NGN texnologiyası əsasında intellektual xidmətin təşkili.
İntellektual şəbəkənin funksional modelinə uyğun olaraq xidmətlər SSP (server xidmət qovşağı) vasitəsilə həyata keçirilir. SSP-nin vəzifəsi intellektual şəbəkə xidmətlərinə (İŞP) doğru yönələn çağırış sellərinin detektə edərək tələb edərək tələb edilən xidmət növünə uyğun intellektual xidməti təşkil etməkdir. Belə ki, tələb edilən xidmət növündən asılı olaraq SSP server xidmət moduluna (SCP) xidmət növü haqqında məlumat verir. Məsələn, intellektual xidmət telesəsvermə (VOT), SCP tərəfindən göndərilən çağırış sellərinin istiqamətinin dəyişdirilməsi (məsələn, haqqı ödənilməyən çağırış seli - FPH) və ya əlavə haqqı ödənilməklə yeni çağırış selinin göndərilməsi və s. xidmətləri göstərilir. Bu halda intellektual şəbəkə strukturunun qurulmasında biri-birinə zidd olan aşağıdakıplan diqqəti cəlb edir. Belə ki, çağırış selini marşurutlaşdırılmasının səmərəliliyi nöqtəyi nəzərdən paylanmış struktura malik SSP abunəçi üçün maksimum səmərəli olmalıdır (şəbəkə konfiqurasiyası nöqteyi –nəzərdən), intellektual şəbəkənin strukturunun qurulması üçün tələb edilən əsas vəsaitin (investisiya qoyuluşu) minimum olması nöqteyi –nəzərdən SSP-nin realizə edilməsi şəbəkə iearxiyasında yüksək səviyyədə mərkəzləşdirilmiş prinsipdə qurulmalıdır.
NGN şəbəkəsində intellektual xidmətlərin təşkili TDM şəbəkəsində bu xidmətlərin təşkilində mövcud problemləri təmamilə arada\n qaldırır. Bu halda SSP funksiyası SSP serveri ilə şlüz və çevik siqnallaşma kommutatorunun birgə funksional inteqrasiyası nəticəsində həyata keçirilir (şəkil 4.8). Belə olduqda intellektual şəbəkə xidmətlərinin təşkili üçün SSP ilə işləyən interfeysləbirləşmənin idarə edilməsi Softswitch səviyyəsində həyata keçirilir.
Xüsusi ilə qeyd etmək lazımdır ki, NGN şəbəkəsində istifadəçilərlə onlara intellektual xidmət göstərən pravayderlərin platformaları arasında birləşmənin təşkili üçün əsasən paket şəbəkəsi resurslarında istifadə olunur. İntellektual şəbəkəxidmətlərinin NGN şəbəkəsindən TDM şəbəkəsi istifadəçilərə təqdim etmək üçün şəbəkələr arası bağlantı funksiyasını yerinə yetirən şlüzlərdən istifadə olunur.
SSP elementi intellektual şəbəkə strukturunun NGN əsasında realizə edilməsi prosesi kanal kommutasiya şəbəkəsi variantı ilə müqayisədə aşağıdakı üstünlüklərə malikdir:
SSP funksiyasının tətbiqi üçün investisiyanın minimum
olması. Kanal kommutasiya şəbəkə əsasında qurulmuş variantda SSP funksiyasını realizə etmək üçün bütün rabitə qovşaqları təkmilləşdirilməli və ya bir çox nöqtələrdə SSP avadanlığı qurulmalıdır;
SSP funksiyasının genişləndirilməsi üçün investisiyanın
minimum olması. Klassik variantda SSP funksiyasını realizə etmək üçün bütün rabitə qovşaqlarının təkmilləşdirilməsi tələb edildiyi halda, NGN – də takcə SSP qurmaq üçün Softswitch səviyyəsində dəyişiklik etmək lazımdır;
Birləşmiş şəbəkə modelində (şəbəkədə həm NGN, həm də
kanal kommutasiya avadanlıqları birgə fəaliyyət göstərdiyi modeldə) intellektual xidmətlər qovşağına (provayderə) eyni infrastrukturdan istifadə etməklə rabitənin təşkil edilməsi;
Softswitch-ə qoşulmuş əlavə serverlərin hesabına geniş
çeşiddə intellektual xidmətlərin göstərilməsi imkanlığının mövcud olması;
Minimal investisiya qoymaq şəti ilə mövcud NGN
infrastrukturu əsasında intellektual şəbəkə platformasının təşkili.
İntellektual platformanın NGN şəbəkə sistemində təşkili kanal kommutasiyalı şəbəkələrlə müqayisədə qeyd edildiyi kimi bir sıra üstünlüklərə malik olduğundan yeni platformaların qurulmasında bu üstünlüklər şəbəkə operatorları tərəfindən nəzərə alınır. Hal-hazırda Bakı telefon şəbəkəsində NGN platforması əsasında intellektual xidmətlər təşkil edir.
Klassik şəbəkədə intellektual platforma modeli.
Baxılan variantda NGN texnologiyalı şəbəkə klassik rabitə şəbəkəsi strukturu ilə heç bir əlaqəsi olmadan milli şəbəkənin əsas şəhərlərarası stansiyasına qoşulur. Bu halda şəhərlərarası stansiyadan ümumi yerli şəbəkə istiqamətində (giriş və çıxış rabitəsinin normal təşkili üçün) kanal sayları dəqiq hesablanaraq artırılmalıdır. Bu variantda nəzərdə tutulur ki, NGN şəbəkə hissəsində təşkil edilən xidmət növləri, NGN-nin qurulduğu ərazidə paylanmış istifadəçilərə təqdim edilir. NGN-nin nəqliyyat səviyyəsinin təşkili üçün ilkin şəbəkənin mövcud olan resurslardan istifadə edilir (ilkin şəbəkədə yeni resursların təşkili variantı ola bilər). Bu və ya digər variantın seçilməsi üçün qərar ilkin şəbəkənin mövcud vəziyyətindən asılı olacaqdır. Belə ki, iklin şəbəkə SDH texnologiyası (sinxron veriliş) əsasında qurularsa və ilkin resurslar NGN elementli sahədə nəqliyyat səviyyəsi qurmaq üçün kifayət edərsə, onda daha yüksək səviyyəli rəqəm veriliş sistemli avadanlıqlardan istifadə edilməlidir. Həmçinin bəzi şəbəkə sahələrində təkmilləşdirmə işləri nəticəsində ilkin mövcud şəbəkənin resurslarından da istifadə edilə bilər. əgər ilkin şəbəkədə PDH (plezioxron veriliş) və ya analoq veriliş sistemləri istifadə edilərsə, onda ilkin şəbəkənin paralel strukturunu qurmaq lazım gələcəkdir. Təsvir edilən şəbəkə strukturunu qurmaq tələb edilən texnologiyaların seçilməsi konkret şəbəkə modeli üçün layihələndirmə zamanı qəbul edilir. SDH şəbəkəsinin Ethernet paket selini danışmaq imkanı yetərli deyilsə, NGN şəbəkəsi üçün bir neçə 10 Gbit/s sürətli olan perespektivi nəzərə alan güclü İP nəqliyyat şəbəkəsi qurmaq daha səmərəlidir. Bu modeldə həm mövcud yerli şəbəkənin informasiya seli ötürülə bilər. Qeyd edilən variantda NGN elementli nəqliyyat səviyyəsi üçün alternativ olaraq Ethernetə əsaslanan texnologiyadan istifadə edilə bilər (məsələn, giqabit veriliş sürətli Ethernet). Bu formada təklif ancaq NGN şəbəkəsi üçün mümkündür. Praktiki olaraq mövcud klassik şəbəkələrdə E1 informasiya sellərinin tunelləşdirilməsinin Ethernetin köməyi ilə ilkin şəbəkədə təşkili mümkündür. Bu əməliyyatın aparılması, nəqliyyat şlüzlərin avadanlığının alınması üçün kifayət şəbəkədə SDH-i alternativliyi üçün vacibdir.
Multiservis nəqliyyat şəbəkəsinin sxemi 4.9-də göstərilmişdir.
Bu şəkildə SDH strukturlu şəbəkədə İP/ATM texnoloji manqasından istifadə etməklə, nəqliyyat səviyyəsinin konfiqrasiyasının qurulması təsvir eilmişdir. Bu halda ATM nəqliyyat şəbəkəsinin rabitə qovşağı-Access Node olacaqdır. Bu qovşaqla şlüz avadanlığı və ya İP şəbəkəsinin birbaşa qoşulması nəzərə alınır. Onlar multiservis şəbəkəsinin magistral kommutatorunun vəzifəsini yerinə yetiririrlər. bu halda multiservis şəbəkəsinin istifadəçiləri rabitə qovşağına birbaşa və ya paket şəbəkələrinin terminal avadanlığından istifadə etməklə paket texnologiyası əsasında qoşula bilərlər (məsələn, İAD qovşağı). Klassik şəbəkələrə qoşulmaq üçün terminal avadanlığı kimi abunəçi siqnallaşma şlüzü (AGW), korporativ şəbəkələrə qoşulmaq üçün isə terminal avadanlığı kimi V5 interfeysindən istifadə edilə bilər. Access Node və AGW avadanlığı yürli şəbəkənin əsas telefon stansiya avadanlığı olan sahələrdə yerləşdirilməlidir və bu mövcud analoq xətlərinin (analoq, abunəçi xətləri, darzolaqlı İSDN abunəçiləri, xDSL rəqəm abunəçi xətləri, Ethernet və s.) NGN şəbəkəsinə (əlavə kanal tələb etmədən) qoşulmasını təmin edir. Beləliklə abunəçi qruplarının yeni şəbəkəyə qoşulması üçün NGN resurslarından istifadə edilir. Mənəvi və fiziki cəhətdən köhnəlmiş yerli şəbəkə avadanlığı istismardan çıxarılarsa, əvvəlki abunəçilər multiservis abunə konsentratorları (MSAN) vasitəsilə NGN şəbəkəsinə qoşulması təmin edilir. Yerli klassik şəbəkələrlə əlaqə nəqliyyat şlüz avadanlığı (TGW) əsasında həyata keçirilməlidir. Bu halda nəqliyyat şlüz avadanlığı (TGW) tranzit qovşaq vəzifəsini yerinə yetirmiş olacaqlar. Şlüzlərin və şəbəkə nöqtələrinin sayı layihələndirmə zamanı təyin edilməlidir. Təsvir edilən nəqliyyat səviyyəsinin qurulmasında aşağıdakı şərtlərə əməl edilməlidir.
Magistral nəqliyyat şəbəkəsi rutor və MG-lərin şəbəkə
topologiyasında yeri və sayı layihələndirmə zamanı təyin edilməlidir. (mövcud SDH şəbəkəsinin infrastrukturu nəzərə alınmaqla);
Əvəz edilməsi nəzərdə tutulan dayaq ATS-lərin yerində və yaxud tutum genişləndirilməsi nəzərdə tutulan dayaq stansiyalarda şlüz və qoşulma imkanı yaradan qovşaq avadanlıqları tətbiq (Access Node) edilməlidir;
Mövcud şəbəkənin artırılması magistral hissənin yükbraxma
qabiliyyətinin artırılması layihələndirmə zamanı nəzərə alınmalıdır;
Multiservis şəbəkəsi ilə ümumi istifadə edilən kanal kommutasiyalı telefon şəbəkəsi arasında şəbəkələrarası şlüz avadanlığı tətbiq edilir. Bu halda şlüz avadanlıqlarının sayı, yükburaxma qabiliyyəti və layihələndirmə zamanı nəzərə alınmalıdır;
Diskret veriliş sistemli şəbəkələrə və ya digər operatorların
multiservis şəbəkələrinə qoşulmaq üçün sərhəd şəbəkə nöqtələrində son şlüz avadanlığı nəzərə alınmalıdır;
Ümumi istifadə edilən telefon şəbəkələrinin digər operatorlarını
yerli şəbəkəyə qoşmaq üçün multiservis şəbəkəsindən istifadə edilərsə,onda qoşulma nöqtəsində sərhəddə İP şəbəkələrinin təhlükəsizliyini təmin edən şlüzlərin tətbiqi nəzərə alınmalıdır.