İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»


İqtisadi sistem və onun formalaşması prinsipləri



Yüklə 152,03 Kb.
səhifə8/46
tarix14.10.2023
ölçüsü152,03 Kb.
#155141
1   ...   4   5   6   7   8   9   10   11   ...   46
qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom

İqtisadi sistem və onun formalaşması prinsipləri

İnsan cəmiyyətinin bütün inkişaf mərhələlərində iqtisadi fəaliyyət üçün eyni şərait olmamışdır. Lakin bir sıra iqtisadi məsələlər ümumi olmuşdur. Bura iqtisadiyyatın təşkili, kimin üçün nə istehsal etməli, nə qədər istehsal etməli kimi məsələlər daxildir. Necə istehsal etmək sualına görə isə dövrlər bir-birindən əsaslı surətdə fərqləmişdir. Ayrı-ayrı dövrlərdə mövcud olan cəmiyyətlərdə müxtəlif iqtisadi sistemlər mövcud olmuşdur.
Cəmiyyətdə hakim münasibətlər və təşkilat formaları əsasında təşəkkül tapmış iqtisadi proseslərin məcmusuna iqtisadi sistem deyilir. İqtisadi hadisələri, prinsipləri təhlil etməklə bütöv iqtisadi sistem haqqında təsəvvür əldə etmək olar.
Hər hansı bir ölkənin iqtisadi sistemi canlı bir orqanizm kimi aşağıdakıları özündə birləşdirir: təbii və əmək resursları (ehtiyyatları), mövcud mülkiyyət formaları, müxtəlif kapital ünsürləri, sahibrarlıq və zəruri idarəetmə sistemi və s.
Heç bir cəmiyyət və onun iqtisadi sistemi hər hansı bir sərvət üzərində mülkiyyət forması, iqtisadi münasibətlər olmadan mümkün deyildir.
İstehsalın müasir texnika ilə silahlanması, müasir texnoloji proses iqtisadi sistemin fəaliyyətində mühüm yer tutur. İqtisadi sistemdə sahibkarlıq fəaliyyəti, idarəetmə sistemi də özünəməxsus rola malikdir.
Bəşər tarixində indiyə kimi ən'ənəvi, bazar, inzibati-amirlik və qarışıq iqtisadi sistemlər fəaliyyət göstərmişdir. Bu və digər sistem daxilində müxtəlif ölkə və regionlarda iqtisadi inkişafın çoxlu modelləri də mövcud olub. İstehsal qüvvələri, mülkiyyət formaları inkişaf edib dəyişdikcə iqtisadi sistemlər də tədricən dəyişib bir-birini əvəz etmişdir.
İnsan cəmiyyətinin təkamülü ilə ta qədim zamanlardan bu günkü müasir dövrə qədər iqtisadi sistemlər də çox tədriclə dəyişmiş və təkamül yolu ilə biri digərini əvəz etmişdir. Bu proses istehsal (məhsuldar) qüvvələrinin tarixi dövrlər səpgisində irəliləməsi ilə baş vermişdir.




  1. Yüklə 152,03 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin