Intellektual xidmət mərkəzlərinin tipik strukturları Mərkəzləşdirilmiş struktura


NGN çəbəkələrində gecikmələrin paylanması



Yüklə 22,08 Kb.
səhifə4/5
tarix02.04.2023
ölçüsü22,08 Kb.
#92556
1   2   3   4   5
Intellektual 6-10 sərbəst iş

NGN çəbəkələrində gecikmələrin paylanması.

İP paket kommutasiya şəbəkələrində xidmətin keyfiyyətinə təsir göstərən göstəricilərindən biri paketlərin gecikməsidir. Lakin klassik kanal kommutasiyalı şəbəkə ilə müqayisədə bu gecikmələrin qiymətləri daha geniş diapazona malikdir. Bu halda paketlərin bir birinə nəzərən gecikmə müddətləri təsadüfi xarakter daşıyır. Bu fakt özü -özlüyündə əks – sədanın aradan qaldırmaq üçün problemlər yaradır. Paketlərin gecikməsi dedikdə, iki istifadəçi arasında paketlərin bir nöqtədən digər nöqtəyə ötürülmə müddəti başa düşülür. Paketlərin gecikməsi parametrinin xidmətin keyfiyyət xarakteristikalarına olan təsiri gecikmələri yaradan digər səbəbləri nəzərdən keçirək.

  1. Şəbəkə ilə bağlı gecikmə.

Informasiya paketinin şəbəkədə xidmət olunma müddəti xaotik olub, sabit deyildir.Əgər şəbəkədə istifadəçilər yaratdığı trafik nisbətən az olarsa, onda İP şəbəkəsinin marşrutlayıcıları və kommutatorları trafikə yüksək sürətlə (tezliklə) xidmət edir. Dəqiq desək, şəbəkə bu halda paketlərin ani olaraq emal edir və rabitə xətləri ilə ötürür. Şəbəkənin marşrutlarındakı trafiki nisbətən çox olarsa, onda paket seli növbələrdə uzun müddət gözləməli olur və nəticədə paketlərin qəbul və veriliş müddətləri arasında şəbəkənin yaratdığı vaxt fərqi – gecikmə yaranır. Hətta paketlərin verilmə ardıcıllığı pozularaq paketlər arası vaxt fərqi – jitder yaranır. Gecikmə müddəti çox olduqca, vaxt intervallarının da qiyməti artır.

  1. Əməliyyat sistemləri ilə əlaqədar gecikmə.

İP – telefon rabitəsinin bir çox tətbiq sahələri adi proqramlar əsasında həyata keçirilir. Bu proqramlar kompüterin periferiya qurğularına interfeyslə qoşularaq həmin qurğuları drayverlərinə yüklənir. İP şəbəkəsinə qoşulma prosesi Socket-interfeyslərin tətbiqi ilə aparılır.
Əməliyyat sistemlərinin əksəriyyətinin tətbiqi ilə əlaqədar mərkəzi prosessor bir neçə millisaniyə müddətində cərəyan edən müxtəlif proseslərə nəzarət edə bilmir. Bu proseslərin gedişində kodlaşma üsulundan asılı
olmayaraq, xarici drayverlə daxili prosessor arasındakı əməliyyatlar zamanı gecikmələr yaranır. Söylənən fikirlərdən belə bir nəticəyə gəlmək olar ki,
gecikmələrin ümumi qiymətinə təsir edən ən güclü faktor əməliyyat sisteminin seçilməsinə əsaslanır. Ona görədə əməliyyat sistemlərinin gecikmə ilə əlaqədar təsirini minimallaşdırmaq üçün şlüz və İP telefon şəbəkə avadanlıq istehsalçıları tərəfindən real zamanda əməliyyat aparan sistemlərdən (VxWorks, pSoS, QNX və s.) istifadə edilir. Bu halda, əməliyyatlar arası vaxtın paylanmasına nəzarət mexanizmi daha mürəkkəb olur.



  1. Yüklə 22,08 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin