İqtisadi meteorologiya anlayışı və onun təsərrüfat praktikasında əhəmiyyəti. İqtisadi meteorologiyanın inkişaf tarixi.
İnsan cəmiyyətinin ətraf mühitə, o cümlədən hava şəraitinə uyğunlaşmasının çoxillik təcrübəsi, elmi tədqiqatlar və yeni ərazilərin fəth edilməsi 20-ci əsrin sonlarında meteoroloji məlumatların iqtisadi cəhətdən faydalılığının nəzəri və praktiki cəhətdən dərk etməyə imkan verdi.
Praktiki meteorologiyanın və ümümiyyətlə meterologiyanın fərqləndirici cəhəti ondan ibarətdir ki, o bilavasitə maddi sərvətlər istehsal etmir, lakin hidrometeoroloji ehtiyatlardan səmərəli istifadə etməyə yardım etməklə iqtisadiyyatın istehsal maraqlarını təmin edir və insanarın təhlükəsizliyini təmin edir, onların rahat həyat və iş şəraitini təşkil edir. Ətraf mühit haqqında faktiki və proqnostik məlumatların istifadəsində elmi metodların tətbiqi iqtisadi və sosial sferada itkiləri nəzərəçarpacaq dərəcədə azaltmağa imkan verir.
Praktiki olaraq iqtisadiyyatın bütün sahələri meteoroloji şəraitin dəyişməsi haqqında məlumatlardan istifadənin məqsədəuyğunluğunu dərk edir.
Dostları ilə paylaş: |