İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»


Təbii resursların kəmiyyət və keyfiyyəti



Yüklə 152,03 Kb.
səhifə44/46
tarix14.10.2023
ölçüsü152,03 Kb.
#155141
1   ...   38   39   40   41   42   43   44   45   46
qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom

123. Təbii resursların kəmiyyət və keyfiyyəti
Səmərəliliyin yüksək səviyyəyə qalxmasına şərait yaradan amillərdən biri də keyfiyyətdir. Keyfiyyətin əldə olunması üçün maksimum potensialın istifadə edilməsi zəruridir. İstehsal olunan məhsulun qiyməti onun keyfiyyəti ilə yanaşı, ayrılan xərclərin miqdarı ilə də müəyyənləşir. Az xərclə keyfiyyətli məhsul əldə etmək iqtisadi səmərəlilik üçün vacib amildir.
Elm və texnikanın inkişafi ilə əlaqədar olaraq iqtisadi səmərəlilikdə bir sıra yeniliklər özünü göstərdi. Bu sahənin inkişafı üçün yeni standartların tətbiqinə imkanlar açıldı. Bütün məhsulların qiymətinin müəyyən edilməsi üçün standartlardan istifadə edilir. Dövlət standartlaşdırma orqanları ilə yerli xidmət orqanları birgə işləməlidir ki, yaradılmış standart tətbiq olunduqda iqtisadi səmərə verə bilsin. Ölkəmiz resurslarla zəngindir. İqtisadi potensialın istifadəsi üçün resursların istehsal dövriyyəsinə tam cəlb olunması ilə yanaşı, onlardan daha səmərəli istifadə etmək lazımdır. Çünki təbii resursların kəmiyyət və keyfiyyəti iqtisadi artımın başlıca amillərindən biri olub, iqtisadiyyatın inkişafi üçün vacibdir.
Təbii resurslar dedikdə, bütün təbiət komponentləri, əsasən torpaq, neft, su və s. nəzərdə tutulur.
Aşağıdakı kriteriləri ödəyərək təbii sərvətlərdən istifadə olunması:
Təbii sərvətlərin (mineral resursların) və tullantıların tam, kompleks istifadəsi;

  • Yeni əmələ gələn təbii (bioloji) resurslardan minimum istifadə;

  • Təbii resurslardan ən yüksək iqtisadi gəlir götürmək;

  • Uzunmüddətli ekoloji-sosial balansın təmin olunması.

Təbii resursların əvəz olunması - bir təbii resursun, bir qayda olaraq, hazırkı tarixi dövr üçün iqtisadi cəhətdən daha səmərəli sayılan digəri ilə əvəz edilməsidir. Təbii resursların əvəz olunmasına energetik sıranı misal göstərmək olar: ağac yanacağı - mineral yanacaq - atom və ya günəş enerjisi.
Bir sıra təbii resurslar texnoloji mümkünat olmadığından və ya insanın həyati təlabatına uyğun olmayan istənilən digər resursla əvəzolunmazdır; rekreasiya resursunun itirilməsi insanın sağlamlığına zərbə vurur.

Yüklə 152,03 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin