İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 152,03 Kb.
səhifə46/46
tarix14.10.2023
ölçüsü152,03 Kb.
#155141
1   ...   38   39   40   41   42   43   44   45   46
qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom

125. Beynəlxalq iqtisadi təşkilatlar
50-ci illərdə dünya ictimaiyyətinin keçmiş yüzilliyi aydın göstərdi ki, ən kasıb inkişaf etməkdə olan ölkələr inkişaf üçün lazım olan borc maliyyəsini Ümumdünya Bankının, qrup dövlətlərin şərtləri əsasında almaq imkanına malik deyillər. Bu zaman bankın üzvləri kasıb ölkələrə uzun müddətə güzəştli əsaslarla vəsait verə bilən agentliklərin yaradılmasını təklif etdilər.
Yeni institutu Beynəlxalq Inkişaf Cəmiyyəti – BIC adlandırmaq qərara alındı. Lakin təsisçilər BIC-nin iş prinsiplərini qəti olaraq Ümumdünya Bankının qaydalarında aparılmasını istəyirdilər. Bu mühakimədən çıxış edən ABŞ prezidenti Duayt Ezenhauer qalan iştirakçıların tərəfdar olduğu BIC-nin Ümum¬dünya Bankının tərkibinə daxil olmasının vacibliyini təklif etdi.
AYIB-nın quruluşu tipik olaraq inkişaf banklarının qu­ruluşu kimidir.
AYIB-nın ali rəhbər orqanı Rəislər və Direk­torlar Şurasıdır. Rəislər Şurası AYIB-nın baş qanunverici orqanı ol­maqla Bankın hər bir iştirakçısının nümayəndələrini rəis və ya onun müavini olmaqla özündə birləşdirir. O, bankın səlahiyyətinə daxil olan prin­sipial məsə­lə­ləri həll etmək səlahiyyətinə malikdir. Bu səla­hiyyətlərə ilk növbədə yeni üzvlərin qəbul edilməsi, onların qəbul şərtlərinin müəyyən edilməsi, kapitalın artırılması, ba­lansın təsdiq edil­məsi, gəlirin bölüşdürülməsi və digər məsə­lələr aiddir.
Mərkəzi və Şərqi Avropanın sosialist ölkələrinin iqti­sadi və siyasi həyatında ciddi dəyişikliklərlə əlaqədar olaraq Avropa dövlət və hökumət dairələrində yeni regional inkişaf bankla­rının yaradılması ideyası yarandı. 80-ci illərdə sosialist dövlətlərində siyasi sistem dağıl­mağa başlayır, mürəkkəb problemlər baş qaldırır, iqtisa­diyyatın bazar modelinə keçməsi, iqtisadiyyatın planlı-amir­liyi yenidən qurulur, struktur dəyişikliklər baş verir. Keçmiş sosialist ölkə­lərində dərin iqtisadi böhranların baş verməsi, sosial gərgin­lik­lərin sürətlənməsi və mürəkkəbləşməsi bunla­rın həllini çətin­ləşdirir.
Beynəlxalq Əmək Təşkilatı –1919-cu ildə «Millətlər cəmiyyəti» çərçi­vəsində Versal sülh müqaviləsinə əsasən yaradılmışdır. Bey­nəlxalq Əmək Təşkilatı ilə BMT arasında əlaqələrin yaradıl­ması haqqında razılaşma 14 dekabr 1946-cı ildə təsdiq edilmiş­dir və bu təşkilat BMT ilə əlaqədə olan iki ixtisaslaş­mış müəs­sisə olmuşdur.
Aİ on beş üzv dövlətdən təşkil edilmişdir: Avstriya, Belçika, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Birləşmiş Krallıq, Finlandiya, Fransa, İsveç. Onların hamısı imzalamanın iştirakçıları idilər yaxud sonradan 1957-ci ildə Roma müqaviləsinə, 1986-cı ildə vahid Avropa aktına, 1992-ci ildə Avropa ittifaqı haqqında Maastrixt müqaviləsinə, 1997-ci ildə Amsterdam müqaviləsinə, eləcə də daxil olma və assosiasiya yaratmaq haqqında regionun müxtəlif ölkələri üçün daxil olma şəraiti və gələcəkdə üzvlük perspektivləri təklif edən müxtəlif müqavilələrə qoşuldular. İslandiya, Lixtenşteyn və Norveç ilə birlikdə iştirakçı ölkələr on səkkiz dövlətin hamısının sənaye mallarının, kapitalın, xidmətlərin və adamların sərbəst hərəkəti üçün Avropa iqtisadi məkanını təşkil etdilər. Aİ həm də Türkiyə ilə azad ticarət zonasını yaratdı və 1996-cı ildə Barselona konfransının qərarlarına əsaslanaraq İordaniya da daxil olmaqla Avro-Aralıq dənizi regionunun on iki dövləti ilə danışıqlar apardı.
II dünya müharibəsindən dərhal sonra ABŞ və İngiltərə dövlətlərinin başçılığı ilə 1944-cü il 1-22 iyul tarixləri arasında ABŞ vilayətinin Bretton Vuds qəsəbəsində Birləşmiş millətlər təşkilatının pul və maliyyə konfransı keçirildi. Konfransda 55 ölkənin nümayəndəsi iştirak etmiş, müharibədən sonra beynəlxalq iqtisadi münasibətlərin yenidən tənzimlənməsi, yeni bir ödəmələr sisteminin əsasları və ticarətin sərbəst bir şəkildə inkişaf etdirilməsi və iqtisadi əməkdaşlığın saxlanması kimi mövzularda önəmli qərarlar verilmişdir. Konfransda Beynəlxalq Valyuta Fondunun qurulması haqqında qərar qəbul edilmişdir.
Yüklə 152,03 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin