İqtisadi ədəbiyyatlarda qiymətin əsas funksiyalarına aşağıdakılar aiddir:
Nəzarət;
Tələb və təklifin balanslaşdırılması. Qiymətlər vasitəsilə istehsal və istehlak, tələb və təklif arasında əlaqə həyata keçirilir.
İnformasiya və ya indikator; (resursların optimal bölgüsü)
Bölüşdürücü. Bu funksiya ondan ibarətdir ki, qiymətlər milli gəlirin iqtisadiyyatın sahələri, dövlət və digər sektorlar, regionlar, yığım və istehsal fondları, əhali qrupları arasında bölüşdürülməsində və yenidən bölüşdürülməsində iştirak edirlər.
Həvəsləndirici. Bu funksiyanın mahiyyəti əmtəə istehsalı və istehlakına onun həvəsləndirici və ya ləngidici təsirində ifadə olunur.
Uçot – dəyərin pul ifadəsi kimi qiymətin mahiyyəti ilə müəyyən edilir.
Gəlir əmələ gətirən və ya ödəməli.
Qiymətin növlərinə görə təsnifləşdirilməsi.
Məhsulların qiymətləri müxtəlifir. Ona görə də qiymətlər müxtəlif meyarlara görə qruplaşdırılır.
Xidmət etdiyi iqtisadi dövriyyənin xarakterinə görə qiymətlər:
2. Franko növlərinə görə qiymətlər (qiymətlərin frankolaşdırılması dedikdə, məhsulun istehsalçıdan istehlakçıya çatdırılması xərclərinin qiymətlərdə uçotu qaydaları başa düşülür).
Franko- anbar- istehsalçı və ya istehsal yerində FOB qiyməti. Bu qiymət növünün tətbiqi zamanı məhsulun göndərilməsi xərcləri qiymətlərə daxil edilməyərək istehlakçı tərəfindən ödənilir.
Franko- anbar- istehlakçı. Bu qiymət növünün tətbiqi zamanı tədavül xərcləri qiymət elemntinə çevrilirlər.
Franko- vaqon göndərmə stansiyası. Onun tətbiqi zamanı məhsulun göndərmə stansiyasına çatdırılması xərcləri qiymətlərə daxil edilir, qalan xərclər istehlakçı tərəfindən ödənilir.
Franko- vaqon təyinat stansiyası.
3. Müəyyən edilmə xüsusiyyətlərinə görə qiymətlər:
Mövsümi qiymətlər- müəyyən vaxt dövründə fəaliyyət göstərən qiymətlərdir.
Mərhələli qiymətlər- əvvəlcədən müəyyən edilmiş şkala üzrə məhsulların ardıcıl aşağı salınan qiymətləridir.
Cari qiymətlər- müəyyən vaxt dövründə məhsul göndərişinin həyata keçirildiyi qiymətlərdir.
Sürüşkən qiymətlər (valyuta).
Sabit qiymətlər- müəyyən müqavilə üzrə məhsul göndərişi müddətində dəyişmirlər.
5. Xarici ticarət fəaliyyəti ilə əlqədar qiymətlər:
FAS və ya FOB qiymətləri. Bu qiymətlər üzrə ixracatçı firma idxalçıya əmtəəni gəmiyə qədər nəqliyyat xərclərini daxil etməklə FAS qiymətinə, ya da gəmiyə yükləmə xərclərini də daxil etməklə FOB qiymətinə satır.
SİF idxal qiymətləri özündə FOB qiymətləri ilə birlikdə idxalçı və ya ixracatçı ölkələrin sərhədlərinə qədər daşınması və sığorta xidmətlərini də daxil edir.
Kontrakt qiymətləri tərəflərin razılığına əsasən bir qayda olaraq dövlətlərarası ticarət müqavilələri əsasında müəyyən edilir.
Birja qiymətləri.
Beynəlxalq sövdələşmələrdə iştirak edən ölkələrin daxili topdansatış qiymətləri. Onlar idxal və ixrac qiymətlərindən gömrük rüsumları və vergilərin kəmiyyəti qədər fərqlənirlər.
İri firmaların təklif qiymətləri və faktiki sövdələşmə qiymətləri. Təklif qiymətlərini sorğu qiymətləri də adlandırırlar. Bu qiymətlər müqavilə bağlanarkən aşağı salınırlar.