Invitation for Bids (ifb) Health Sector Reform Project/Ministry of Health of the Republic of Azerbaijan


Təkliflərin verilməsinə Dəvət (TVD)



Yüklə 49,5 Kb.
səhifə3/5
tarix25.12.2016
ölçüsü49,5 Kb.
#3266
1   2   3   4   5
Təkliflərin verilməsinə Dəvət (TVD)
Azərbaycan Respublikası

Səhiyyə Sektorunda İslahatlar Layihəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
BİA Krediti 4210-AZ

TİBBİ AVADANLIĞIN VƏ LƏVAZİMATIN TƏCHİZ EDİLMƏSİ

TVD №: HSRP/Dörd Kənd Xəstəxanası, Səkkiz İlkin Səhiyyə Xidmətləri Klinikası və Ağdaşın 100 çarpayılı Şəhər Xəstəxanasının Doğum Şöbəsi üçün Tibb Avadanlıqları və Ləvazimat/G/ICB/7.06
1. Təkliflərin Verilməsinə dair bu Dəvətnamə 2006-cı il Noyabrın 30-da “Development Business” jurnalında dərc olunmuş Layihə üzrə Ümumi Satınalma Elanının davamı olaraq irəli sürülür.

2. Azərbaycan Hökuməti Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL) maliyyələşdirilməsi məqsədilə Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır və “HSRP/Dörd Kənd Xəstəxanası, Səkkiz İlkin Səhiyyə Xidmətləri Klinikası və Ağdaşın 100 çarpayılı Şəhər Xəstəxanasının Doğum Şöbəsi üçün Tibb Avadanlıqları və Ləvazimat/G/ICB/7.06” nömrəli Müqavilənin çərçivəsində tibb avadanlıqları və ləvazimatın təchiz edilməsi müqabilində ödənişlər etmək üçün həmin maliyyə vəsaitinin müəyyən hissəsindən istifadə etmək niyyətindədir:


Lot 1: Dörd Kənd Xəstəxanası üçün Tibbi Avadanlıq və Ləvazimat

Lot 2: Səkkiz İlkin Səhiyyə Xidmətləri Klinikası Tibbi Avadanlıq və Ləvazimat

Lot 3: Ağdaşın 100 çarpayılı Şəhər Xəstəxanasının Doğum Şöbəsi üçün Tibbi Avadanlıq və Ləvazimat

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində yaradılmış Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu (LİQ) tenderdə iştirak edə bilən İddiaçıları tibbi avadanlıq və ləvazimatın təchiz edilməsinə dair möhürlənmiş tender təkliflərinin verilməsinə dəvət edir.

4. Dünya Bankının “Qaydalar: BİYB və BİA kreditləri çərçivəsində satınalma” (may 2004, oktyabr 2006 və may 2010 tarixlərində yeniləşmiş) sənədində göstərilmiş şərtlərə əsasən bu tenderdə iştirak hüququna malik olan İddiaçılar həmin sənəddə təsvir edilmiş Beynəlxalq Rəqabətli Tender qiymətləndirilməsindən keçiriləcək və aşağıdakı minimal meyarlara cavab verməlidir:

(a) Maliyyə İmkanları

İddiaçı son 3 (üç) ildə orta hesabla 2 milyon ABŞ dolları həcmində oxşar tapşırığı icra etdiyini sübut edən sənədləri təqdim etməlidir.

(b) Təcrübə və Texniki İmkanlar

İddiaçı, aşağıdakı təcrübə tələbələrə cavab verdiyini sübut edən sənədləri təqdim etməlidir:

İddiaçılar son beş (5) il ərzində oxşar malların təchizatına dair ən azı iki (2) müqaviləni uğurla başa çatdırmış olmalıdır. İddiaçılar bu TVD-də göstərilmiş qurğulara oxşar avadanlıqların istehsalı və ya təchizatı sahəsində ən azı 5 il təcrübəyə malik olmalıdır. İddiaçı təchiz edəcəyi bütün avadanlığın bazarda ən azı 2 il mövcud olduğunu sübut edən sənədləri təqdim etməlidir.

(c) İddiaçı, təklif etdiyi malların aşağıdakı beynəlxalq standartlara cavab verdiyini sübut edən sənədləri təqdim etməlidir: ISO-9000-9001, EU, NIST, və s.

5. Maraqlanan və iştirak hüququna malik olan İddiaçılar əlavə məlumat üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində yaradılmış Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupuna müraciət edərək aşağıda göstərilmiş ünvanda saat 10:00-dan 17:00-a qədər Tender Sənədlərinə nəzər sala bilər. Əlaqə üçün şəxs: Layihənin Direktoru Rəşad Mafusov (r.mafusov@hsrp.az).

6. Tenderdə iştirak hüququna malik milli podratçılara üstünlüyün verilməsi tətbiq olunmur.

7. Tender Sənədlərinin (İngilis dilində) çap edilmiş toplusunu aşağıdakı ünvana yazılı ərizə ilə müraciət edərək və 350 ABŞ dollar (və ya 275 AZN) həcmində qaytarılmayacaq məbləği ödəyərək əldə etmək olar. Ödəniş üsulu bank köçürməsidir. Bank detalları aşağıdakılardır:




Yüklə 49,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin