İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


Prinsip 10. Cəmiyyət inflyasiya ilə işsizlik arasında qısamüddətli seçimlə üzləşir



Yüklə 94,21 Kb.
səhifə13/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   ...   9   10   11   12   13   14   15   16   ...   39
iqtisad cavablar

Prinsip 10. Cəmiyyət inflyasiya ilə işsizlik arasında qısamüddətli seçimlə üzləşir.
Dövlət iqtisadiyyatdakı pul kütləsini artırdıqda nəticələrdən biri inflyasiya olur. Digər nəticə isə qısamüddətli olsa da, işsizliyin azalmasıdır. İnflyasiya ilə işsizlik arasındakı qısamüddətli seçimi əks etdirən əyri bu əlaqəni ilk dəfə tədqiq edən iqtisadçının şərəfinə Filips əyrisi adlanır.
Filips əyrisi iqtisadçılar arasında ziddiyyətli mövzu olaraq qalsa da, onların əksəriyyəti cəmiyyətin inflyasiya ilə işsizlik arasındakı qısamüddətli seçim ilə üzləşdiyini qəbul edir. Bu sadəcə olaraq, iqtisadiyyat sahəsindəki siyasi tədbirlərin bir və ya iki illik müddət ərzində inflyasiya ilə işsizliyi əks istiqamətlərə yönəltdiyini göstərir. İnflyasiya və işsizliyin hər ikisinin yüksək səviyyədən, yaxud orta bir səviyyədən başlamasından asılı olmayaraq, iqtisadçılar həmişə bu seçimlə üzləşmişlər.
İnflyasiya ilə işsizlik arasındakı seçim müvəqqəti olsa da, bir neçə il davam edə bilər. Bu səbəbdən Filips əyrisi iqtisadiyyatdakı bir çox inkişafların başa düşülməsində əhəmiyyətlidir. Xüsusilə, biznes tsiklinin- işləyən əhalinin sayı və ya əmtəə və xidmətlərin istehsal həcmi ilə ölçülən iqtisadi fəaliyyətdəki qeyri- müntəzəm və əvvəlcədən gözlənilməyən dəyişikliklərin anlaşılması üçün Filips əyrisi əvəzedilməzdir. Biznes tsikli- iqtisadi fəaliyyətdə, məsələn, məşğulluq və istehsalda baş verən tsiklik dəyişikliklərdir.
Siyasətçilər inflyasiya ilə işsizlik arasındakı qısamüddətli seçimdən müxtəlif siyasi alətlər vasitəsilə istifadə edə bilər. Dövlət xərclərini, vergiləri və çap etdiyi pulun həcmini dəyişməklə, siyasətçilər iqtisadiyyatın məruz qaldığı inflyasiya və işsizliyin kombinasiyasına təsir edə bilərlər. Valyuta və vergi- büdcə siyasəti alətləri çox qüdrətli olduğundan siyasətçilərin iqtisadiyyatı idarə etmək üçün onlardan necə istifadə etməli olduğu uzun illər mübahisələrin mövzusu olmuşdur.
Artıq iqtisadiyyat haqqında məlumatınız vardır. Növbəti fəsillərdə insanlar, bazarlar və iqtisadiyyatla bağlı bir çox anlayışlarla tanış olacağıq.


  1. Yüklə 94,21 Kb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin