İnsultlarin biRİNCİLİ profilaktikasinin təŞKİLİNƏ daiR Şirəliyeva R. K., ⃰Əliyev R. R


Tədqiqatın  material  və  metodları



Yüklə 416,14 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix28.12.2016
ölçüsü416,14 Kb.
#3742
1   2   3   4   5
Tədqiqatın  material  və  metodları.  Tədqiqat  zamanı  2007-2009-cu  illər 

ərzinda  Siyəzən  rayonunda  aparılan  insult  registrinin  nəticələri  [17-20,22],  2008-

2010-cu illər ərzində Quba-Xaçmaz iqtisadi rayonunda əhali arasında insultun risk 

amillərinin  tədqiqinin  nəticələri  [24],  1999-2008-ci  illərdə  Quba-Xaçmaz  iqtisadi 

rayonunda  aparılan  insultun  epidemioloji  tədqiqatının  nəticələrindən  istifadə 

edilmişdir [21,23]. 



Tədqiqatın  nəticələri.  1999-2008-ci  illər  ərzində  Quba-Xaçmaz  iqtisadi 

rayonunda  baş  beyni  insultunun  epidemioloji  göstəricilərinin  uzunmüddətli 

dinamikasının  tədqiqi  zamanı  aydın  oldu  ki,  rayonda  insultla  ilkin  xəstələnmə, 

onun yayılmasının və insultla ədaqədar ölümün səviyyəsi zəif templə artır. Kişi və 

qadınlar arasında insultun yayılmasında nəzərəçarpan fərq müşahidə edilmir. İnsult 

hadisələrinin böyük əksəriyyəti işemik insultların payına düşür və tədqiqat aparılan 

illər  ərzində  işemik  və  hemorragik  insultla  ilkin  xəstələnmə  hadisələri  arasında 

nisbət praktik dəyişməmişdir [21,23]. 

İnsult  registri  proqramı  ilə  Siyəzən  rayonunda  173  insult  hadisəsi  qeydə 

alınmışdır.  Bunlardan  85  nəfər  (49,1±3,8%)  kişi,  88  nəfər  (50,9±3,8%)  qadın 

olmuşdur.  Bu  illər  ərzində  baş  beyni  insultu  ilə  ümumi  xəstələnmə  (burada  və 

sonrakı  göstəricilərdə  üç  illik  orta  göstərici)  1,55±0,1‰,  kişilər  arasında 

1,52±0,17‰, qadınlar arasında 1,57±0,17‰, insultla ilkin xəstələnmə 1,24±0,1‰, 

işemik  insultlar  zamanı  ümumi  xəstələnmə  1,18±0,1‰,  hemorragik  insultlar 

zamanı  ümumi  xəstələnmə  0,22±0,04‰,  insultdan  ölüm  0,49±0,07‰  təşkil 

etmişdir [17-20,22]. 

Tədqiqat  aparılan  illər  ərzində  kişilər  (62,2±1,3  yaş)  qadınlarla  (68,2±1,2) 

müqayisədə  daha  cavan  yaşda  insultla  xəstələnmişdirlər  (p<0,001).  İnsultla  daha 

çox  50-59  və  70-79  yaş  qrupu  arasında  olanlar  xəstələnmişdir.  Birinci  yaş 

qrupunda  daha  çox  kişilər,  ikinci  yaş  qrupunda  isə  qadınlar  xəstələnmişdir  və 




xəstələnmənin  səviyyəsi  digər  yaş  qruplarında  kişi  və  qadınlarla  müqayisədə 

statistik  dürüst  fərqlənmişdir  (p<0,05).  30-39  yaş  qrupu  arasında  ümumiyyətlə 

insultla xəstələnmə qeydə alınmamışdır [17-20,22]. 

Risk  amillərinə  gəldikdə,  məlum  olmuşdur  ki,  51  nəfər  (29,5±3,5%)  1  risk 

amili,  58  nəfər  (33,5±3,6%)  2  risk  amili,  47  nəfər  (27,2±3,4%)  3  risk  amili,  14 

nəfər  (8,1±2,1%)  4  və  daha  çox  risk  amilindən  əziyyət  çəkmişdir.  3  nəfərdə 

(1,7±1,0%)  risk  amillərini  təyin  etmək  mümkün  olmamışdır.  1  risk  amilindən 

əziyyət  çəkənlərin  52,9±6,99%-i  (27  nəfər)  qadınlar,  47,1±6,99%-i  (24  nəfər) 

kişilər  olmuşdur.  2  risk  amilindən  əziyyət  çəkənlərin  60,3±6,4%-ni  (35  nəfər) 

qadınlar,  39,7±6,4%-ni  (23  nəfər)  kişilər  təşkil  etmişdir.  3  risk  amilindən  əziyyət 

çəkənlərin 46,8±7,3%-i (22  nəfər) qadın, 53,2±7,3%-i (25  nəfər) kişi olmuşdur. 4 

və daha çox risk amilinə malik xəstələrin 7,1±6,9%-i (1 nəfər) qadın, 92,9±6,9%-i 

(13 nəfər) kişi olmuşdur [17-20,22]. 

Xəstələrin 88,4±2,4%-i (153 nəfər) arterial hipertenziyadan əziyyət çəkmişdir. 

Arterial  hipertenziyadan  əziyyət  çəkənlərin  54,9±4,0%-i  qadın  (84  nəfər), 

45,1±4,0%-i kişi (69 nəfər) olmuşdur. Xəstələrin 37,0±3,7%-i (64 nəfər) isə ürəyin 

işemik  xəstəliyindən  (ÜİX)  əziyyət  çəkmişdir  ki,  bunların  da  9,8±2,3%-də  (17 

nəfər)  stenokardiya,  27,2±3,4%-də  (47  nəfər)  ürəyin  xroniki  işemik  xəstəliyi 

(ÜXİX)  aşkar  edilmişdir.  ÜXİX  olan  xəstələrin  23,7±3,2%-nə  (41  nəfər) 

aterosklerotik  kardioskleroz,  3,5±1,4%-nə  (6  nəfər)  postinfarkt  kardioskleroz 

diaqnozu  qoyulmuşdur.  Məlum  olmuşdur  ki,  ÜİX  kişilər  arasında  qadınlarla 

müqayisədə  yüksək  faiz  təşkil  edir  –  müvafiq  olaraq  53,1±6,2%  (34  nəfər)  və 

46,9±6,2%  (30  nəfər).  Ürək  xəstəliklərindən  əziyyət  çəkənlərin  6,9±1,9%-də  (12 

nəfər)  səyirici  aritmiya,  0,6±0,6%-də  isə  (1  nəfər  kişi)  ürək  qüsuru  qeydə 

alınmışdır.  Səyirici  aritmiya  daha  çox  qadınlar  arasında  rast  gəlinmişdir  – 

75±14,8% (9 nəfər) [17-20,22]. 

Xəstələrin  19,1±3,0%-də  (33  nəfər)  şəkərli  diabet  aşkar  edilmişdir.  İnsultlu 

xəstələrin  12,7±2,5%-i  (22  nəfər)  hiperxolesterinemiyadan,  9,8±2,3%-i  (17  nəfər) 

kəskin 

və 


ya 

xroniki  psixoemosional 

gərginlikdən  əziyyət  çəkib. 

Hiperxolesterinemiya  aşkarlanmış  xəstələrin  18,2±8,2%-i  (4  nəfər)  qadın, 




81,8±8,2%-i (18 nəfər) kişi olmuşdur. Psixoemosional gərginlik keçirən xəstələrin 

64,7±11,6%-i  (11  nəfər)  qadın,  35,3±11,6%-i  (6  nəfər)  kişi  olmuşdur.  Xəstələrin 

12,1±2,5%-nin  (21  nəfər)  anamnezində  tranzitor  işemik  həmlələr  müşahidə 

olunmuşdur. Bunların 61,9±10,6%-i (13 nəfər) qadın, 38,1±10,6%-i (8  nəfər) kişi 

olmuşdur.  Zərərli  adətlər  araşdırılarkən  məlum  olmuşdur  ki,  insultla 

xəstələnənlərin  18,5±3,0%-i  (32  nəfər)  siqaret  çəkmiş  və  7,5±2,0%-i  (13  nəfər) 

alkoholdan  sui-istifadə  etmişdir.  Zərərli  vərdişlərə  malik  xəstələrin  hamısı  kişi 

olmuşdur. İnsultla xəstələnənlərin 31,8±3,5%-i (55 nəfər) kəskin dövrdə ölmüşdür. 

Ümumi ölənlərin 32,7±6,3%-i kənd sakini, 67,3±6,3%-i şəhər sakini olmuşdur [17-

20,22]. 


Region  əhalisi  arasında  risk  amillərindən  daha  çox  rast  gəlinəni  fiziki 

inaktivlikdir  –  37,3±1,1%.  Məlum  olmuşdur  ki,  kişilər  (68,0±1,9%)  qadınlarla 

(57,5±1,6%)  müqayisədə  daha  çox  fiziki  aktiv  həyat  tərzi  sürürlər  (p<0,0001). 

Gözlənildiyi  kimi,  kənd  əhalisi  arasında  fiziki  aktiv  həyat  tərzi  sürənlər 

(76,4±1,3%),  şəhər  əhalisi  ilə  (38,5±1,9%)  müqayisədə  üstünlük  təşkil  edir 

(p<0,0001) [24]. 

Kişilər  arasında  alkoholdan  sui-istifadə  və  siqaret  çəkmə  kimi  zərərli 

vərdişlərin  rastgəlmə  tezliyi  yüksəkdir.  Qadınlar  arasında  alkoholdan  sui-istifadə 

halları  rast  gəlinməmişdir  və  siqaret  çəkmənin  yayılması  çox  aşağı  göstəriciyə 

malik  olmuşdur  –  0,43±0,2%.  ÜİX,  arterial  hipertenziya,  şəkərli  diabet,  səyirici 

aritmiya  zamanı  serebrovaskulyar  ağırlaşmaların  qarşısını  almaq  üçün  profilaktik 

müalicələrin  lazımi  səviyyədə  aparılmaması  serebrovaskulyar  xəstəliklərin 

rastgəlmə  tezliyinin  artmasına  səbəb  ola  bildiyindən,  belə  xəstələrin  vaxtında 

aşkarlanıb  dispanser  qeydiyyatına  götürülməsi  üzrə  tədbirlərin  daha  intensiv 

aparılması zəruridir [24]. 

Baş  beyni  insultlarına  səbəb  olan  risk  amilləri  haqqında  əldə  edilmiş 

məlumatlar, BQDKP-nin profilaktikası üçün elmi surətdə əsaslandırılmış kompleks 

tədbirlərin  işlənib  hazırlanması  və  onun  müalicəsinin  səmərəliliyinin 

yüksəldilməsində istifadə edilə bilər. Beləliklə, əldə edilən nəticələr bir daha sübut 

etdi  ki,  insultlar  zamanı  profilaktik  tədbirlərin  əhatə  dairəsinin  genişləndirilməsi, 




əhali  arasında  serebrovaskulyar  xəstəliklərin  risk  amilləri  və  onların  korreksiyası 

haqqında biliklərin artırılması üçün maarifləndirmə işlərinin aparılması vacib olaraq 

qalmaqdadır.  Bu  baxımdan  baş  beyni  insultunun  profilaktika  tədbirlərinin 

təkmilləşdirilməsi  üçün  tədbirlər  planı  işlənib  hazırlanmışdır.  Ölkəmizdən  kənarda 

təşkil  edilmiş  bir  sıra  tədqiqatlar  zamanı  insultların  daha  çox  rast  gəlindiyi  yaş 

qruplarında onların birincili profilaktikası barədə təkliflər tövsiyə edilmilşdir [7, 26, 

27,  28].  Bizim  təkmilləşdirilmiş  tədbirlər  planı  insultun  mövcud  profilaktik 

tədbirlərinin daha da səmərəli aparılmasına zəmin yaradır. 

Bu baxımdan regional xüsusiyyətləri nəzərə alaraq yüksək risk qrupuna daxil 

olan  xəstələrin  aşkar  edilməsi  zərurət  doğurur.  Aparılan  tədqiqatlar  nəticəsində 

insultla xəstələnmənin daha çox rast gəlindiyi risk qruplarını aşkar edilmişdir [17-

20,22].  Bunlar  AH,  ÜİX  və  ŞD  kimi  risk  amillərinə  malik  50-59  yaşlı  kişilər  və 

70-79 yaşlı qadınlar olmuşdur. Bu risk qrupuna daxil edilən əhali arasında insultun 

birincili profilaktikasının təkmilləşdirilməsi modeli işlənib hazırlanmışdır (Şəkil). 

Rayonun  ərazisində  olan  və  rayonun  əhalisinə  sahə  prinsipi  üzrə  xidmət 

göstərən  tibb  müəssisələrinin  (tibb  məntəqələri,  həkim  ambulatoriyaları, 

poliklinikalar)  xüsusi  hazırlıq  kursu  keçmiş  tibb  bacıları  insultla  xəstələnmənin 

daha çox rast gəlindiyi  yaş qruplarına aid olan şəxslərin  ilkin  müayinəsini  həyata 

keçirir.  Bu  zaman  o  həmin  şəxslərin  antropometrik  ölçülərini,  arterial  təzyiqini 

qeyd edir, qanın ümumi  müayinəsini, qanda şəkərin, lipid fraksiyalarının təyinini, 

EKQ müayinəsini həyata keçirir və baş beyni insultuna səbəb olan risk amillərinin 

olub  olmamasını  xəstəninin  xüsusi  hazırlanmış  müayinə  formasına  fiksə  edir 

(Cədvəl).  Həkim  terapevt  müayinə  formasındakı  qeydləri  araşdırır,  göstəriş 

olduqda  həmin  şəxsləri  dar  ixtisas  sahiblərinin  müayinəsinə  yönləndirir.  Həkim 

terapevt  müayinə  edilən  şəxsləri  2  qrupa  bölür:  I  qrupa  sağlamlar  aid  edilir.  Bu 

qrupa  aid  edilən  şəxslərdə  heç  bir  risk  amili  aşkar  olunmur.  2  il  sonra  təkrar 

mayinə  aparılmalıdır.  II  qrup  –  insulta  səbəb  olan  risk  amilləri  aşkarlanmış 

şəxslərdir. Bu şəxslər növbəti müayinə üçün həkim nevropatoloqa göndərilir. 

 



 

 

Şəkil. Baş beyni insultlarının I-li profilaktikasının aparılması modeli 



 

 

 



 

 



Cədvəl 

İnsultla xəstələnmənin daha çox rast gəlindiyi yaş qruplarına aid olan şəxslərin 

müayinə forması № 

Adı, soyadı, atasının adı 

 

Təvəllüdü 



 

 

Cinsi 



a.

 

kişi 



b.

 

qadın 



Ünvanı, əlaqə telefonu 

a.

 



şəhər sakini 

b.

 



kənd sakini 

İş yeri 


 

Bədən kütləsi indeksi 

a.

 

15-dən aşağı – bədən kütləsinin kəskin defisiti 



b.

 

15-20 – bədən kütləsinin defisiti 



c.

 

20-25 – normal bədən kütləsi 



d.

 

25-30 – artıq bədən kütləsi 



e.

 

30-dan yuxarı – piylənmə 



Keçirdiyi xəstəliklər 

a.

 



anamnezdə Mİ 

b.

 



anamnezdə insult/TİH 

Siqaret 


a.

 

çəkmir 



b.

 

çəkir 



1.

 

miqdarı (dənə ilə) 



2.

 

markası/tərkibində nikotinin və qətranın miqdarı 



3.

 

müddəti 



Spirtli içkilərdən sui-istifadə 

a.

 



etmir 

b.

 



edir 

1.

 



müddəti 

2.

 



tezliyi 

3.

 



növü və miqdarı 

4.

 



neçə beynəlxalq alkohol dozası 

Arterial təzyiq 

a.

 

yoxdur 



b.

 

var 



1.

 

ölçüsü 



2.

 

müddəti 



3.

 

AT-ə nəzarət edilir/nəzarət edilmir 



4.

 

əgər nəzarət edilirsə: periodik/daimi 



5.

 

müalicə: stasionar/ambulator 



6.

 

preparatlar 



Elektrokardioqrafiya 

Nəticə 


 

Qanın ümumi müayinəsi 

Nəticə 

 

Qanda şəkərin təyini 



a.

 

yoxdur 



b.

 

var 



 


Həkim  nevropatoloq  baş  beyni  insultuna  səbəb  olan  risk  amilinə  malik 

şəxslərin  kartalarını  analiz  edir  və  onları  nevroloji  müayinədən  keçirir.  Həkim 

nevropatoloq  müayinə  etdiyi  şəxsləri  2  qrupa  bölür:  I  qrup  –  nevroloji 

simptomatika  aşkar  edilmir.  Bu  qrupa  daxil  edilən  şəxslər  özlərində  insulta  səbəb 

olan  risk  amilləri  barədə  məlumat  əldə  etməli  (individual  və  ya  qrup  şəklində),  6 

aydan  bir  terapevt  və  nevropatoloqun  müayinəsinə  cəlb  edilməlidirlər.  II  qrup  – 

nevroloji  simptomatika  aşkarlanır.  Bu  şəxslər  nevropatoloqun  dispanser 

müşahidəsində olmalı və müvafiq müalicə-profilaktik tədbirlər aparılmalıdır. 

Bizim  fikrimizcə təqdim edilmiş profilaktika  modelinin sayəsində  insultların 

birincili profilaktikası uğurla təşkil edilə bilər. 

 

ƏDƏBİYYAT 



1.

 

Adams  H.P.  İskemik  inmenin  önlenmesi:  Antiplatelet  ajanlar,  karotid  endorterektomi, 



anjiyoplasti ve stent // Türk Nöroloji Dergisi 2008, Cilt. 14, Sayı 6, s. 377-387. 

2.

 



Суслина З.А., Гераскина Л.А., Фонякин А.В. Артериальная гипертония, сосудистая 

патология мозга и антигипертензивное лечение. Москва: Медиаграфикс, 2006, 200 с. 

3.

 

Галочкина  Е.Г.,  Исмагилов  М.Ф.,  Галиуллин  А.Н.  Стационарная  летальность  в 



остром  периоде  мозгового  инсульта  //  Неврологический  вестник,  2004,  Т.  XXXVI, 

выпуск 3-4, с. 20-22. 

4.

 

Алифирова  В.М.,  Антухова  О.М.  Эпидемиологические  показатели  инсультов  в  г. 



Северске  Томской  области  //  Бюллетень  сибирской  медицины,  2008,  Приложение. 

c.162-169. 

5.

 

Гусев  Е.И.,  Скворцова  В.И.,  Стаховская  Л.В.  Эпидемиология  инсульта  в  России  // 



Журнал  неврологии  и  психиатрии  им.  С.С.  Корсакова  (приложение  «Инсульт»). 

2003. Вып. 8. с. 4-9. 

6.

 

Качемаева  О.В.,  Борисова  Н.А.  Эпидемиологическая  характеристика  инсульта  в  г. 



Уфе по данным регистра // Неврологический вестник, 2007, Т. XXXIX, вып. 1, с. 45-

48. 


7.

 

Кудряшов А.А. Анализ эпидемиологических показателей и факторов риска мозговых 



инсультов в популяции г. Тюмени (по данным регистра мозгового инсульта): Дис. … 

канд. мед. наук.  Тюмень, 2008, 161 с. 

8.

 

Тонких  Р.В.  Моделирование  и  алгоритмизация  иммунометаболических  процессов 



при  цереброваскулярных  заболеваниях  и  инсульте  с  прогнозированием  тяжести 

течения: Дис. … док. мед. наук. Воронеж, 2009, 264 с. 

9.

 

Скворцова В.И., Евзельман М.А. Ишемический инсульт. Орел: 2006, 404 с. 



10.

 

Mackay  J.,  Mensah  G.  The  atlas  of  heart  disease  and  stroke.  Geneva:  WHO,  2004 



(www.who.int/cardiovascular_diseases/ resources/atlas/en). 

11.


 

Adams  H.  Jr,  del  Zoppo  G.,  Alberts  M.,  et  al.  Guidelines  for  the  early  management  of 

adults with ischemic stroke // Stroke, 2007, v.38, p.1655-1711. 

12.


 

Гусев Е.И., Скворцова В.И., Крылов В.В., Снижение смертности и инвалидности от 

сосудистых заболеваний мозга в Российской Федерации // Неврологический вестник, 

2007, Т. XXXIX, вып. 1 - С. 128-133. 




13.

 

Касте  М.  Как  улучшить  качество  медицинской  помощи  больным  инсультом  в 



общенациональном  масштабе?  Опыт  Финляндии  //  Журнал  неврологии  и 

психиатрии им. С.С. Корсакова. Приложение «Инсульт», 2003, №9, с. 65-71. 

14.

 

American Heart Association. Heart Disease and Stroke Statistics-2003 Update. Dallas, TX: 



American 

Heart 


Association, 

2002, 


p. 

40. 


(http://www.americanheart.org/downloadable/heart/10590179711482003HDSStatsBookR

EV7-03.pdf). 

15.

 

American Heart Association. Heart Disease and Stroke Statistics-2007 Update. Dallas, TX: 



American Heart Association, 2006, p. 37. (http://www.americanheart.org/statistics). 

16.


 

American Heart Association. Heart Disease and Stroke Statistics-2010 Update. Dallas, TX: 

American Heart Association, 2009, p. 16. (http://www.americanheart.org/statistics). 

17.


 

Əliyev R.R., Şirəliyeva R.K., Həsənov R.L. Azərbaycanda insult registrinin ilkin nəticələri 

/ II Azərbaycan nevroloqlar konfransının toplusu, Bakı-2009, s. 11-13. 

18.


 

Şirəliyeva  R.K.,  Həsənov  R.L.,  Əliyev  R.R.  Siyəzən  rayonunun  əhalisi  arasında  insultla 

xəstələnmə və onun yayılmasının xüsusiyyətləri // «Sağlamlıq», 2009, №8. s. 63-65. 

19.


 

Əliyev  R.R.,  Şirəliyeva  R.K.  Siyəzən  rayonunda  insultun  epidemioloji  aspektləri  /  III 

Azərbaycan nevroloqlar konfransının toplusu, Bakı-2010, s. 26-28. 

20.


 

Алиев  Р.Р.,  Ширалиева  Р.К.  Анализ  факторов  риска  у  больных  с  мозговым 

инсультом // «Медицинский журнал» Кутаиси-2010, №1 (2). с. 6-9. 

21.


 

Алиев  Р.Р.,  Ширалиева  Р.К.  Динамика  заболеваемости  болезней  системы 

кровообращения  в  Куба-Хачмазском  экономическом  районе  /  Azərbaycan  Tibb 

Universitetinin  80  illik  yubileyinə  həsr  olunmuş  beynəlxalq  elmi  konfransın  materialları, 

Bakı-2010, s. 233. 

22.


 

Алиев  Р.Р.,  Ширалиева  Р.К.  Эпидемиология  и  факторы  риска  инсульта  в 

Сиязаньском районе Азербайджанской Республики // «Вестник проблем биологии и 

медицины» Полтава, Украина. Вып. 3, т. 3(89), 2011. с. 34-37. 

23.

 

Алиев Р.Р., Ширалиева Р.К. Заболеваемость и смертность вследствие церебрального 



инсульта  в  северо-восточном  регионе  Азербайджанской  Республики  //  «Журнал 

неврологии и психиатрии им. С.С.Корсакова», Москва. Том 112, №3, вып.2, 2012. с. 

47-50. 

24.


 

Əliyev  R.R. Quba-Xaçmaz  iqtisadi rayonunun əhalisi  arasında  baş  beyni  insultuna  səbəb 

olan risk amillərinin yayılması // Azərbaycan təbabətinin müasir nəiliyyətləri. Bakı-2012, 

№2, s. 127-131. 

25.

 

Shiraliyeva  R.K.,  Hasanov  R.L.,  Aliyev  R.R.,  Krieger  D.W.  Final  results  of  stroke  in 



Siyazan,  Azerbaijan  //  The  medicine  and  science  –  scientific-practical  journal  named  by 

A.Aliyev, N1 (3) 2016, p. 52-59. 

26.

 

Коленко  О.И.  Эпидемиология  мозгового  инсульта  по  данным  регистра  в  городе 



Сумы  (эпидемиологическое  и  клинико-морфологическое  исследование):  Дис.  … 

канд. мед. наук. Харьков, 2005, 190 с. 

27.

 

Котова Е.Ю. Клинико-эпидемиологическая характеристика, ведущие факторы риска, 



характер  течения  инсульта  в  г.  Ульяновске  (по  данным  Регистра  инсульта): 

Автореферат дис. … канд. мед. наук. Москва, 2009, 26 с. 

28.

 

Улимбашева Э.С. Клинико-эпидемиологическое исследование повторных инсультов 



при артериальной гипертонии (Регистр инсульта в городе Нальчике):  Дис. … канд. 

мед. наук. Москва, 2007, 100 с. 

 

 

 




 

 

 




Yüklə 416,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin