İonitlərin keyfiyyətinə olan tələblər


İonitlərin keyfiyyətinə olan tələblər –



Yüklə 34,1 Kb.
səhifə3/3
tarix29.12.2021
ölçüsü34,1 Kb.
#48637
1   2   3
Müahzirə 10

İonitlərin keyfiyyətinə olan tələblər – İonitlərin keyfiyyətini bir sıra fiziki-kimyəvi və texnoloji xassələr müəyyən edir. Bunlardan ən əsasları aşağıdakılardır: fraksiya tərkibi, tökmə sıxlığı, kimyəvi davamlılığı, mexaniki möhkəmliyi, mübadilə tutumu, turşuluğu və ya əsaslılığı.

İonitlərin fraksiya tərkibləri dedikdə hissəciklərin ölçülərinə görə bölüşdürülməsi nəzərdə tutulur. Xırdadənəli kationitlər daha geniş səthə malik olduqlarına görə iridənəli kationitlərə nəzərən daha yüksək həcmə malik olurlar. Digər tərəfdən, kationitin dənələri nə qədər xırda olarsa, onun hidravliki müqaviməti və suyun filtrlənməsinə sərf olunan elektrik enerjisi sərfi də bir o qədər böyük olar. Ona görə də ionit dənələrinin optimal ölçüləri 0,3-2,0 мм hesab olunur. Filtrdə doldurma fraksiyasının müxtəlif tərkiblilik əmsalı kн = d80/d10 < 2 nisbətindən, artıq olmamalıdır, burada d80 d10 – ələyin ümumi nümunənin 80% və ya 10% - nin keçə biləcəyi diametridir.

İonitlər nəm halda şişirlər və öz həcmlərini artırırlar, bu da filtirlərin doldurulmasında nəzərə alınmalıdır. İonitlərin şişmə dərəcəsi ionitin materialından, onun ion formasından, mühitin pH göstəricisindən asılıdır.

Mexaniki möhkəmlk – ionit dənələrinin xarici təzyiqə və sürtünməyə qarşı müqavimət göstərə bilmə qabiliyyətinə deyilir. Bu göstərici filtrdə olan ionit layının yol verilən hündürlüyünü müəyyən edir. Mexaniki möhkəm ionitlərin sürtülmə əmsalı (kütlə itkisi) 0,5 % /il – dən artıq olmamalıdır. Kimyəvi davamlılıq regenerasiya məhlullarının və suyun həlledicilik təsirlərinə qarşı davamlılıq qabiliyyətini ifadə edir. Mühitin təsiri altında ionitlərin peptizasiyası, başqa sözlə onların kolloid məhlula keçməsi baş verir. Kimyəvi davamlılıq mühitin pH göstəricisindən, təbiətindən, həll olmuş ionların qatılığından və əsasən də temperaturdan asılı olur. Temperaturun artması ilə peptizasiya prosesi sürətlənir. Suyun yol verilən temperaturu 30-40°С qəbul olunur, daha yüksək temperaturlarda (qaynar kondensatların emalı zamanı) isə xüsusi istiyədavamlı ionitlərdən istifadə etmək lazımdır.



Mübadilə tutumu ionitlərin ən əhəmiyyətli xarakteristikası hesab olunur və ionitin nəm halda (q-ekv/m3) vahid həcmi ilə mübadilə edilən ionların qram-ekvivalent miqdarını xarakterizə edir. Mübadilə tutumunun 3 növü vardır: tam mübadilə tutumu, “sıçrayışlı keçiddən əvvəlki” mübadilə tutumu və işçi mübadilə tutumu. 

Tam mübadilə tutumu bütün mübadilə ionlarının tamamilə əvəz olunması zamanı ionitlə sorbsiya oluna bilən ionların miqdarını göstərir. Əgər filtrləmə udulan ionların sıçrayıb keçməsi anında qurtararsa, başqa sözlə onların filtratdakı qatılığı sıfıra yaxın olarsa, o halda ionitin mübadilə tutumu “sıçrayışlı keçiddən əvvəlki” mübadilə tutumu kimi müəyyən edilir. Lakin praktikada filtrləmə çox zaman filtratda udulan ionların qatılığının çox az miqdarda olduğu zaman dayandırılır. Bu halda mübadilə tutumu işçi tutum kimi müəyyən olunur və bu da çox zaman “sıçrayışlı keçiddən əvvəlki” tutumdan çox az fərqləndiyinə görə onları bir-birlərinə bərabər qəbul etmək mümkün olur. İşçi mübadilə tutumu regenerasiya şəraitindən, mübadilə ionundan, udulan ionların təbiətindən, pH göstəricisinin qiymətindən, filtrləmə sürətindən, layın geometrik xarakteristikasından asılı olur.
Yüklə 34,1 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin