İqtisadi meteorologiya anlayışı və onun təsərrüfat praktikasında əhəmiyyəti. İqtisadi meteorologiyanın inkişaf tarixi


Beləliklə, iqtisadi meteorologiya xalq təsərrüfatının müxtəlif sahələrinin ixtisaslaşmış meteoroloji təminatının nəzəri bazasıdır



Yüklə 84,81 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü84,81 Kb.
#46120
1   2   3
movzu 1-2

Beləliklə, iqtisadi meteorologiya xalq təsərrüfatının müxtəlif sahələrinin ixtisaslaşmış meteoroloji təminatının nəzəri bazasıdır.

Meteoroloji məlumatların faydalılığı və onların iqtisadi effektinin qiymətləndirilməsi sahəsində N.A. Baqrov, Q.V. Qruza, L.S. Qandin, E.E. Jukovski, A. Merfi, E.Epsteyn, B. Qrinqorten, C. Tompson, V. Meyson və başqalarının apardığı tədqiqatları xüsusilə qeyd etmək lazımdır.

Özünün bütün tarixi inkişafı dövründə, iqtisadi meteorologiyanın baza şərti kimi, meteoroloji təminat nəzərəçarpacaq dəyişikliyə uğramışdır. Proqnoz xidməti yarandığı 1872-ci ildən 1980-ci ilə qədər ekstensiv inkişaf yolu getmişdir. Daha doğrusu, bu dövrdə istehsalatın konkret sahəsi üzrə proqnoz məlumatlarının faydalılığı əsasən meteoroloji proqnozların özünü doğrultma dərəcəsi ilə əlaqədar olmuşdur. Lakin, son onilliklərdə proqnozların faydalılığı müəyyən bir doyma həddinə çatır. Faydalılığın hər bir faiz artımı daha böyük məsrəflərlə başa gəlir.

Meteoroloji təminatın gələcəyi intensiv inkişaf yoluna istiqamətlənmişdir. Meteoroloji proqnozların iqtisadi faydalılığı artıq bu gun ilk növbədə istifadəçilərin nə dərəcədə proqnozlardan operativ istifadənin müasir texnologiyalarına malık olmaları ilə şərtlənir.

Meteoroloji məhsul istehsalın konkret sahəsində faydalılıq daşıyıcısı kimi çıxış edir. İstifadəçi isə öz məqsədli vəzifənin həlli prosesində bu məhsulun pul dilinə çevrilməsini həyata keçirir. Bu daim fəaliyyətdə olan hava-proqnoz-istifadəçi sistemində müxtəlif “meteoroloji-iqtisadi” modellərin tətbiqilə əldə edilir.

İqtisadi meteorologiya elmi biliklər sahəsi kimi aşağıdakıları öyrənir:



  • meteoroloji şəraitin insanın praktiki fəaliyyətinə təsiri;

  • meteoroloji şəraitə daimi adaptasiya məqsədilə təsərrüfat və texniki məsələlərin həllində meteoroloji məlumatların optimal istifadəsinin nəzəri əsasları və metodları;

  • meteoroloji məlumatların iqtisadi faydalılığının ədədi qiymətləndirilməsi;

  • cəmiyyətin davamlı inkişafı naminə hava şəraiti və iqlimin təsirinin əsas göstəricilərinin ümumiləşdirilmiş qeydiyyatı.

İqtisadi meteorologiyada meteoroloji məlumatlarının faydalılığının qiymətlən-dirilməsi xüsusi yer tutur.

İqtisadi meteorologiya meteorologiya, iqtisadiyyat, riyaziyyat və kibernetika kimi elmlərin kəsiyində inkişaf edir.



Əgər bir elm sahəsi kimi, meteorologiya müvafiq mühiti (atmosferi) öyrənmə metodudursa, iqtisadi meteorologiya atmosfer haqqında biliklərin iqtisadi cəhətdən optimal istifadəsi və onların faydalılığını qiymətləndirmə metodudur.
Yüklə 84,81 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin