İnstitutunun ŞərqQərb şöbəsinin dissertantı. Mövzu. “ İslam maliyyə sisteminin Regional və Beynəlxalq Maliyyə


AFRİKA 2. Orta , Cənubi və Cənub Şərqi Asiya



Yüklə 28,07 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü28,07 Kb.
#38100
1   2   3   4
İslam MS BMS yeri və rolu.

1. AFRİKA

2. Orta , Cənubi və Cənub Şərqi Asiya

3. Ərəb.Yad. Və Kiçik Asiya




Uqanda

Liviya

Banqladeş

Kazaxstan

Bəhreyn

Küveyt




Qərbi Saxara

Qabon

Bruney

Özbəkistan

BƏƏ

Livan




Benin 

Qambiya

İndoneziya

Türkmənistan

Suriya

Səud.Ərəb.




Burkina Faso 

Qana

Seneqal

Qırğızıstan

Fələstin

Türkiyə




Çad 

Qana Bissan

Malayziya

Tacikistan

İrak

Oman




Əlcəzayir 

Qvineya

Patani

Afqanistan

Qətər

Yəmən




Cibuti 

Kamerun

İran

Pakistan

KKTC

İordaniya




Eritre 

Komorlar

Maldivlər

 










Fas 

Misir







4.AVROPA




Fildişi Sahili

Mavritaniya







 




Sierra Leone 

Mozambik







ALBANİYA




Somali 

Nigeriya







Azərbaycan




Sudan 

Toqo







BosnaHersoqovina




Mali

Tunis







Makedoniya




Uqanda

Liviya










Orta, Cənubi və Cənub Şərqi Asiya ölkələrindən 15i müsəlman ölkəsi hesab edilir. Bu regionda da vahid nə islam cəmiyyəti, nə də islam dininə vahid yanaşma yoxdur. Hər bir dövlət islamı özünə sərf elədiyi formada qəbul etməkdədir. Hətta Keçmiş SSRİnin tərkibində olmuş Orta Asiya Respublikalarında belə islama vahid yanaşma mövcud deyil. İslam nopmaları bu ölkələrdə son illərdə təfsir olunmağa başlamışdırsa da, cəmiyyət bu normaları qəbul etməmişdir. Bu ərazidə yaşayan insanlar özlərini müsəlman hesab etmələrinə baxmayaraq, nə iqtisadiyyatını islam normaları əsasinda qurmuş ,nə də islam normaları ilə yaşamırlar.

Bu qrupa daxil olan Pakistan və Əfqanıstan uzun illərdir bir birinə düşmən münasibət bəsləməkdədirlər. Hətta Hindistan ərazisində müsəlmanların sıx yaşadıqları Kəşmir bölğəsi Pakistanla sərhəd olduğu üçün daima münaqişə mənbəyinə çevrilmişdir. Bölgənin ən böyük müsəlman dövlətlərindən biri olan İranın da dini və siyasi müxtəlifliyi mövcuddur. Bu müxtəliflik ölkənin iqtisadi inkişafına da mənfi təsirini göstərməkdədir. Müsəlman ölkələri arasında nümunəvi iqtisadi yüksəlişə nail olmuş Cənub Şərqi Asiya dövlətləri Malayziya, Bruney və İndoneziya İslam maliyyə sisteminin və islam həyat tərzinin daha geniş riayət olunduğu ölkələrdəndir.

İslam dininin yarandığı və yayildığı Ərəbistan yarımadası və Kiçik Asiyada 14 müsəlman ölkəsi mövcuddur. Bu bölğənin dövlətləri arasında da iqtisadisiyasi müxtəliflik hökm sürməkdədir. Orta əsrlərdən Ərəb Xilafəti dövründən başlamış iqtisadisiyasi yüksəliş Osmanlı imperiyası zamanında davam etdirilsə də, XVIIIəsrdən başlayaraq tənəzzülə üğramağa başladı və Osmanlı imperiyasının süqutu ilə parçalandı. Zəngin neftqaz yataqlqrına malik olan ölkələr XXəsrin ikinci yarısından sonra iqtisadi yüksəlişə nail olsa da, bölgədə siyasi stabillik yaradılmasına nail olunmadı. Bu coğrafiya da da islamı təriqətlərə bölərək hər bir təriqət özü başa düşdüyü kimi qəbul etməkdədir.Bundan məharətlə istifadə edən əks qüvvələr "İŞİD" adli tettor təşkilatı formalaşdıraraq bölgəni qarışdırmağa və müharibələr törətməyə nail oldu. Bütün tərəflərə silah sataraq müsəlmanları birbirinə qırdırmaqda davam edirlər.

Müsəlman ölkələrində BİMin şəriət normaları əsasında aparılması nə dərəcədə mümkündür ? Bu suala cavab tapmaq çox qəlizdir. Yuxarida apardığımız təhlil bunun mümkünsüzlüyünü ortaya qoyur. Lakin Şəriət normaları əsasında qurulmuş iqtisadiyyatın ayrıayrı elementlərinin bu və ya digər ölkədə müsbət nəticə verməsi diqqəti cəlb etməkdədir. Bu maraq dairəsi müsəlman olmayan ölkələrin də diqqətini çəkməkdədir. Belə hesab edirik ki, tam olmasa da tədricən ümumi qəbul edilə biləcək normalar formalaşdırılması mümkündür. Bu baxımdan islm cəmiyyəti ilk növbədə islamı dərk etməlidir. Şəriət normalarını öyrənib tətbiq etməzdən əvvəl onu dərk edərək qəbul etmək lazımdır. "Halal" adlı ticarətdən ticarətdə halallığa keçilməlidir.Gəliri "halal" etmək deyil halal yolla gəlir əldə etmək lazımdır.

Mövcud cəmiyyətlərdə bu prosseslərin reallığı inandırıcı olmasa da, tədricən buna cəhd edilməkdədir. Bu prosseslər həyat tərzi ilə sıx bağlıdır.Əgər istər dövlət ərazisində istər sə də cəmiyyətin şüurunda bu prosseslərə müvafiq şərait olmazsa icrası da mümkün olmayacaq. Dövlətin qanunlarla tətbiq etdiyi vergilərin şəriət normaları əsasında müəyyən edilmiş vergilərlə ümumi və fərqli cəhətləri ayrilmasına , bank maliyyə sistemindəmövcud olan ziddiyyətlərin dəqiqləşdirilməsinə ehtiyac var. Müsəlmanların banklardan faiz adı ilə gəlirlərinin əldə edilməsi ilə investisiya banklarının olmaması, investisiya fəaliyyətindən birbaşa gəlir əldə edə bilmək imkanı üçün müvafiq strukturlar və maliyyə institutuları nın yoxluğu problemi araşdırılmalıdır.

Dünyanın ən "qaynar" nöqtəsi olan bu regionda Regional və Beynəlxalq Maliyyə Mərkəzlərinin formalaşdırılması mümkünlüyünün tədqiq edilməsinə tarixisiyasi münasibətlərin və maraq dairələrinin təhlilindən baxmaq istərdik. 22 üzvü olan ƏDLnın yaradılması ideyası zənnimizcə, heç də ərəblərin ideyası deyil. Çünki ərəblər arasında tarixən heç bir zaman fikir birliyi olmayıb və indi də yoxdur. Bunu gözəl bilən İngiltərə və Fransa siyasi dairələri XXəsrin əvvəllərində Osmanlı imperiyasının torpaqlarını öz aralarında parcalamaq planları qurarkən nəzərə almışdılar. 16 may 1916-cı ildə hazırlanmış gizli Sayks-Piko Planına əsasən fəaliyyətə başlamış İngiltərə, Fransa, Rusiya, Almaniya , İtaliya siyasi hərbi dairələrinə sonradan qoşulmuş ABŞ siyasihərbi dairələri Idünya müharibəsindən sonra planın birinci mərhələsinə qismən nail olmuşdular. Planın IImərhələsini də əhatə edən IIdünya müharibəsi və sonrakı dövr regionun taleyi ilə bağlı olmuşdur.

İsrail dövlətinin yaradılmasina başçılıq etmiş İngiltərə dövlətinin baş naziri olmuş Uinston Çörçill məqsədinə nail olmasa da, oğlu onun işini tamamlamışdır. Hitlerin yaxın silahdaşı kimi bu regionda ekspansiyaya rəhbərlik etmiş və bütün dünyadan yəhudilərin buraya yerləşdirilməsinə nail olmuşdur. Sonradan ərəblərin birləşməsinin qarşısını almaq məqsədi ilə 1945ci ildə ƏDLni yaratmışlar. Liqanin yaradıldığı gündən ərəb dövlətləri arasında münaqişələr, müharibələr başlamışdır. Fələstin torpaqlarının 90%i işğal edilmiş, Liviya, Suriya, Misir, İrak kimi tarixiböyük dövlətlər və xalqları məhf edilməkdədir. Bu xalqların arasında iqtisadi münasibətlərin qurulması, dövlətlərin bərpa olunması, iqtisadi inkişafa,demokratiyaya , liberalizmə nail olmaq üçün "qanlı əllər" bu regiondan çəkilməlidir. Regionun " ikinci nəfəsə" böyük ehtiyacı var. Fikrimizcə Regional və Beynəlxalq Maliyyə Mərkəzlərinin yaradılması bu situasiyadan ən real çıxış yoludur.
Nəticə.

Nəticə olaraq bildiririk ki , ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin yaxşılaşdırılması , BMM-nin əsas tələblərindən biri olan əhalinin maliyyə savadının artırılması mexanizminin təkmilləşdirməsi , yerli və xarici investorların maraq dairələrini genişləndirməsi iqtisadi inkişaf strategiyamızın prioritetlərindən biridir . Bu sahədə Şərq ölkələri BMM-ndə İslam Maliyyə Sisteminə meylliliyin öyrənilməsinin də əhəmiyyəti var.


BMM-ləri formalaşdırıldıqda yaradılmış normativ baza ənənəvi maliyyə sistemləri əsasında yaradılmağa başlamışdırsa da, bir çox şərq və hətta qərb BMM-də İMS tətbiq olunmağa başlanmışdır. Bu maliyyə sistemlərinin struktur uyğunluğunu tədqiq etsək ,onların birgəfəaliyyət prinsiplərinin mümkünlüyünü müəyyənləşdirə bilərik. Hal hazırda bu mövzu dünya iqtisadçı alimlər tərəfindən tədqiq olunmaqdadır.

Bu infrastrukturlar Beynəlxalq və Regional maliyyə mərkəzlərinə uyğundur və fəaliyyətinə zıddıyyət yaratmayacaqdır .

BMM-də Islam Maliyyə Sisteminə daxil olan İslam Banklarının istifadə etdiyi maliyyə alətləri- kontraktlar da müxtəlıfdir. İqtisadçı alimlərdən Z.İqbalın və Grais V.V.-nin fikrincə banklar bu “ kontraktların iki növündən geniş istifadə edirlər ; 1)-tranzaksiya kontraktları və 2)- vasitəçilik kontraktları”.[ 4 ].

İslam bankçılığının ana dirəklərindən biri də, pul vəsaiti sahibinin mənfəət və zərərdə birbaşa şəxsən iştirakının tələb olunmasıdır. Lakin qarışıq tranzaksiya müqaviləsidə, Kərd-əı-Həsəndə, Bəy-müəcəl, bəy-səlam, mürəbəhə kimi mal alinmasını təmin edən ticarət müqavilələrində birbaşa iştirak prinsipini əsas tutmur.



İstifadə edilmiş ədəbiyyat.

1. Qurani Kərim":Transkripsiyası və Azərbaycan türkcəsinə tərcüməsi / Mirzə Rəsul İsmayılzadə Düzalın tərcüməsi ilə.Bakı: Beynəlxalq "ƏL Huda" nəşriyyatının Bakı şöbəsi, 2005 , 617 s.

2. Бадов А. (2000) , Деньги дар Аллаха, Эксперт №4 (217),31,01,2000.

3. Pelleqrini M., Grais W ( 2006 ); Corporate governance and Shariah compliance in institutions offering Isamic financial services” , Word Bank, Policy Research working paper No.WPS4054.

4. Grais W., Iqbal,Z. (2004) : Regulating islamic financial institutions: The nature of the regulated, World Bank Poicy Research Working Paper WPS3227,2004\03\01/

5. Ренат Беккин. Исламская экономическая модель и современность,Москва. изд.дом. Жемчуг .2009 .с-337

6. kipedia/org/wiki/islami_bankacilik

7. SERPAM.Istanbul.edu.tr/wp-content/.../09/islami_finans/pdf

8. http: islamic-finance.ru



9. http:islamic today.
Yüklə 28,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin