İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»


İqtisadi resurslar və onların tərkibi



Yüklə 152,03 Kb.
səhifə10/46
tarix14.10.2023
ölçüsü152,03 Kb.
#155141
1   ...   6   7   8   9   10   11   12   13   ...   46
qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom

İqtisadi resurslar və onların tərkibi

Tələbatların artması və dəyişilməsi onların ödənilməsi üçün nəzərdə tutulan nemətlərin yaradılması üçün güclü sövqedici motivdir. Tələbatların daimi ödənilməsi üçün imkanlar ölkə, cəmiyyət, ayrı-ayrı insanlarda məhz resursların olması səyəsində yaranır.
Resurslar – nemətlərin yaradılması və tələbatların ödənilməsi üçün olan imkanlardır. Resurslar cürbəcürdür və müxtəlif cür təsnifləşdirilə bilər. Təbii resurslar, yəni cəmiyyətdə faydalı qazıntı ehtiyatları, kənd təsərrüfatı üçün əlverişli şərait, sərfəli coğrafi vəziyyət. İstehsal fəaliyyəti və istehlak üçün əvvəlki nəsillər tərəfindən yaradılmış və toplanmış resurslar, (maddi resurslar) yaxud mövcud müəssisələr, nəqliyyat sistemləri yaşayış evləri və s.
Maddi resurslara istehsal prosesinin (əmək vasitələri və əmək predmetləri) nəticəsi olan istehsal vasitələri daxildir. Özünün təcrübə, ixtisas, təhsil səviyyəsi, eləcə də sahibkarlıq qabiliyyətləri olan insan resursları.
Yuxarıda göstərilən resurs növləri tarixən daha qısa adlanırdı: torpaq, kapital, əmək və sahibkarlıq qabiliyyətləri. Maliyyə resursları cəmiyyətin istehsal prosesini həyata keçirmək üçün ayırdığı pul vəsaitləridir. Onların mənbələrinə investisiya vasitələri, qiymətli kağızlar, pul yığımları, dövlət istiqrazları daxildir. İnformasiya resursları - avtomatlaşdırılmış istehsalın fəaliyyəti və onun kompyuter texnikasının köməkliyi ilə idarə edmək üçün zəruri olan məlumatlardır.
Resursların digər təsnifatı da mümkündür, məsələn, hazırki dövrdə onların istifadə edilməsi, qarşılıqlı əvəz edilməsi, tükənməzlik və qeyri-tükənməzlik imkanlarının alternativliyi üzrə və s.
Lakin təsnifat tipindən asılı olmayaraq bütün resurslar ümumi cəhətə malikdir: onlar iqtisadi fəaliyyətin çıxış və əsas ilk zəminini səciyyələndirirlər: zəruri kefiyyətli və müxtəlif resursların olması nemətlərin yaradılması və deməli, tələbatların ödənilməsi üçün ilkin şərtdir.
Təbii, material və əmək resursları hər bir cəmiyyətə xasdır. Bazar iqtisadiyyatı onlara maliyyə resurslarını əlavə edir. Müasir postsənaye bazar iqtisadiyyatı elmi-texniki inqilab şəraitində mühüm rol oynayan informasiya resursları mövcud ola bilməz.
İqtisadi nəzəriyyədə resursların mütləq və nisbi məhdudluğu fərqləndirilir. Mütləq məhdudluq dedikdə, eyni zamanda cəmiyyət üzvlərinin bütün tələbatlarının ödənilməsi üçün istehsal resurslarının kifayət olmaması başa düşülür. Lakin tələbatlar dairəsi azaldılarsa, mütləq məhdudluq nisbi məhdudluğa çevrilir, çünki məhdud tələbatlar üçün resurslar nisbətən tükənməzdir. Mütləq məhdudluq əsasən təbii və əmək resursları üçün nisbi isə maddi, maliyyə, informasiya resursları üçün səciyyəvidir.




  1. Yüklə 152,03 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin