İnstitutunun ŞərqQərb şöbəsinin dissertantı. Mövzu. “ İslam maliyyə sisteminin Regional və Beynəlxalq Maliyyə


İslam Maliyyə Sisteminin yaranmasi , prinsipləri , xarakteristikası və mahiyyəti



Yüklə 28,07 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü28,07 Kb.
#38100
1   2   3   4
İslam MS BMS yeri və rolu.

İslam Maliyyə Sisteminin yaranmasi , prinsipləri , xarakteristikası və mahiyyəti.

İslam Maliyyə Sistemi” (İMS) termini 1970/80-ci illərinin ortalarında beynəlxalq arenaya ayaq açmağa başlamışdır. Avropada, Amerikada, Yaponiyada, Cində , Rusiyada və sair qeyri müsəlman ölkələrində İMS faiz alınmasının haram bilinməsi ideyası üzərində qurulmuş maliyyə sistemi kimi tanınmaqda və təbliğ olunmaqda idi .

İslam dininin ana xəttini “Allahin iradəsindən kənar heç nə yoxdur” amili tutur. Bütün digər xüsusiyyətlər onun əsasında formalaşdırılmışdır. İMS-nin əsas xarakteristikası aşağıdakı amillərlə müəyyənləşdirilir: faizin haram bilinməsi: risklərin bölünməsi; pulun “ potensial” capital olması; meysir – Spekulyativ hərəkətlərin yolverilməzlıyi; müqavilələrin pozulmazlığı.

İMS kredit və ticarət əməlıyyatlaı prossesinin əvvəlində, bəri başdan , heç bir zəhmətə və qoyulacaq investisiyanın uğurluluğuna əsaslanmamış , sadəcə məbləği və müddəti əsas götürərək faizlərin müəyyənləşdirilməsini –“profisit”i (beynəlxalq bank termini) riba”- haram gəlir hesab edərək, qadağan edir.

Yoxsa borcalan ziyana düşsə də , borcverənin ondan mütləq,” nəyin bahasına olursa olsun faiz tələb etməsini “ haram buyurur. İslam hüququnda iki növ riba fərqləndirilir:

Qlobal maliyyə sisteminin öyrənilməsi və təhlil edilməsi üçün İslam maliyyə sisteminə də diqqət yetirmək vacibdir. Dünyanın böyük bir coğrafiyasını əhatə etmiş islam cəmiyyətinin özünəməxsus mütərəqqi xüsusiyyətləri mövcuddur.

İslam dininin ana xəttini “Allahın iradəsindən kənar heç nə yoxdur” prinsipi tutur. Bütün digər xüsusiyyətlər onun əsasında formalaşmışdır. İMSnin əsas səciyyəsi aşağıdakı amillərlə müəyyənləşdirilir : faizin haram olması; risklərin bölünməsi; pulun “potensial” kapital olması; hər növ şans oyunları , kazino qumar ; spekulyasiya və möhtəkirliyin yolverilməzlıyi ; müqavilələrin pozulmazlığı.

İMS kredit və ticarət əməliyyatları prosesinin əvvəlində, bəri başdan, heç bir zəhmətə və qoyulacaq investisiyanın uğurluluğuna əsaslanmamış, sadəcə məbləği və müddəti əsas götürərək faizlərin müəyyənləşdirilməsini –“profisit”i ( ərəb dilində “artma, çoxalma və böyümə” mənalarını ehtiva edən) "riba"nı sələmçilik hesab edərək qadağan edir . Bunun mahiyyəti cəmiyyətdə sosial ədalətsizliyə imkan verməmək, maddi nemətlər yaratmadan gəlir əldə etməmək, mülkiyyət bərabərliyi və mülkiyyət hüququnun qorunmasıdır. İslam MS cəmiyyətin həyat səviyyəsini yüksəltməklə əldə olunmuş gəliri dəstəkləyir, borcverənlə borcalanın “gəlir və zərərinin paritet əsasda” olmasını istəyir. Yoxsa, borcalan ziyana düşsə də, borcverənin ondan mütləq, ”nəyin bahasına olursaolsun faiz tələb etməsini “ haram buyurur. Bu baxımdan, İslam hüququnda iki növ riba fərqləndirilir.

1.”Ribaəlfədl” Şəriətlə siyahısı müəyyən edilmiş əmlakın eyni cinsdən, lakin aşağı keyfiyyətdə olan əmlakla qeyri bərabər nisbətdə dəyişdirilməsi.

2. “Ribaənnəsia” borcun üzərində alınan faizdir və borclunun müəyyən müddətə aldığı borcu istənilən hər hansı əlavə ilə birlikdə qaytarmasının şərtləşdirildiyi əqdlərdə üzə çıxır.

