İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


Əmtəə təsərrüfatının meydana gəlməsi üçün tələb olunan şərtlər



Yüklə 94,21 Kb.
səhifə14/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   ...   10   11   12   13   14   15   16   17   ...   39
iqtisad cavablar

Əmtəə təsərrüfatının meydana gəlməsi üçün tələb olunan şərtlər.

Əmtəə təsərrüfatının meydana gəlməsi üçün iki mühüm şərt tələb olunur:

  1. İctimai əmək bölgüsü;

  2. İstehsalçıların iqtisadi əlahiddəliyi.

İctimai əmək bölgüsü nəticəsində müstəqil istehsal sahələri meydana gəlir. Bəşər tarixində I, II və III ictimai əmək bölgülərinin baş verməsi ilə (əkinçiliyin heyvandarlıqdan ayrılması, sənətkarlığın müstəqil fəaliyyət sahəsinə çevrilməsi və tacirlər sinfinin meydana gəlməsi) əmtəə mübadiləsi genişlənir, ticarət əlaqələri güclənirdi. Bu proses xüsusilə, kapitalizm cəmiyyəti şəraitində sənayenin emal sahələrinin meydana gəlməsi ilə geniş vüsət aldı. Əmtəə təsərrüfatının meydana gəlməsininin ikinci müham şərti istehsalçıların iqtisadi əlahiddəliyidir. İstehsalçıların iqtisadi əlahiddəliyi onların digər istehsalçılardan ayrılaraq, müstəqilləşmə yolu ilə müəyyən istehsal vasitələri üzərində xüsusi mülkiyyətə əsaslanır. İstehsal olunmuş məhsullar istehsalçının xüsusi mülkiyyətinə çevrilir və bu proses əlahiddələşmiş müxtəlif istehsalçılar arasında məhsullar mübadiləsinin zəruriliyini şərtləndirir.

  1. Əmtəənin əsas xassələri və əmtəə istehsalının əsas ziddiyyəti.

Əmtəə istehsalçısının məhsulu cəmiyyət üçün, yəni satış üçün nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, onun əməyi ictimai xarakterlidir. Digər tərəfdən isə əmtəə istehsalçısı cəmiyyətdən təcrid olunmuş şəkildə fəaliyyət göstərir. Əmtəə istehsalçısının məhsulu yalnız istehsal edildikdən sonra bazarda öz alıcısını tapır, yəni əmtəə istehsalçısının əməyi ictimai xarakterli olmaqla, həm də təcrid olunmuşl haldadır. Əməyin ictimai xarakteri ilə onun əlahiddəliyi arasında olan ziddiyyət əmtəə istehsalının əsas ziddiyyətidir. Bu ziddiyyət öz həllini bazarda tapır.
Əmtəə insanın müəyyən tələbatını ödəyən və satış üçün istehsal olunmuş əmək məhsuludur. Əmtəə iki əsas xassəyə malikdir: 1. İstehlak dəyərinə; 2. Dəyərə.
İstehlak dəyəri əmtəənin faydalılığını əks etdirir. Məsələn, çörəyin istehlak dəyəri onun qidaya olan istehlak tələbatını ödəməsidir. Əmtəənin dəyəri isə istehlak xüsusiyyətlərindən asılı olmayaraq, dəyərin müəyyən əmək məsrəflərində ifadə olunmasıdır. Əmtəənin dəyəri özünü mübadilə dəyəri formasında büruzə verir və bazarda müəyyənləşir. Əmtəədə maddiləşmiş əmək ikili xarakterə malikdir: konkret və mücərrəd əmək. Konkret əmək əmtəənin istehlak dəyərinin daşıyıcısıdır və konkret istehlak xassəsinə malik olan əmtəənin istehsalına sərf olunmuş əmək məsrəflərindən ibarətdir. Mücərrəd əmək isə müəyyən istehlak dəyərinə malik olan konkret əmtəənin növündən asılı olmayaraq, onun istehsalına sərf olunmuş əmək məsrəfləridir. Mücərrəd əmək əmtəənin dəyərinin və ya mübadilə dəyərinin daşıyıcısıdır. Deməli, sərf olunmuş əmək məsrəflərinin miqdarı əmtəənin dəyərinin ölçüsüdür.


  1. Yüklə 94,21 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin