyinə riayət edib üzünü yumağa 

getdi. 


- Corc? – deyə o çağırdı. 

- Nə deyirsən, Lenni? 

- Mən dovşan saxlayacağam, Corc? 

-  Əlbəttə, Lenni, sənin nə günahın var ki, əl 

üzünü yu və çalış olmuş hadisəni yadından çıxart. 

 

xxxxx 



 

 

63

Kruksun daxmaya bənzər balaca bir otağı var idi. 



Otağının arxa divarı anbir idi. Daha sonra otağın dörd 

gözlü bir pəncərəsi, dar qapısı var idi. Pəncərənin 

aşağısında  müxtəlif cür alətlər vardı, bundan başqa 

alma qutusunda həm özü üçün, həm də atlar üçün 

dərmanlar da qoyulmuşdu. 

Kruksun zəngli saatı və balaca bir tüfəngi də var 

idi. Otaq süpürülümüşdü. O həmişə deyirdi ki, o hamıya 

hörmət qoyur, gərək hamı da ona hörmət qoysun. 

Şənbə gecəsi idi. Kruks otağında oturmuşdu. 

Səssiz-küysüz Lenni gəlib onun açıq qapısının ağzında 

dayandı  və içəri göz gəzdirməyə başladı. Onun enli 

çiyinləri qapını örtmüşdü. Bir müddət Kruks onu 

görmədi, başını qaldıranda onun gözləri Lenniyə 

sataşdı. Lenni dostcasına gülümsədi. Kruks ciddi 

surətdə dedi: 

- Mənim otağıma girməyə sənin ixtiyarın yoxdur. 

Lenni özünü yığışdırdı: 

- Mən nə edirəm ki, gəlmişəm küçüyümə baxım. 

- Mən istəmirəm ki, heç kim mənim otağıma 

girsin, elə isə çıx bayıra… 

- Nə üçün istəmirsən? – deyə Lenni soruşdu.  

- Çünki, mən zənciyəm. Siz isə ağ dərilisiniz. Siz 

bir yerdə yaşayırsınız, bir yerdə kart oynayırsınız, mən 


 

64

isə yox, çünki mən qarayam. Hələ deyirəm ki, mən 



murdaram. Mən də deyirəm ki, siz də  mənim üçün 

murdarsınız. 

- Düzü hamı  şəhərə gedib. Slim, Corc… hamı. 

Corc tapşırdı ki, evdə qalım. Mən də sənin işığını görüb 

gəldim. 

- Hə, nə istəyirsən? – Kruks soruşdu. 

- Heç nə, mən sizin işığınızı görüb gəldim. Elə 

fikirləşirdim ki, içəri girib oturaram.  

Kruks Lenniyə təəccüblə baxaraq dedi: 

- Mən bilmirəm sən anbarada neynirsən. Sən ki, 

heyvanlara baxan deyilsən, sən ki, atlara baxmırsan. 

- Mən küçəyə baxmaq istəyirəm, - deyə Lenni 

təkrar etdi, - Mən küçüyümü görməyə gəlmişəm. 

- Onda get öz küçüyünə bax. 

- Slim dedi ki, mən onlara baxım, amma əlimə 

götürüb oynatmayım. 

- Sən onları yuvasiından çıxarmışdın, maraqlıdır 

ki, o heç kəsə onları çölə çıxarmağa qoymur. 

- O, mənə icazə verir, - deyə Lenni yenidən 

otağa daxil oldu. 

Kruks ona ciddi baxaraq dedi: 

- Gəl bura, bir az otur. Çoxdandır təkəm, 

deyirsən hamı şəhərə gedib, hə? 


 

65

- Qoca Kandidən başqa hamı gedib. 



O, indi evdə oturub, qələmini götürüb hesabat 

aparır. 


- Hesabat aparır?! Nəyin hesabını, - deyə Kruks 

bir qədər dostcasına danışdı. 

- Dovşanların hesabını aparır. 

- Dovşanların?! Siz dəli olmusunuz, nədi. Hansı 

dovşanların? 

- Biz alacağımız dovşanların. Biz dovşan almaq 

istəyirik. 

- Sən məni ələ salırsan? 

- Mən heç vaxt heç kimi ələ salmamışam. Yalan 

yox, düzünü deyirəm. Biz balaca bir yer alıb orada 

yaşamaq istəyirik. 

Kruks oturduğu yerdə özünü daha da 

rahatlaşdırdı və Lenniyə dedi: 

- Əyləş görüm, əyləş. 

- Sən elə fikirləşirsən ki, mən yalan danışıram. 

Mən hamısını düz deyirəm. Hətta sən bunları Corcdan 

da soruşa bilərsən. 

Kruks başını divara söykədi və dedi: 

- Sən həmişə Corcla gəzirsən, elə deyilmi? 

- Əlbəttə, biz bir yerdə gəzirik. 



 

66

Bir müddət dayandıqdan sonra Kruks söhbətə 



başladı. 

- Mən cənublu zənci deyiləm. Mən burada, yəni 

Kaliforniyada anadan olmuşam. Mənim sahibimin 

böyük bir cücə ferması vardı. Balaca ağ  dərililərin 

uşaqları bizim yanımıza gələr və bizimlə oynayardılar. 

Onların bəziləri çox qəşəng idilər. Mənim sahibim 

bunu xoşlamazdı. Mən  əvvəllər heç vaxt ağlıma gətirə 

bilmirdim ki, nə üçün onun xoşuna gəlmirdim, lakin indi 

bilirəm. 

O, tərəddüd etdi və bir qədər uca səslə söhbətini 

davam etdirdi 

- Orada zənci ailəsi yox idi, yalnız bir ailədən 

başqa. İndi buralarda bir nəfər də olsun zənci yoxdur. 

Birdən Lenni ondan soruşdu. 

- Bilmirsən küçüklər nə vaxt böyüyəcək və  mən 

də onları götürüb oynadacağam? 

Kruks güldü və cavab verdi: 

İki həftədən sonra küçüklər yaxşı olacaqlar. Hə, 

bir də ki, hərdən bir Corc nə isə danışır, amma sən 

başa düşmürsən deyilənə görə. Necə  yəni başa 

düşmürsən? Bax elə güman et ki, Corc şəhərdən geri 

qayıtmayacaq, onda nə edəcəksən? 

Lenni onun sözlərindən dik atılaraq soruşdu: 


 

67

- Necə?! 



- Mən dedim ki, elə güman et ki, birdən Corc 

şəhərdən qayıtmadı, onda necə olacaq. 

- O belə etməz. Corc belə etməz! O, qışqırdı, - 

mən Corcla çox gəzmişəm, onu tanıyıram, o bu axşam 

gələcək. Məgər elə fikirləşmirsən? 

Kruksun sifətinin ifadəsi dəyişərək: 

- Heç kim heç nə deyə bilməz o nə edəcək. 

Deyək ki, o evə  gəlmək istəyir, amma bacarmır. Elə 

güman edək ki, onu öldürüblər və ya incidirlər, o da 

gələ bilmir. 

- Corc, heç vaxt belə etməz, o çox ehtiyatlıdır. 

Ona görə də onu heç vaxt incitməzlər. 

- Hə, elə təsəvvür edək ki, o qayıtmadı, onda nə 

edəcəksən? 

- Mən bilmirəm. Axırı belə danışma. Sən düz 

demirsən, Corcu incitməzlər. 

- İstəyirsənmi deyim nə olub? 

- Corca nə olub? – deyə Lenni həyəcanla 

soruşdu, - kim onu incidib? – O ayağa qalxdı və Kruksa 

tərəf gəldi. Kruks onun belə  həyəcanlandığını görüb 

geri çəkildi və dedi: 

- Mən sadəcə olaraq güman edirəm ki, ona heç 

nə olmayıb, o sağ-salamat qayıdacaq. 


 

68

Lenni onun qarşısında dayandı və soruşdu: 



- Sən nəyi güman edirsən? Heç kim onun 

haqqında belə güman edə bilməz. 

Kruk eynəyini çıxarıb barmağı ilə silərək dedi: 

- Bir otur görüm, Corca heç nə olmayıb. 

- Heç kim Corc barədə belə danışa bilməz, - 

deyə Lenni dodaqaltı təkrar etdi.  

- Bəlkə də indi yolda gəlir. 

- Düz deyirsən, bəlkə  də o indiyə qayıdıb. 

Yaxşısı budur gedim görüm gəlibmi? 

- Mən səni qorxutmaq istəmirəm. O, geri 

qayıdacaq. 

- Mən bilirəm, Corc məni tərk edib getməz. O 

deyir ki, dovşanlar üçün yer düzəldəcək. 

- Hansı dovşanlar üçün? 

- Biz dovşan və torpaq sahəsi alacağıq. 

- Siz axmaqsınız. Mən çoxlarını görmüşəm ki, bu 

fikirdə olublar, yüzlərlə belələrini görmüşəm. Mən bu 

barədə çoxlu kitablar da oxumuşam. Onlar heç vaxt bir 

parça torpaq ala bilmirlər, bu yalnız onların arzusu 

olaraq qalır. Onlar həmişə danışırlar, lakin həyata 

keçmir onların danışığı.  

Kruks danışığına ara verdi. O atların o tərəf bu 

tərəfə hərəkət edərək kişnədiyini gördü və dedi: 


 

69

- Deyəsən çöldə kimsə var. Ola bilsin Slimdir. Bu 



sənsən, Slim? Deyə o çağırdı. Bayırda qoca Kandi zəif 

səslə cavab verdi: 

- Slim şəhərə getdi. Sən Lennini görməmisən? 

- O yekə oğlanı deyirsən? 

- Hə, onu buralarda görməmisən ki? 

- O buradadır, - deyə Kruks cavab verdi. 

Kandi qapının ağzında dayandı  və otağa baxdı. 

O, içəri girməyə cəhd göstərmədi. 

- Sənə demək istəyirmə ki, Lenni, mən 

dovşanları hesablamışam. 

- Sən içəri girə bilərsən,  əgər istəsən, - deyə 

Kruks ona təklif etdi. 

- Mən girərəm, əlbəttə… əgər sən icazə versən. 

- Gəl, keç içəri. 

Kandi içəri girdi, - sən özün üçün burada balaca 

rahat yer düzəltmisən, - dedi.  

Bu zaman Lenni söhbətə başladı.  

- Sən dovşanlar haqda danışdın. 

Kandi içəri göz gəzdirib dedi: 

- Mən çoxdandır burada yaşayıram. Amma birinci 

dəfədir ki, bura girirəm, baxmayaraq ki, sən də burada 

çoxdandır yaşayırsan. 

Kruks dedi: 


 

70

- Ağ dərililər zəncilərin otağına girmirlər. Slimdən 



başqa burada heç kim olmayıb. Daha dəqiq desəm, 

Slim və sahibdən başqa, heç kim olmayıb. 

Kandi cəld söhbəti dəyişdi. 

- Slimi mən yaxşı adam kimi tanıyıram, elə bu 

gün də yaxşı adam kimi tanıyıram. 

Lenni birdən qoca Kandiyə dedi: 

- Dovşanlar haqda danış. 

Kandi güldü və dedi: 

- Mən onları hesabladım. Biz onlar üçün pul 

hazırlamalıyıq.  

- Mən onlara baxacamğam, - deyə Lenni dilləndi, 

- Corc söz verib ki, onlara qayğı göstərim. 

- Siz özünüzü lap balaca uşaqlar kimi aparırsınız. 

Siz bu haqda danışırsınız, amma torpaq əldə edə 

bilməyəcəksiniz.  

Min sizin kimiləri çox görmüşəm. 

Qoca Kandi acıqlı-acıqlı dişlərini qıcadı və dedi: 

- Sən haqlısan, amma bizim pulumuz var. Corc 

deyir ki, mən torpaq alacağam. 

- Hə… bəs hanı Corc? Şəhərdə  əxlaqsız bir 

qadının evində, eləmi? Baxın sizin pulunuz hara gedir. 

Aman allah, bilmirsiniz mən belələrini nə  qədər 

görmüşəm?! Belə  oğlanlar heç vaxt ev almayıblar. 


 

71

Kandi Kruksun sözlərindən hiddətləndi və uca səslə 



dedi: 

-  Əlbəttə, hamı istəyir ki, özünün balaca bir 

torpaq sahəsi olsun, çox yox. Mən həmişə  işləmişəm, 

yaxşı  məhsul becərmişəm, amma bu məhsul mənim 

özümün olmayıb, onu biçib özgəsinə vermişəm. Burada 

sənin səhvin var. Corc pulu götürməyib, çünki pul hal-

hazırda bankdadır. Corc, Lenni və mən, istəyirik ki, bir 

otağımız olsun. Bizim itimiz, dovşanımız, toyuq-

cücəmiz olsun. Hələ inəyi və ya keçini, demirəm. 

- Deyirsiniz pulunuz var? 

- Hə, bir az varımızdı. Qalanını da bir ay 

işləyəndən sonra düzəldəcəyik. Hətta Corc bir ev seçib 

tapıb da…. 

- Doğrudan? Mən belə adamlar görməmişəm. 

Mən həmişə görmüşəm ki, cavan oğlanlardır, amma 

tək-tənha gəzir və qazandığı pulu da lazımsız yerə 

xərcləyirlər. Madam ki, siz beləsiniz, onda nə üçün mən 

sizinlə birlikdə işləməyim? Mən burada işqləməkdən əlil 

olmuşam.  

- Siz Kölinin görmüsünüz? – deyə Kölinin arvadı 

qapının ağzından içəri boylanaraq soruşdu. O, 

təngnəfəs danışırdı, elə bil qaça-qaça gəlmişdi.  

- Köli burada olmayıb, - deyə Kandi cavab verdi. 


 

72

O, qapıda bir az da dayandı, dırnaqlarını 



barmaqları ilə silə-silə gülümsündü. Onun gözləri 

otaqda olanların üzündə gəzdi. O, dedi: 

- Onlar bütün zəifləri burada qoyub gediblər. Mən 

bilmirəm onlar hara gediblər? Hətta Köli də. 

- Mən bilirəm onlar hara gediblər, - deyə  qız 

dilləndi. 

Lenni qıza baxdıqca heyran olurdu. Kandi və 

Kruks ona təəccüb dolu nəzərlərlə baxırdılar. 

- Madam ki, bilirsən, onda Kölini bizdən niyə 

soruşursan? – Kruks soruşdu. 

- Gülməli şeydi, - o güldü.  

Bir qədər dayandıqdan sonra Kruks dedi:  

- Yaxşı olardı ki, öz evinə gedəsən. 

- Mən ki, heç kimə mane olmuram. İstəyirəm 

kiminləsə söhbət edim, məgər mən bütün günü evə 

bağlanıb qalmalıyam? 

- Sənin ki, ərin var, sən  ətrafdakı  oğlanlarla 

söhbət etməli deyilsən, - Kandi dedli: 

-  Əlbəttə, - deyə  qız təsdiq etdi, - mənim  ərim 

var, hamınız onu görmüsünüz. Əntiqə  oğlandır, elə 

deyilmi? O, bütün vaxtını xoşlamadığı  oğlanlara nə 

edəcəyindən danışır. O, heç kəsi xoşlamır. O, mənə 

xoşlamadığı adamları  necə döydüyündən danışır. 


 

73

Onun düzdür, əli əzilib, deyir ki, maşın əzib. Boş şeydir, 



keçib gedəcək. 

 - Maşın əzib, - deyə Kandi təkrar etdi. 

- Yaxşı, siz necə fikirləşirsiniz, mən uşağam hə? 

Hələ onu deyim ki, şənbə gününün axşamı hamı öz 

işindəydi, mən də bir dəstə yük daşıyan zəncilərlə 

söhbət edirdim. Deyirdim ki, onlar qoyundurlar və 

bundan başqa ayrı şey deyillər. 

Lenninin ağzı yarı açılmış halda ona baxırdı. 

Kruksun üzündə  dəhşətli bir əksiklik ifadəsi hiss 

olunurdu. Qoca Kandi də qızın danışığından təsirlənmiş 

kimi başını aşağı salmışdı.  

O acıqlı-acıqlı dedi: 

- Daha bəsdir, sən bizi qoyun da adlandıra 

bilərsən. Sən hətta həyətdəki toyuqlarla bizim aramızda 

bir fərq qoymursan, bilmirsən ki, biz özümüz üçün bir 

malikanə almışıq. Biz burada qalmayacağıq, çıxıb 

gedəcəyik öz evimizə. Bizim özümüzün toyuq-cücəmiz, 

meyvə  ağaclarımız var ki, yüz dəfə buradan gözəldir. 

Bizim hətta dostlarımız da var. 

Kölinin arvadı ona gülərək: 

- Boş  şeydir, mən çox oğlanlar görmüşəm elə 

deyiblər. Sizin kimilərini çox görmüşəm, tanıyıram. 



 

74

Kandinin üzü həyəcandan qıpqırmızı qızarmışdı. 



O, dedi: 

- Biz bilirik nə almışıq və bizim üçün fərqi yoxdur 

ki, sən bunu biləsən, ya bilməyəsən. Biz sənə heç nə 

demirik. Bəlkə indi çıxıb gedəsən, çünki Köli xoşlamaz 

ki, burada-anbarda «qoyunlarla» söhbət edəsən. 

O yenə də otaqdakıların üzünə baxdı. Hamı onun 

getməyini istəyirdi, lakin o Lenniyə uzun müddət 

baxdıqdan sonra soruşdu: 

- Üzündəki əziklər hardandır? 

- Kimi deyirsən, məni? – Lenni soruşdu. 

- Bəli, səni deyirəm. 

Lenni kömək üçün Kandiyə baxdı. Kandi dedi: 

- Onun üzünü maşın əzib, əgər bilmək istəsən. 

Qüz güldü və dedi. 

- Yaxşı… mən səninlə sonra söhbət edərəm. 

Mənim maşınlar xoşuma gəlir. 

Kandi dözə bilməyib yenə dilləndi: 

- Sənin bu oğlanla işin yoxdur. Sən nə dediyini 

Corca deyəcəm. O, Lennini səninlə söhbət etməyə 

icazə verməz.  

- Corc kimdir? Səninlə  gəzən o balaca oğlanı 

deyirsən? – o soruşdu. 



 

75

- Hə, özüdür ki, var. mənə dovşan saxlamağa 



icazə verən həmin oğlandır, - deyə Lenni cavab verdi. 

-  Əgər istəyirsinizsə, mən sizə dovşan verə 

bilərəm, özü də bir cüt. 

Bu zaman Kruks ayağa qalxdı  və soyuqqanlıqla 

dedi: 

- Mənim kifayət qədər varımdır və sənin zəncinin 



otağına girməyə haqqın yoxdur. Sən  ətrafdakıları da 

korlayırsan.  İndi isə çölə  çıx, cəld ol. Əgər çıxmasan, 

sahibdən xahiş edəcəyik, səni bir də anbara gəlməyə 

qoymasın.  

- Qulaq as, zənci, bilirsən sənə nə edərəm?  

Kruks ona ümidsiz halda baxdı, sıxıldı  və alçaq 

səslə dedi: 

- Bilirəm. 

- Hə, onda yerində sakit otur. 

- Bilirəm, - deyə o təkrar etdi.  

Bir müddət Kölinin arvadı onun qarşısında 

dayanıb onu gözlədi ki, bir söz desin, amma Kurks bir 

söz demədi. O, Kandiyə və Lenniyə baxdı. Kandi dedi: 

- Əgər sən bir şey etsən, onda biz Kruksa hədə 

qorxu gəldiyini deyəcəyik. 

- Deyirsiniz deyin, heç kəs sizə qulaq 

asmayacaq, heç kəs. 


 

76

 Kandi o tərəf- bu tərəfə gəzişdi və sonra dedi: 



- Mən oğlanların səsini eşidirəm, deyəsən Corc 

gəldi. 


Sonra Kandi Kölinin arvadına tərəf çevrilərək: 

- Yaxşısı budur evə gedəsən.  İndi getsən Köli 

sənin burada olduğunu bilməz. 

- Mən heç bir səs eşitmirəm, - qız dedi. 

- Yaxşısı budur, imkanı  əldən verməyəsən, - 

deyə Kandi yenə təkrar etdi. 

Qız üzünü Lenniyə tutaraq: 

- Mən çox şadam ki, Köliyə  məndən  şikayət 

edəcəksiniz. Mən özüm bəzi vaxtlarda istəyirəm ki, 

məndən  şikayət etsinlər, - dedi və geriyə dönərək 

gecənin qaranlığında yox oldu. Onun ayaq səslrinə 

anbardan atlar kişnədi. Kruks soruşdu: 

- Oğlanların gəlməyi düzdür? 

- Ola bilsin ki, gəliblər, mən səslərini eşitdim. 

- Mən heç nə eşitmədim. 

- Bilirsənmi, qapı taqqıldadı, ona görə deyirəm ki, 

gəldilər, - Kandi dedi. 

- Bəlkə siz gedəsiniz. Mən daha sizin burada 

qalmağınıza razı deyiləm.  

Bu zaman bayırdan Lennini çağırmağa 

başqladılar. 


 

77

- Lenni haradasan?! Sən anbardasan?!  



- Bu Corcdur, - deyə Lenni qışqırdı, - mən 

buradayam, Corc! 

Bir saniyə keçmədi ki, Corc qapıda dayandı. O, 

narazı halda soruşdu: 

- Burada nə edirsiniz, siz burada olmamalısınız, 

axı. 


Kruks yerində qımıldandı. 

- Elə mən də elə deyirəm, amma gəlirlər. 

- Niyə onları vurub çıxarmırsan? 

- Mən özüm fikir vermirəm, Lenni yaxşı yoldaşdır, 

bilirsənmi… Kruks dedi. 

Kandi ayağa qalxaraq dedi: 

- Hə, Corc, mən də bütün günü hesablamışam ki, 

bizə nə qədər pul lazımdır.  

- Mən sizə dedim ki, heç kimə deməmişik, - deyə 

Corc açıqlandı. 

- Kruksdan başqa heç kəsə deməmişsiniz, - 

Kandi dedi. 

- Aman Allah, sizdən bir dəqiqə ayrılıb bir yerə 

getmək olmur, dərhal başlayırsınız. 

Kandi və Lenni otaqdan bayıra çıxdılar. Kruks 

Kandini çağırdı. 

- Hə, nə deyirsən? – Kandi soruşdu. 


 

78

- Mən sənə dediyimi yaddan çıxarmısan? 



- Yadımdadır. Necə bəyəm? 

- Elə isə yadından çıxart, mən buranı  tərk edib 

heç bir yerə getmək istəmirəm. 

- Nə deyim, özün bilərsən. Gecən xeyrə qalsın.  

Hər üçü otaqdan çıxıb gedəndə onların səslərinə 

atlar kişnədilər. Kruks isə otağında oturub qapıya 

baxdı, sonra isə çarpayısında uzanaraq xəyala daldı.  

 

Anbarın bir tərəfində ot tayası qoyulmuşdu. Atlar 



görünsün deyə anbarın yuxarı hissəsi açıq idi. 

Bazar günü günorta vaxtı idi. Ac olan atlar otu 

gördükcə (ayaqlarını) təpiklərini yerə vurur və 

kişnəyirdilər.  

Təkcə Lenni anbarda oturub ölmüş küçüyünə 

baxırdı. O, uzun müddət baxdıqdan sonra əli ilə ona 

toxunaraq dedi: 

- Nə üçün ölmüsən, hə? Sən ki, siçan kimi balaca 

deyilsən. Deyəsən Corc məni dovşan saxlamağa 

qoymayacaq, mən səni saxlaya bilmədim. 

O, balaca bir quyu qazdı, küçüyü ora qoyub 

üstünü örtdü və öz-özünə dedi: 

- Mən Corca deyəcəm ki, gəlib gördüm ölüb. 


 

79

Birdən o basdırdığı küçüyü qazıb çıxartda və ona 



təəssüflə baxdı və əlavə etdi: 

- Mən bilirəm, Corc deyəcək ki, bunu sən 

etmisən, elə ona görə  də  səni dovşan saxlamağa 

qoymayacağam. 

Hirsindən dəli kimi olmuş Lenni küçüyə yenə  də 

əli ilə toxunaraq: 

- Sən niyə öldün?! Sən ki, siçan kimi balaca 

deyilsən? Corc məni dovşan saxlamağa qoymayacaq. 

Lenni ayağa qalxdı, küçüyü geriyə – otun üstünə 

qoydu. O, ətrfada gəzən Kölinin arvadını görmürdü. Qız 

yenə özünün pambıq parçadan tikilmiş qırmızı paltarını 

geyinmişdi. O, kosmetikadan istifadə etmiş və saçlarını 

rəngləmişdi. Lenni onu görcək sakitləşdi. 

- Burada niyə durmusan? – qız soruşdu. 

Lenni ona etinasız surətdə baxaraq dedi:  

- Corc mənə tapşırıb ki, səninlə söhbət etməyim. 

- Corc qorxur ki, Köli bunun üçün dəli olar, hə? 

Sən Kölinin başqa qolunu da sındırarsan. Onun qolunu 

heç də maşın sındırmayıb. 

- Yox, yox mən səninlə söhbət etməyəcəyəm, - 

deyə Lenni təkid etdi. 

Qız onun yaxınlığına gəlib dedi: 



 

80

- Qulaq as, hamı  çıxıb gedib işləməyə. Mən 



səninlə nə üçün danışa bilmərəm? Bir kimsə yoxdur ki, 

söhbət edim, yalqızlıq lap məni boğur. 

- Yox, yox, mən səninlə söhbət etmək niyyətində 

deyiləm. 

- Mən təkəm, siz oğlanlar hamıyla söhbət edə 

bilərsiniz, amma mən isə yalnız Köli ilə söhbət 

etməliyəm? 

- Mən səninlə söhbət etməyə, düzü güman 

etmirəm, çünki, Corc məni qorxudub. 

Birdən qız söhbəti dəyişərək soruşdu: 

- Ora qoyduğun nədir elə? 

- Mənim küçüyümdür. Mənim balaca itim.  

- Niyə ölüb? 

- Mən onunla oynayırdım. O, əlimi dişləmək 

istəyirdi ki, onu sillə ilə vurdum, bir də gördüm öldü. 

- Başqasını taparsan, o qədər küçük var ki… 

- Hələ bu harasıdır. Corc məni dovşan 

saxlamağa qoymayacaq, çünki, mən o qədər pis işlər 

görmüşəm ki. 

Qız daha da yaxın gəldi və sakit-sakit danışmağa 

başladı. 

- Mənimlə danışdığına narahat olma.  



 

81

-  Əgər Corc məni səninlə danışan görsə, onda 



məni öldürəcək. 

- Bura bax, mənə  nə olub, məgər mənim heç 

kiminlə danışmağa hüququm yoxdur? Mənim haqda nə 

fikirləşirsən ki? Sən yaxşı  oğlansan. Bilmirəm səninlə 

niyə danışmamalıyam. Məgər sənə bir zərər yetirirəm? 

- Hə, Corc deyir ki, sən bizi korlayacaqsan. 

- Belə de, gör mən sizə necə zərər yetirirəm?! 

- Mən belə yaşaya bilmərəm. Özüm bilərəm necə 

yaşayıram. Hələ vaxtı ilə aktyorlardan biri dedi ki, 

kinoda çəkilə bilərəm, amma qoca anam icazə vermədi. 

Əgər getsəydim deməli, başqa cür adam olmuş 

olardım, hə?  

Lenni ayağa qalxdı, dərindən ah çəkib söhbətə 

başladı: 

- Biz balaca bir yer alacağıq, bizim dovşanlarımız 

da olacaq. 

Qız onun söhbətini eşitməmiş kimi öz söhbətini 

davam etdi. 

- Mən bir oğlanla tanış olmuşdum, o kinoya 

çəkilmişdi. Biz birlikdə rəqsə getdik. O, mənə söz verdi 

ki, kinoda çəkilməyimə kömək edəcək və dedi ki, mən 

əsil artistəm. Sonralar o Hollivuda getdi, o mənə bu 



 

82

haqda yazacaqdı. Qız arabir Lenniyə fikir verirdi ki, 



görsün onun sözlərindən təsirlənirmi. O, dedi: 

- Mən heç vaxt məktub ala bilmədim, elə 

fikirləşdim ki, onun məktubunu qoca anam gizlədir. Mən 

anamdan məktubları harada gizlətdiyini soruşdum, o 

isə gizlətdiyini bildirdi. Mən, Köliylə sonralar tanış 

oldum və ona ərə getdim. Mən onunla başqa vaxt 

rəqsə gedəndə tanış olmuşdum. 

Birdən qız Lennidən soruşdu:  

- Sən heç mənə qulaq asırsan? 

- Mən? Əlbəttə! 

- Mən bunu əvvəllər heç kəsə danışmamışam, - 

deyə qız söhbətini davam etdirdi, - ola bilsin elə indi də 

danışmamalıyım. Düzü mən Kölini xoşlamıram, o, yaxşı 

yoldaş deyil, - qız Lenniyə daha yaxın oturdu, kinoda 

çəkilsəydim yaxşı paltarlar geyərdim, böyük-böyük 

mehmanxanalarda olardım. Mən hələ radioda 

danışmağımı demirəm. 

Qız yerində bir-neçə cestlər etdi. O, Lenniyə 

göstərmək istəyirdi ki, güya onun aktrisalıq bacarığı 

var. Lenni dərindən nəfəs aldı və dedi: 

- Bəlkə bu küçüyü  aparıb uzağa atım, Corc onun 

öldüyünü bilməsin, yoxsa məni dovşan saxlamağa 

qoymaz. 


 

83

Qız dedi : 



- Dovşanlardan başqa ayrı  şey fikirləşə 

bilmirsən? 

- Bilirsənmi, bizim balaca yerimiz olacaq. Evimiz, 

bağımız, dovşanlarımız üçün otağımız olacaq, mən də 

həmişə otlaqdan dovşanlar üçün ot gətirəcəyəm.  

- Səni dovşanları sevməyə vadır edən nədir ki, 

belə? – qız soruşdu.  

Lenni onun sualına cavab verməzdən  əvvəl bir 

az fikirləşdi, sonra isə dedi: 

- Mən xoşuma gələn  şeyləri tumarlamaq 

istəyirəm. Bir dəfə uzun tüklü dovşanları görmüşəm, 

onlar çox qəşəng idilər. Mən hətta bir şey tapa 

bilməyəndə siçanları belə tumarlayıram. 

Onun bu sözlərini eşidəndə  qız ondan bir az 

aralandı və dedi: 

- Mən elə fikirləşirdim ki, sən çətin adamsan, 

amma görürəm qayğıkeşsən. Böyük olmağına 

baxmayaraq, lap uşaq kimisən. Mən saçlarımı tez-tez 

düzəldirəm ki, cod olmasın. Götürək Kölini, onun saçı 

tamamilə coddur, amma mənim saçım hamardır. Bir 

bax, - deyə o Lenninin əlini götürüb saçlarına apardı, - 

hə, necədir, qarmaqarışıqdır. Hə…? 

- Yox, lap qəşəngdir. 


 

84

- Bura bax, deyəsən sən saçlarımı dağıdacaqsan 



ha! Dayan görüm, - deyə  qız uca səslə etiraz etdi, 

burax görüm, tez… 

Lenni onun səsini bərk çıxdığını görüb əli ilə 

qızın ağzına tutdu və yalvarmağa başladı. 

- Səndən xahiş edirəm, qışqırma, yoxsa Corc 

gəlib eşidər və deyər ki, yenə pis iş görmüşəm. 

Qız Lenninin sözlərinə  məhəl qoymayıb uca 

səslə danışırdı. Bu zaman Lenni acıqlandı: 

- Mən istəmirəm ki, sən qışqırasan,  əgər Corc 

eşitsə mənə cəza verəcək, eşidirsən, belə etmə… 

Qız qışdırdıqca Lenni ona yalvarırdı. Birdən 

Lenni onu möhkəm sıxdı  və  dərhal qızın səsi kəsildi. 

Lenni dedi: 

- Mən səni incitmək istəmirdim. Sən qışqırırdın, 

əgər bunu Corc eşitsə bilirsən neyləyər?! 

Qızın beli sındığından sakit və  hərəkətsiz 

qalmışdı. Lenni qızın  əlini qaldırıb buraxanda onun əli 

yerə düşdü. Lenni öz-özünə deyinməyə başladı. 

- Mən yenə  də pis iş gördüm, aman Allah, mən 

başqa bir pis iş gödüm. 

Lenni onun üstünü otla ortdü. Bayırda adamların 

səsi gəlirdi. O, tayanın başqa bir tərəfinə  çəkilib öz-

özünə qımıldandı. 


 

85

- Mən doğrudan da, pis iş gördüm. Mən bunu 



etməyəcəkdim. Corc bunu eşitsəydi dəli olacaqdı. 

Lenni geri qayıdıb ölmüş  qıza bir də baxdı. 

Ölmüş küçük onunla yanbayan qalmışdı. O, küçüyü 

paltosunun altına qoydu və uzağa tullamağı qərara aldı. 

Qızın üstü yarı örtülü idi. O, çox gözəl sadə, suyu şirin 

və  gənc görünürdü. Onun qırmızı dodaqları, qırmızı 

yanaqları onu canlı göstərirdi.  

Bir qədər uzaqda adamların açıq-aydın səsi 

eşidilirdi. Bu səslərin içərisindən qoca Kandinin də səsi 

gəlirdi, - Lenni, Lenni, - deyə çağırırdı. 

O, anbarda Lennini görcək dedi: 

- Hə, Lenni buradasan. Mən yenə  də hesabat 

aparırdım. Nə etmək istədiyimizi sənə deyəcəyik, 

Lenni. 


Qoca Kandi yenə Lenninin adını  çəkə-çəkə ona 

yaxınlaşdı, - mən bilmədim ki, Köllinin arvadı da 

buradadır, - dedi. Elə ki, qızdan səs çıxmadığını gördü, 

dedi: 


- Sən elə burda yatmısan? 

Qoca onu hərəktsiz görcək tullanıb, düşdü, - 

aman allah, dedi və qaçıb getdi. 


 

86

Anbarda atlar kişnəyir və arabir ot yeyirdilər. Bir 



neçə  dəqiqədən sonra qoca Kandi Corcla birlikdə 

qayıtdı. 

- Mənə nəyi göstərmək istəyirdin?- Corc soruşdu. 

Kandi Kölinin arvadını göstərdi. Corc ona 

yaxınlaşqdı, ona nə olub? – deyə soruşdu,- aman allah, 

bir buna bax! 

O, dizi üstə oturdu, əllərini ürəyinin üstünə qoydu 

və ayağa qalxdı. 

Qoca Kandi soruşdu: 

- Buna nə edib görəsən? 

Corc ona soyuq nəzərlərlə baxdı və soruşdu:  

- Sənin fikrincə necə olub? 

- Mən nə bilim, - deyə Kandi cavab verdi. 

- Bunu o qanmaz edib, mən indi bildim.  

- Bəs nə edəcəyik, Corc? 

Corcun cavab verməyi çox uzun çəkdi, nəhayət, 

dilləndi. 

- Bura bax, biz onu oradakı oğlanlara deməliyik. 

Bəs Lenni nə edəcək. O çalışırdı ki, özünü doğrultsun. 

Bəlkə ona dəyməyəcəklər.  

- Biz onu buraxmalıyıq çıxıb getsin. Sən Kölini 

tanımırsan, Corc? Koli  onu öldürəcək. Corc Kandinin 

əsən dodaqlarına baxdı və dedi: 


 

87

- Hə, düzdür, başqa oğlanlar da öldürər.  



Kandi qoxmuş kimi Corca dedi: 

- Sən və  mən balaca bir yer ala bilərik, eləmi 

Corc? Biz təzə yerimizə gedər və orada yaxşı 

yaşayarıq, elə deyilmi, Corc? 

Hə nə deyirsən bacarırıqmı, Corc? 

Corc kobudluqla bildirdi. 

- Mən əvvəl gündən bilirdim ki, o qız bizə nə isə 

edəcək. Mən bir ay işləyib  əlli dollar alacağam.  Əgər 

mümkün olsa, bir ay da işləyib daha əlli dollar 

qazanacağam. 

- Deyirəm, Corc, Lenni çox yaxşı yoldaşdır. Mən 

heç vaxt fikirləşməzdim ki, o belə iş görər. 

Corc Kölinin arvadına baxa-baxa dedi: 

- Lenni bunu heç vaxt boş yerə etməz.  

Necə olursa o həmişə pis işlər görür. Hə, qulaq 

as, biz oğlanlara bunu deməliyik. Oğlarlar elə 

fikirləşərlər ki, mən də burada olmuşam. Mən indi otağa 

gedirəm, bir-iki dəqiqədən sonra sən gəlib qız haqqında 

otaqdakılara deyərsən. Mən onlarla gələcəyəm və elə 

bil mən onu heç görməmişəm. Oğlanlar 

fikirləşməyəcəklər ki, mən orada olmuşam, bildinmi? 

- Yaxşı, Corc, başa düşdüm. 



 

88

- Onda mən gedirəm, iki dəqqədən sonra qaça-



qaçı gəlib bizə xəbər verərsən. 

Beləliklə, Corc çıxıb getdi, qoca Kandi Corcun 

arxasınca baxdı. Onun gözləri yaşla dolmuşdu. O 

anbardan çölə  çıxdı. Otağa girəndən bir-iki dəqiqə 

sonra hay-küyə başladı. Bunu eşidən Slim, Karlson, Vit, 

Köli və Kruks qocaya tərəf yüyürdülər.  Ən axırda isə 

Corc gəlirdi. Onlar anbarda Kölinin arvadını gördükdə 

dayandılar. Slim ona yaxınlaşıb,  əliylə yanağına 

toxundu, lakin hər şeyin bitdiyini bildirdi. Köli qışqırtı ilə 

dedi: 


- Mən bilirəm, bilirəm bunu kim edib! O, yekəpəl 

edib, bunu! Hamı çöldə  işləyirdi, təkcə o yox idi. Mən 

onu bu saat tapıb öldürəcəyəm. 

- Mən onu öz pistoletimlə öldürəcəyəm, - deyə 

Karlson onun sözünə qüvvət verdi. Slim dedi: 

- Mənə də elə gəlir ki, bunu Lenni edib. Onun beli 

sınıb, bunu yalnız Lenni edə bilər.  

Corc heç bir söz  demirdi, onun şlyapası 

gözlərinin üstünə düşmüşdü və gözlərini ötmüşdü. 

Slim sözünə davam edərək dedi: 

- O, gərək ki, cənub tərəfə getsin. Biz özümüz 

şimal tərəfdən gəldik, amma o cənuba tərəf getmiş olar. 

Mənə elə gəlir ki, biz onu tapa bilərik. 


 

89

Bu zaman Corc ona yaxınlaşdı və dedi: 



- Biz onu tapa bilməsək də onsuzda onu tapıb 

həbs edəcəklər.  

Əgər biz Kölini saxlaya bilsək, onu tapıb gətirə 

bilərik. Amma Köli onu güllə ilə öldürmək istəyir. Bu 

saat Lennini dəli kimi axtarır. Onu gətirib qəfəsə salıb 

saxlamaq da yaxşı deyil, Corc. 

- Bilirəm, bilirəm, - deyə Corc dərindən nəfəs 

alaraq onun sözlərini təsdiq etdi: 

Uzaqdan Karlson onlara tərəf qaça-qaça gəldi və 

təngnəfəs halda dedi: 

- Bu avara mənim pistoletimi də  oğurlayıb, onu 

tapa bilmədim. 

Onlar bir-birinin üzünə baxdılar və pistoleti 

götürmədiklərini bildirdilər. Köli həyəcan içərisində dedi: 

- Elə isə gedib polisə  xəbər verək. Hə, Corc, 

bizimlə gedərsənmi? – Köli soruşdu.  

- Hə, mən də gedəcəyəm, amma qulaq as, Köli 

o, yazıqdır. Onu öldürməyin. O, nə etdiyini bilmir. 

- Onu öldürməyim? O hələ Karlsonun pistoletini 

oğurlayıb, yox, onu mütləq öldürəcəyəm. 

- Bəlkə Karlson öz pistoletini itirib? – Corc 

soruşdu. 

Onlarla yanbayan dayanmış Karlson dedi: 


 

90

- Necə yəni, mən onu bu səhər görmüşəm. Yox, 



onu götürüblər. 

Slim hələ də Kölinin arvadına baxırdı. O dedi: 

- Bəlkə, Köli, sən öz arvadının yanında qalasan. 

Kölinin sifəti qızardı və dedi: 

- Yox, mən gedirəm və özüm onu öldürəcəyəm, 

baxmayaraq ki, bir qolum sınıqdır.  

Slim Kandiyə tərəf çevrildi və dedi: 

- Elə isə sən burada qal, Kandi, qalanlarımız isə 

gedək. 

Onlar yola düşdülər.  Corc  Kandinin  yanında 



dayanıb ölmüş  qıza baxdı. Bu zaman Köli Corcu 

çağırdı.  

- Corc, harada qaldın?!  

Corc onların ardınca addımlamağa başladı. 

Kandi isə qızın yanında qalıb öz-özünə deyinirdi. 

Yola düşənlər get-gedə gözdən itdilər. 

Anbar qaranlıqlaşırdı. Qoca Kandi otun üstündə 

oturub əlləri ilə qızın gözlərini örtdü. 

 

xxxxx 


 

 

91

Salinas çayının göy rəngə çalan suyu axşamüstü 



sakit axırdı. Qabilan dağlarının arxasından boylanan 

günəşin  şüaları  dərələrin, təpələrin üstünü çəhrayı 

rəngə boyamışdı. Kölgələr get-gedə uzanırdı. Suilanı 

suyun üzərində bir tərəfdən o biri tərəfə üzürdü. Zəif 

əsən külək ağacların yarpaqlarını  tərpədir, arabir 

saralmış  və qurumuş yarpaqlar axan çayın üzərinə 

tökülürdü. 

Çayın kənarında kolların arasından Lenni peyda 

oldu. O, ehmalca çayın kənarına gəlib su içməyə 

başladı.  

Su içib qurtardıqdan sonra suyun kənarında 

dizlərini qucaqlayaraq oturdu və öz-özünə dedi: 

- Mən yadımdan çıxartmamışam. Corc mənə 

demişdi ki, əgər çətinliyə düşsən, gəlib kolların 

arasında gizlənim. 

O başını qaldırıb dağın başına baxdı: 

- Mən düz ora gedib, orada mağara tapa bilərəm, 

amma mən tomatlı konserv yeyə bilmədim. Əgər Corc 

mənə icazə versəydi, çıxıb gedərdim və özümə mağara 

tapardım. Onda mən bir daha Corca əziyyət vermərəm. 

Çox adam deyir ki, mən guya Corca iplə bağlamışam 

və birgə  gəzirəm. Mən indi çıxıb gedə bilərəm, çünki, 

Corc məni dovşan saxlamağa qoymayacaq.  


 

92

Lenninin fikrindən Klara xalası da gəlib keçdi, 



sanki Klara xala deyirdi: sən ağılsız adamsan, yaxşısı 

budur ki, dovşanları fikrindən çıxarasan, qoy onlar aç 

qalsınlar təki sən onlara yaxınlaşma. 

- Mən yaddan çıxaracağam, - Lenni uca səslə 

dedi, - mənə elə  gəlir ki, Corc dovşan saxlamağa 

qoymayacaq. 

Yox, Corc belə etməz, çünki mən Corcu 

tanıyıram. O mənə qarşı yaxşıdır, mən ona inanıram. 

Biz həmişə bir yerdə gəzirik, o belə etməz. 

O,  əllərini ağzına tutub, - Corc, Corc, deyə 

çağırmağa başladı. Bu zaman onu axtaran Corc 

yavaşca kolun arxasından çıxdı. Lenni isə yenidən 

dovşanlar haqqında fikirləşməyə başladı. Corc sakit 

tərzdə dedi: 

- Niyə belə qışqırırsan? 

Lenni ayağa qalxdı. 

- Sən məni tərk etmək istəyirsən, eləmi Corc? 

Məncə, yox. 

Corc onun lap yanına gəldi və aşağı oturdu.  

- Yox, Lenni. 

- Mən bilirdim ki, məni tərk etməzsən. 

Corc sakit dayanmışdı. Lenni onu çağırmağa 

başladı. Corc dedi: 


 

93

- Nə deyirsən? 



- Mən başqa bir pis iş görmüşəm.  

- Eybi yoxdur.  

Günəşin  şüası yalnız dağın başında bilinirdi. 

Kölgələr daha uzun və qaranlıq idi. Uzaqdan adamların 

səs-küyü bir-birlərinin çağırdıqları  eşidilirdi. Corc 

uzaqdan eşidilən çağırtılara qulaq asırdı. 

- Corc, - deyə Lenni müraciət etdi. 

- Hə, nə deyirsən? 

- Mənə cəza verəcəksən, hə? 

- Sənə cəza verəcəyəm? Yox, Lenni – deyə Corc 

əlləri ilə başını tutdu və sözünə davam etdi, - mən tək 

olsaydım rahat yaşayardım, mənim işim olardı. 

- Davam elə, Corc, sonra 

- Mənim evim olardı… 

Corc söhbət edərkən birdən dayandı. Lenni onun 

dayandığını görüb soruşdu: 

- Sən mənə cəza verəcəksənmi, Corc? 

- Yox, Lenni. 

- Onda mən çıxıb gedə bilərəm. Mən düz o 

təpələrin arasında bir mağara taparam, əgər sən məni 

istəyirsənsə. 

- Yox, mən istəyirəm ki, sən mənimlə qalasan. 



 

94

- İndi isə başqa oğlanlar və özümüz haqda danış, 



Corc. 

- Bizim oğlanların nə ailəsi var, nə  də dünyada 

bir kəsi. 

- Amma biz isə elə deyilik. İndi özümüz haqda 

danış, Corc. 

Corc bir an sakit dayanıb sonra dedi: 

- Amma biz yox, biz belə deyilik, çünki… Mən 

səni özümlə birlikdə gəzdirirəm. 

Zəif 

əsən külək çayın suyunu azacıq 



dalğalandırırdı. Adamların səs-küyü, qışqırtısı yenə 

eşidilirdi. Onların səsi bu dəfə lap yaxından eşidilirdi. 

Corc şlyapasını başından çıxartdı və dedi: 

- Sən də şlyapanı götür, Lenni hava çox yaxşıdır. 

Lenni  şlyapasını  çıxartdı  və qarşısına qoydu. 

Corc yenə də uzaqdan gələn səslərə qulaq asırdı. 

- Bir çaya bax, Lenni 

Lenni çaya baxdı  və qaranlıqlaşmış Qabilan 

dağlarının ətəklərinə göz gəzdirdi. 

- Biz balaca bir yer alacağıq, bizim yerimiz 

olacaq, Lenni, - deyə Corc cibindən Karlsonun 

pistoletini çıxartdı. Lenni pistoleti görmürdü. Bir adamın 

səsi lap yaxında eşidilirdi. Başqa birisi isə onu çağırırdı. 

- Davam elə, Corc – deyə Lenni xahiş etdi.  



 

95

Corc  əlindəi pistoleti ona tuşladı, amma əli 



yanına düşdü. 

- Hə, bizim inəyimiz, toyuq-cücəmiz də olacaq. 

Hətta dovşanlarımız üçün də otağımız olacaq.  

- Dovşanlar üçün, - deyə Lenni Corcun bu 

sözlərini uca səslə  təkrar edərək  əlavə etdi, - mən 

dovşanlara baxacağam. Bəs bizim torpağımız harada 

olacaq, Corc? 

- Çayın kənarı boyunca, bax, bax orada olacaq. 

Lenni gözəlirin çayın kənarı boyunca gəzdirməyə 

başladı. Corc əlindəki pistoletə baxdı. Yaxınlıqda – 

kolların arasında ayaq səsləri eşidilirdi. Corc çevrilərək 

səs gələn tərəfə baxdı. 

- Davam elə, Corc, biz torpaqları  nə vaxt 

alacağıq? 

- Tezliklə alacağıq, Lenni. 

- Sən, bir də mən, eləmi Corc? 

- Əlbəttə, heç kim səni incitməyəcək. 

- Mən elə fikirləşirdim ki, sən məni 

cəzalandıracaqsan, Corc. 

- Yox, yox, - Corc dedi, - mən heç vaxt, Lenni. 

Səslər indi lap yaxınlıqdan gəlirdi. Lenni ona 

yalvarmağa başladı: 

- Elə isə Corc, gəl indi gedək. 


 

96

- Yaxşı, gedək. 



Lenni irəlidə addımlayırdı. Arxada gedən Corc 

pistoleti qaldırdı və Lennini tuşlayaraq atəş açdı. Lenni 

bir anlıq da olsa dəhşətli bir səs çıxartdı, heç bir 

hərəkət etmədən qumun üstünə yıxıldı. 

Corc əsməyə başladı. O, əlindəki pistoletə baxdı 

və onu yerə atdı. Kolluqda səslər bir-birinə qarışdı. O, 

daha yaxınlıqda Slimin səsini eşitdi. O, Corc, - deyə 

çağırırdı. Corc isə çayın sahilində oturub güllə atdığı 

sağ  əlinə baxırdı. Bir qrup adam gəlib onu gördü, Köli 

də orada idi. O, Lennini qumun üstündə uzanmış görüb 

Corca dedi: 

- Düz başının arxasından… 

- Eybi yoxdur, Corc, - deyə Slim onu dilə tutdu, 

hərdənbir lazım gəlir. 

Corcun qarşısında dayanmış Karlson soruşdu: 

- Bunu necə etdin, Corc? 

Corc pistoleti götürərək cavab verdi: 

- Bununla… 

- Mənim pistoletimi o götürmüşdü? 

- Hə, o götürmüşdü. 

- Ondan alıb, onu öldürdün, eləmi Corc? 

- Hə… 


 

97

Corcun səsi çıxmır, elə bil ki, pıçıldayırdı. O, hələ 



də sağ  əlinə baxırdı. Slim əli ilə onun kürəyinə vurub 

dedi: 


- Gəl gedək, Corc, gedək bizimlə bir az içək, fikir 

eləmə… 


O, Corca ayağa qalxmağa kömək etdi.  

- Hə, gedək içək, - Corc dedi: 

-  Əlbəttə, - deyə Slim Corca yolu tapmaqda 

kömək etdi. Hələ  də Lenninin yanında olan Köli və 

Karlson onların arxasınca baxdılar. Karslon dedi: 

- Hə, bu iki oğlan barəsində nə fikirləşirsən?  

 

13.500 verməlidir. 



 

98

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 426,35 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin