İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


Bazarların növlərinə görə təsnifləşdirilməsi



Yüklə 94,21 Kb.
səhifə21/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   ...   17   18   19   20   21   22   23   24   ...   39
iqtisad cavablar

Bazarların növlərinə görə təsnifləşdirilməsi.

Bazarları müxtəlif əlamətlərə görə qruplaşdırmaq olar. Bazar obyektlərindən asılı olaraq inkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrin bazarlarını aşağıdakı növlərə ayırmaq olar:

  1. Son məhsul və xidmətlər bazarı;

  2. İstehsal amilləri bazarı;

  3. Maliyyə bazarı.

Son məhsul və xidmətlər bazarlarında satıcı kimi müxtəlif statuslu müəssisə və təşkilatlar, alıcı kimi isə istehlakçılar və müxtəlif dövlət strukturları çıxış edirlər. Bu zaman qeyd etməl lazımdır ki, istehsalçılarla dövlət strukturları arasında qarşılıqlı münasibət eyni xarakterli deyil. Əgər birinci halda istehsalçıların istehsakçılara təqdim etdikləri son məhsul və xidmətlərin qiyməti məhsul istehsal olunduqdan sonra bilavasitə bazarda alıcı- satıcı qarşıdurması zamanı müəyyən edilirsə, ikinci halda son məhsul və xidmətlərin əldə edilməsi üçün dövlət sifarişləri formasında müqavilələr bağlanır. Bu müqavilələrdə istehsal olunacaq məhsulların miqdarı, qiyməti və təchizat şərtləri göstərilir.
İstehsal amilləri bazarında istehsal prosesinin həyata keçirilməsi üçün tələb olunan istehsal amilləri- torpaq, xammal və materiallar, əmək alətləri, işçi qüvvəsi və s. alınıb- satılır. Maliyyə bazarlarında pul və digər qiymətli kağızların satışı təşkil olunur.
Ərazi əlamətlərinə görə bazarları aşağıdakı növləri vardır:

  1. Yerli (lokal) bazarlar;

  2. Regional bazarlar;

  3. Milli bazarlar;

  4. Beynəlxalq bazarlar.

Rəqabətin məhdudluq səviyyəsinə görə bazarın aşağıdakı növləri vardır:

  1. İnhisarçı bazarlar;

  2. Oliqopolik bazarlar;

  3. Azad bazarlar;

  4. Qarışıq (inhisarçı rəqabət) bazarlar.

Qanunvericiliyə riayət olunmasına görə bazarların 2 növü vardır:

  1. Leqal, yaxud rəsmi bazarlar;

  2. Qeyri- leqal (kolgə, yaxud qara) bazarlar.




  1. Yüklə 94,21 Kb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin