İqtisadiyyat elminin yaranma və inkişaf tarixi



Yüklə 94,21 Kb.
səhifə2/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   2   3   4   5   6   7   8   9   ...   39
iqtisad cavablar

İqtisadiyyat- ictimai elmdir, məhdud resurslar şəraitində insanların və qrupların istehsalda, bölgüdə, mübadilədə və istehlakda maddi nemətlərə olan tələbatlarının ödənilməsində onların davranışını öyrənir.
İqtisadiyyat elminin əsas problemi resursların məhdudluğu və tələbatların sonsuzluğudur.
İqtisad elminin inkişafında birinci mərhələni quldarlıq dövrü təşkil edir. Digər elm sahələrində olduğu kimi iqtisadi fikirlər Qədim Şərqdə- Misirdə, Hindistanda və Çində yaranmışdır. Quldarlıq cəmiyyətinin iqtisadi həyatını ilk dəfə mükəmməl öyrənənlər isə qədim yunan filosofları Aristotel, Platon və Ksenofont olmuşlar. Cəmiyyətin iqtisadi həyatı barədə olan və bizim dövrlərimizə qədər gəlib çatmış ən qədim yazılı abidə e.ə. XX əsrdə qədim Misirdə yazılmış “Heraklpol hökmdarının oğlu Merikala Nəsihətləri” əsəri olmuşdur.
Yunan filosoflarından Aristotelin (e.ə. 384- 322- ci illər) iqtisadiyyat sahəsində xidmətləri xüsusi ilə seçilir. O, səkkizcildlik “Siyasət” əsərinin birinci cildində iqtisadiyyatdan bəhs etmişdir. İqtisadiyyat barədə tədqiqatlarını nəzərə alaraq Aristotel tarixdə ilk iqtisadçı kimi qəbul olunmuşdur.
Aristoteldən sonrakı iki min illik dövr ərzində iqtisadiyyat elminin inkişafında demək olar ki, heç bir irəliləyiş olmamışdır. İqtisadiyyat elmi feodalizm cəmiyyətinin dağıldığı və kapitalist istehsal münasibətlərinin təşəkkül tapdığı dövrdə sürətlə inkişaf etmiş və müstəqil elmə çevrilmişdir. Kapitalizm cəmiyyətinin formalaşdığı dövrdə Merkantilizm cərəyanı üstünlük təşkil edirdi. Merkantilizm ideyalarının inkişafında ingilis iqtisadçılarının (T.Man, V.Petti, U. Stafford) rolu böyükdür. Çünki kapitalizm ilk əvvəl məhz İngiltərədə inkişaf etmişdir. Fransız Merkantilist iqtisadçısı Antuan Monkretyen 1615- ci ildə nəşr etdirdiyi “Siyasi iqtisadın traktatı” əsəri ilə elmə “siyasi iqtisad” terminini gətirmişdir.
Merkantilizm ideyalarına görə cəmiyyətin iqtisadi inkişafının əsasını ticarət, xüsusi ilə xarici ticarət təşkil edir. Merkantilist iqtisadçılar istehsala ikinci dərəcəli amil kimi baxır, istehsalı ticarətin genişləndirilməsi üçün bir vasitə hesab edirdilər.
İqtisadiyyat elminin inkişafında növbəti mərhələni fransız fiziokratları və onların iqtisadi ideyaları təşkil edir. Görkəmli fiziokrat iqtisadçılar Fransua Kene (1694- 1774) və Jak Turqo (1724- 1781) merkantilist iqtisadçılarından fərqli olaraq cəmiyyətin iqtisadi inkişafının əsasını istehsalın, lakin kənd təsərrüfatı istehsalının inkişafında görürdülər.
İqtisadiyyat elminin inkişafında növbəti mərhələni klassik siyasi iqtisad təşkil edir. Klassik siyasi iqtisadın ən görkəmli nümayəndələri ingilis iqtisadçıları Adam Smit (1723- 1796) və David Rikardonun (1172- 1821) fəaliyyəti nəticəsində iqtisadiyyat elmi özünün ən yüksək inkişaf zirvəsinə çatmışdır.
A.Smitin “Xalqlar sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” (1776) və D.Rikardonun “Siyasi iqtisadın və vergi qoyulmasının əsasları” əsərlərinin nəşr olunması iqtisadiyyat elminin tarixində ən görkəmli hadisələrdən biri idi. A.Smitin iqtisadi nəzəriyyəsinin əsasını dəyərin əmək nəzəriyyəsi təşkil edir. A.Smitə görə bütün əmtəələrin mübadilə dəyərinin əsasında əmək durur, hər cür sərvətin mənbəyi əməkdir.
Sonrakı dövrlərdə K.Marksın proletar siyasi iqtisadı, A.Marşalın marjinalizm, İ. Keynsin iqtisadiyyatın dövlət tənzimlənməsi və digər müxtəlif iqtisadi cərəyanlar meydana gəlmişdir.


  1. Yüklə 94,21 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin