İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


Mərkəzi bankın aktiv əməliyyatları



Yüklə 94,21 Kb.
səhifə38/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   ...   31   32   33   34   35   36   37   38   39
iqtisad cavablar

Mərkəzi bankın aktiv əməliyyatları.

Aktiv əməliyyatlar dedikdə, mərkəzi bankın öz resurslarını yerləşdirməsi başa düşülür. Mərkəzi bankın əsas aktiv əməliyyatları aşağıdakılardır:

  • Uçot-ssuda əməliyyatları;

  • Dövlət qiymətli kağızlarına yatırımlar;

  • Qızıl və xarici valyuta ilə əməliyyatlar.

Uçot-ssuda əməliyyatlarının iki növü vardır:

  • Uçot əməliyyatları;

  • Dövlətə və banklara qısamüddətli borcların verilməsi.

Uçot əməliyyatları. Bu mərkəzi bankın kommersiya banklarından və dövlətdən vekselləri alması deməkdir. Kommersiya bankları öz müştərilərindən vekselləri alır və bu vekselləri də mərkəzi bank kommersiya banklarından alır. Buna görə də bu əməliyyatlar veksellərin yenidən uçotu adlanır.
Qısamüddətli borclar. Bu borclar kommersiya banklarına sadə və ya ötürücü veksellərin, qiymətli kağızların və digər aktivlərin təminatı əsasında verilir.
Kommersiya banklarının aktiv əməliyyatları öz adından cəlb olunan və xüsusi vəsaitlərin uyğun gəlirin əldə edilməsi üçün istifadə olunmasıdır. Kommersiya banklarının aktiv əməliyyatlarının əsas növləri aşağıdakılardır:
- Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditlərin verilməsi;
- Öz adından, öz hesabına qiymətli kağızlarla əməliyyatların aparılması;
- İnvestisiyalaşdırma;
- REPO əməliyyatları;
- Valyuta dilinq əməliyyatları;
- Kommersiya banklarının qeyri- ənənəvi əməliyyatları.
İnvestisiya əməliyyatlarından bankın gəlirləri qiymətli kağızlar üzrə faizlərdən, onların məzənnə qiymətlərinin qalxmasından, komissionlardan, həmçinin qiymətli kağızların alqı və satqısının qiymətləri arasındakı fərqdən yaranır.
Valyuta dilinqi- xarici valyutaya olan tələb və təklifin əsl vasitəçisi kommersiya banklarıdır. Buna görə də bu sahədə kommersiya banklarının əsas məsələsi öz müştərilərinin bir valyutada olan aktivlərinin digər valyutaya konvertə olunması imkanını təqdim etməkdir. Bu cür konvertasiya spot və forvard şəraitində gedən əməliyyatlar vasitəsilə həyata keçirilir. Dəqiq desək, hər iş günü boyu bank özünə sərf edən məzənnə ilə xarici valyuta əldə etməyə çalışır ki, bu valyutanı sonrakı reallaşmasından gəlir əldə etsin.



  1. Yüklə 94,21 Kb.

    Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin