Anatomiya Bank sualları2021 I yarımil Mamalıq işi Tibb bacısı(qardaşı) işi
2021/2022-ci tədris ilinin “Insanın normal anatomiya və fiziologiyası” fənnindən “Mamalıq işi”, və “Tibb bacısı(qardaşı) işi” şöbələri üçün I yarımil bank test sualları:
İnsan orqanizmində neçə növ toxuma ayırd edilir?
Epitel toxuması neçə qrupa bölünür?
Örtük epitel toxuması hansı qruplara ayrılır?
Lifli birləşdirici toxumanın neçə növü ayırd edilir?
Sıx lifli birləşdirici toxumanın hansı növləri ayırd edilir?
Sümük səfhələri sıx yerləşərsə belə sümük maddəsi necə adlanır?
Sümük səfhələri boş yerləşərsə belə sümük maddəsi necə adlanır?
Sümük toxumasında sümük yaradıcı hüceyrələr necə adlanır?
Sümük toxumasında sümük dağıdıcı hüceyrələr necə adlanır?
Sümüklərdən üzvü maddələrin çıxarılmasına nə deyilir?
Formasına görə sümüklər neçə qrupa bölünür?
Bilək və ayaq daraqarxası sümükləri formasına görə hansı sümüklərə aid olunur?
Sümük birləşmələrinin neçə növü var?
Sinostoz hansı növ birləşmədir?
Qığırdaq vasitəsilə sümük birləşməsi necə adlanır?
Fasiləsiz sümük birləşmələrinin neçə növü ayırd edilir?
Fəqərə cisminin üzərində aşağı və yuxarı yarımçuxurcuqların olması hansı fəqərələr üçün səciyyəvi əlamətdir?
Neçə ədəd döş fəqərəsi vardır?
Neçə ədəd bel fəqərəsi vardır?
Omanın ön səthinə nə deyilir?
Omanın dal səthində neçə cüt oma dəliyi yerləşir?
“Oma burnu” necə əmələ gəlir?
Onurğa sütununun uzunluğu kişilərdə və qadınlarda nə qədərdir?
Onurğa sütununun saggital səth üzrə önə olan əyriliyi necə adlanır?
Onurğa sütununun saggital səth üzrə arxaya olan əyriliyi necə adlanır?
Fəqərə dəliklərinin birləşməsindən əmələ gələn kanalda nə yerləşir?
Döş sümüyü neçə hissədən ibarətdir və onlar hansılardır?
Həqiqi qabırğalara hansı qabırğalar aiddir?
Sərbəst qabırğalar hansılardır?
Yuxarı ətrafın qurşaq skeletinə hansı sümüklər aiddir?
Yuxarı ətrafın azadə hissələri hansılardır?
Çiyin qurşağının ön tərəfində yerləşən S-vari əyriliyə malik, borulu sümük necə adlanır?
Çiyin qurşağının üçbucaq şəkilli sümüyü necə adlanır?
Kürək sümüyünün neçə kənarı vardır?
Kürək tini kürək sümüyünün arxa səthini hansı hissələrə bölür?
Bazu başı bazu sümüyünün hansı ucunda yerləşir?
Bazu sümüyünün cismi aşağıda nə şəkildə olur?
Dirsək sümüyünün proksimal ucunda hansı çıxıntıları vardır?
Mil sümüyü saidin hansı tərəfində yerləşir?
Əlin neçə ədəd bilək sümüyü vardır?
Bilək sümüklərinin proksimal və distal cərgəsini sadalayın.
Əldarağı sümükləri neçə ədəddir?
Çanaq necə əmələ gəlir?
Oma və qalça sümükləri hansı səthdə birləşib oma-qalça oynağını əmələ gətirir?
Çanaq sümüyü hansı sümüklərin birləşməsindən əmələ gəlib?
Qalça sümüyü hansı hissələrdən təşkil olunmuşdur?
Qasıq sümüyü hansı hissələrdən təşkil olunmuşdur?
Oturaq sümüyü hansı hissələrdən təşkil olunmuşdur?
Qapanan dəlik hansı sümüklər arasında əmələ gəlir?
Çanağı böyük və kiçik çanağa nə bölür?
Böyük çanaq yanlardan nə ilə hüdudlanır?
Böyük çanaq arxada neçənci bel fəqərəsi ilə hüdudlanır?
Kiçik çanaq boşluğunun hansı dəlikləri vardır?
Böyük çanağın ölçüləri hansılardır?
Kiçik çanağın hansı ölçüləri aparılır?
Ginekoloji (həqiqi) konyuqata necə ölçülür?
Ginekoloji konyuqata nəyə bərabərdir?
Kiçik çanaq ölçülərində köndələn diametr nəyə bərabərdir?
Anatomik konyuqata nəyə bərabərdir?
Hüdudi xəttin ən uzaq nöqtələri arasındakı məsafə necə adlanır?
Qalça daraqları arasındakı ən uzaq məsafə nə qədərdir??
Ön yuxarı qalça tinləri arasındakı məsafə nə qədər olmalıdır?
Bud sümüyünün böyük burmaları arasındakı məsafə nə qədərdir?
Aşağı ətrafın azadə hissəsinin skeletinə nə aiddir?
Bud sümüyünün distal ucunda nə yerləşir?
Qamış sümüyü baldırın hansı tərəfində yerləşir?
İncik sümüyü baldırın hansı tərəfində yerləşir?
Qamış sümüyünün distal ucunun bayır tərəfində nə yerləşir?
Ayaqdaraqarxası sümükləri neçə cərgədə yerləşir?
Ayaq sümükləri neçə hissəyə bölünür
Diz oynağı nə formasında olur?
Bud-çanaq oynağı nə formasında olur?
Beyin kəlləsini neçə ədəd tək və cüt sümüklər əmələ gətirir?
Beyin kəlləsinin tək sümükləri hansılardır?
Alın sümüyü neçə hissədən ibarətdir və onlar hansılardır?
Qaş qövsləri və alın qabarı alın sümüyünün hansı hissəsində yerləşir?
Böyük və kiçik qanadlar, qanadabənzər çıxıntılar kəllə sümüklərindən hansına aiddir?
Türk yəhəri hansı sümükdə yerləşir?
Ənsə dəliyi nəyi birləşdirir?
Ənsə sümüyünün hissələri hansılardır?
Ənsə sümüyünün hissələri nəyin ətrafında birləşir?
Ənsə dəliyindən öndə ənsə sümüyünün hansı hissəsi yerləşir?
Xəlbir sümüyünün perpendikulyar səfhəsi nəyin əmələ gəlməsində iştirak edir?
Əsas sümüyü cisminin önündə,alın sümüyünün göz yuvaları hissələrinin arasında hansı sümük yerləşir?
Gicgah sümüyünün hissələri hansı dəlik ətrafında birləşir?
Gicgah sümüyünün neçə hissəsi var və onlar hansılardır?
Gicgah pulunun xarici səthində hansı damara uygun şırım var?
Üçlü sinir basıqlığı, qövsü hündürlük və təbil damı gicgah sümüyünün hansı hissəsində yerləşir?
Təpə sümüyünün xarici səthində nə yerləşir?
Əng sümüyünün neçə çıxıntısı var?
Haymor mağarası hansı sümükdə yerləşir?
Göz yuvasının aşağı divarını əng sümüyünün hansı səthi əmələ gətirir?