Eyni zamanda, investorun (borcverənin) hesabına yüksək gəlir əldə edildikdə “həmin gəlir bərabər bölünməlıdir. Burada da “investorun haqqı yeyilməməlidir” prinsipi əsas götürülür. Nəticə etibarı ilə, hər iki tərəf gəlir əldə etməkdə maraqlı olur. İMS –nə daxil olmayan maliyyəkredit təşkilatları ayırdıqları kreditın və müqavilə öhdəlıklərinin təminatı olaraq, verilən məbləğin dəyərinin ikiqat mislində girov tələb edir ki, əgər gəlir əldə edilməzsə, girovun mülkiyyət hüququ kreditora keçir. Bu hal dünyada geniş yayılmaqdadır və süni bankrotluluq – müflislik yaratmaqla, hakimiyyətdə tutduqları mövqelərdən istifadə etməklə, süni qiymət azlığı yaratmaqla, tələbtəklif bazarını monopoliyalaşdırmaqla , bazarlarda müvəqqəti məhsul bolluğu yaratmaqla istehsal olunmuş yerli məhsullsrın maya dəyərindən aşağı qiymətlər müəyyənləşdirməklə borcalanın “boğulması” şəraiti həyata keçirilir ki, nəticədə borcalan əmlakını, nəzərdə tutduğu gəlirini və nəhayət ailəsini, həyatını itirmiş olur. İMS bunu ədalətsizlık və haram hesab edir. Şərq ölkələrində yaradılmaqda olan BMMdə bu halın investorların xüsusi diqqətini cəlb etməsi dünyanın dıgər BMMləri tərəfindən də xüsusi marağa səbəb olmuş və dərindən öyrənilməkdədir. Fikrimizcə, Azərbaycan iqtisadiyyatı üçün də xüsusilə maraqlı və əhəmiyyətli ola bilər.

İMS-də rısklərin bölünməsi amili onunla xarakterizə olunur ki, borcverən tərəf gəlirdən əvvəldən faiz nəzərdə tutmadığı üçün kreditor kimi deyil, investor hesab olunur. Maliyyə vəsaiti sahibi və sahibkar gəliri bölməyi nəzərdə tutduğu kimi, riskləri də böluşurlər. Bu proseslərdə pul vəsaitlərı birbaşa istehsalata yönəldildiyi üçün “potensial kapital” hesab olunur. Maliyyə əməliyyatları prosesində möhtəkirliyə qətiyyən yol verilmir. Möhtəkirlik islam cəmiyyətində qəbuledilməz əməl hesab edilir və cəmiyyət üzvləri tərəfindən birmənalı şəkildə rədd edilir. İMSdə “meysir” adlandırılan belə əməllər sırasına hər növ şans oyunları, qumar, kazino sistemi və s. daxildir.

İMSnin ən əhəmiyyətli tərəflərindən biri də “müqavilələrin pozulmazlığı“ prinsipinə xüsusi diqqət yetirilməsidir. Bu, eyni zamanda, risklərin azalmasına xidmət edən amillərdən biridir. Bağlanmış müqavilələrin prinsiplərinə əsasən məlumatlara birtərəfli qaydada yanaşma və çatdırılma arzu olunmazdır. Bu məqsədlə kontraktlarda “qarar”“məqsədli riskin yolverilməzliyi” əks olunur. Müqəddəs “Quranikərim” müsəlmanlara öz ticarətlərində “riba və qərardan” uzaq durmağı məsləhət bilir.

İslam alimləri “qərar”ı məqsədli risk, spekulyativ əməliyyat hesab edirlər. Müsəlman unutmamalıdır ki, bu dünyadakı maddi nemətlər Allahın insanlara lütfüdür. O,verdiyi kimi geri də ala bilər. İnsanlara etibar olunmuş nemətlər cəmiyyətin bütün üzvlərinə çatmalıdır. Şəriətə müvafiq olaraq, artıq qalmış pul vəsaiti hansısa xeyir işə yönəldilməlıdir. Əks halda, vergiyə cəlb olunaraq yoxsullara və ehtiyac içində olanlara paylanmalıdır. Əgər özün təkbaşına pulunu dövriyyəyə qoya bilmirsənsə, onda başqaları ilə birlikdə qoya bılərsən və müvafiq şəkildə gəlirdən payını ala bılərsən.

İslam bankçılığının ana sütunlarından biri də pul vəsaiti sahibinin mənfəət və zərərdə birbaşa şəxsin iştirakının tələb olunmasıdır.

Ölkəmizin də Şərqlə Qərbin qovuşduğu bir məkanda yerləşməsi, eyni zamanda bu coğrafiyada mövcud olan müxtəlif dini baxışların mövcudluğu siyasi həyatda olduğu kimi iqtisadi həyatda da böyük əhəmiyyət kəsb edir. Multikultural cəmiyyətin formalaşması ictimai həyatda olduğu kimi, iqtisadi həyatda da öz əksini tapmaqdadır. Dini ziddiyyətlərin aradan qaldırılmadığı cəmiyyətlərdə iqtisadi yüksəlişə nail olmaq, rifah halını yüksəltmək mümkün deyil. XX əsrin sonlarından başlayaraq islam dininə qarşı qərəzli planlar qurulmaqda, islam ölkələrində fitnəfəsad törədilməkdədir. Bu fəsadlar bir sıra islam ölkələrinin iqtisadi və siyasi sisteminin darmadağın olmasına səbəb olmuşdur. Beynəlxalq səviyyədə haqsız dini rəqabət aparılmaqdadır.

İslam dininə etiqad edənlərin say etibarı ilə artması nəticəsində ABŞ, Böyuk Britaniya, Rusiya, Almaniya və s. ölkələrdə İMS–nə maraq artmaqdadır. Hətta müsəlman olmayanlar tərəfindən də “İslam bankçılığı” dərindən öyrənilməkdədir. Müsəlman ölkələrində fəaliyyət göstərən bu maliyyə institutları, tədricən ənənəvi maliyyə sistemində getdikcə daha əhəmiyyətli rol oynamağa başlayır. Keçmiş SSRİ (indiki MDB) məkanında İslam dininə etiqad edən insanlar bu dəyərlərin üstünlüklərini daha geniş kütlələrə çatdırmaqda maraqlıdırlar. Son onilliklərdə baş vermiş iqtisadi böhranlar müxtəlif xalqlara müxtəlif dərəcələrdə təsir etmişdir. İslam banklarının böhranlar zamanı daha az zərərə məruz qalması bu banklara etibarlılıq dərəcəsinin daha da yüksəlməsinə səbəb olmuşdur

Amerika Birləşmiş Ştatlarının beynəlxalq araşdırma və tədqiqat mərkəzi "PEW"in məlumatlarına əsasən dünya üzrə 200dən artıq ölkədə 1,57 milyard müsəlman yaşaşyır. Müsəlmanlar 6,8 milyard dünya əhalisinin 23%ni təşkil edir. Onların proqnozlarına görə 2030cu ilə Avropa əhalisinin 8 %nin , 2050ci ilə isə 10%nin , Amerika əhalisinin 2.5%nin müsəlman olacaqı bildirilir. Eyni zamanda dünya üzrə 2050ci ilə qədər müsəlman və xristian əhalinin sayı bərabərləşəcəyi proqnozlaşdırılmaqdadır. (1)

Bu proqnozların tərtib metodikasından da göründüyü kimi haqsız dini rəqabət heç bir əsas olmadan, sadəcə insanların dini inancları üzərindən aparılmaqla qısqanclıq zəminində aparılmaqdadır. Dünya üzrə müsəlmanların sayının artması amili müxtəlif yollarla ,hətta hərbi təcavüzlər və saxta islam təşkilatltrı formalaşdırmaqla qarşısı alınmaqdadır. Suriyada, Fələstində, Liviyada, Misirdə, İrakda,Əfqanıstanda hərbi təcavüzlər və terror yoluyla minlərlə müsəlman əhali məhf edilməkdədir.

Hal hazırda dünyada ən çox müsəlman yaşayan ölkə İndoneziyadır. 2050ci ilə Hindistanın müsəlman əhalisinin sayının artması və liderliyi ələ alması proqnozlaşdırılır. ( 2)

Bütün dünya üzrə 300 milyondan artıq müsəlman qeyri müsəlman ölkələrdə yaşamaqdadırlar. Avropa ərazisində müsəlman ölkə olmayan Fransa, İngiltərə ,Rusiya və Almaniyada da müsəlmanların sayı artmaqdadır. Cədvəldə qeyd etdiyim Avropa ölkələrində 40 milyona yaxın müsəlman yaşamaqdadır. (4)

cədvəl1





ölkələr

cəmi əhalinin sayı

müsəlman əhali




1

Fransa

66 736 000

4 700 000

7.5%

2

Almaniya

81 843 743

4 800 000

5.8%

3

İngiltərə

53 012 456

2 700 000

4.8%

4

Rusiya

146 804 372

19 600 000

14%

5

İtaliya

60 795 612

1 500 000

2.5%

6

İspaniya

47 370 542

1 000 000

2.2%

7

Avstriya

8 662 588

363 000

4.2%

8

İsveç

10 009 283

430 000

4.2%

9

Bosniya Hers

3 591 139

1 820 000

50.7%

10

Albaniya

3 638 594

2 520 000

70%











Yüklə 28,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin